Qələm - Sputnik Azərbaycan, 1920
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Son damla: Ukrayna əsas müttəfiqlərini itirir

© AP Photo / Efrem LukatskyМонумент Родина-Мать в Киеве
Монумент Родина-Мать в Киеве - Sputnik Azərbaycan, 1920, 22.07.2023
Abunə olmaq
Zelenskinin hədsiz tələblərinə görə Co Bayden birgə şam yeməyini qəzəblə tərk edib.
Mixail Katkov, RİA Novosti
İl yarım ərzində Kiyev Qərbin səbrini sınayıb, ancaq hər şeyin bir həddi var. NATO-nun Vilnüsdə keçirilən sammitində ABŞ və Avropanın nümayəndələri uzun müddət gizlətməyə çalışdıqlarını ictimaiyyətə nümayiş etdiriblər. Ukrayna hakimiyyəti və onların himayədarları arasında münasibətlərdəki böhran haqqında daha ətraflı RİA Novosti-nin materialında.
Şərq - Qərb
"Politico" nəşri yazır ki, İngiltərənin müdafiə naziri Ben Uolles və ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan Vladimir Zelenskini hansısa səbəbdən nankorluqda günahlandırıblar. Bununla da onlar Kiyevin Şimali Atlantika Alyansından asılılığının tanınmasını tələb ediblər.
Xatırladaq: Uolles Kiyevə səfəri zamanı ona qarşı çox da mehriban olmadıqlarından şikayətlənib. Sullivan isə ukraynalı fəalın hərbi dəstəyin yetərli olmaması ilə bağlı ittihamlarına sərt reaksiya verib.
"ABŞ xalqı minnətdarlığa layiqdir", - deyə o, bildirib.
Mediada yayılan məlumatlara görə, Zelenskinin hədsiz tələblərinə görə Co Bayden birgə şam yeməyini qəzəblə tərk edib.
"Politico" qeyd edir ki, Ukrayna uzun müddətdir Qərb diplomatlarını qıcıqlandırır, lakin bu, mükəmməlcəsinə gizlədilib. Baydenin Zelenski ilə söhbətindən narazılığı haqqında hələ 2022-ci ilin iyununda yazılıb. O zaman ABŞ prezidenti Konqresin Kiyevə milyard dollarlıq yardımı təsdiqləməsindən dərhal sonra Ukrayna liderinin daha çox hərbi texnika və sursat tələb etməsini bəyənməyib. Qərb dəfələrlə Zelenskini müttəfiqlərini qəzəbləndirməməyə, istəklərini azaltmağa çağırıb.
Ukrayna hakimiyyətinin nöqteyi-nəzərindən onları tənqid etmək tamamilə yersizdir. Kiyev bütün Qərb sivilizasiyası naminə Rusiya ilə mübarizə apardıqlarına əmindir, avropalılar və amerikalılar isə öz dar milli maraqlarına həddən artıq kökləniblər. "Politico" qeyd edir ki, daha təvazökar və təmkinli olmaq çağırışları bir çox ukraynalıların xətrinə dəyib.
O, Ukrayna Baş Qərargahının rəhbəri Valeri Zalujnının "The Washington Post" qəzetinə verdiyi müsahibəsindən sitat gətirərək təsdiq edib: "Niyə mən kimdənsə düşmən ərazisində nə edəcəyimi soruşmalıyam? Bu, bizim problemimizdir və bu düşməni necə öldürəcəyimizə biz qərar verməliyik". Bu, ABŞ-ın Rusiyaya zərbə endirməsinə qoyulan qadağalarla bağlıdır.
Lakin Qərb mediası etiraf edir ki, problem təkcə Zelenski komandasının özünü necə aparmasında deyil. Hər şey vəziyyətin fərqli qiymətləndirilməsi ilə bağlıdır. Ölkə Ukraynadan qərbə nə qədər yaxındırsa, döyüş meydanında Rusiya ordusu ilə qarşılaşmaqdan bir o qədər az qorxurlar. Buna görə də Kiyevə yalnız Moskvanın tam məğlubiyyəti lazımdır, ABŞ isə ərazilərin sülhlə dəyişdirilməsi imkanını istisna etmir. Ukrayna Silahlı Qüvvələrinin (USQ) əks-hücum əməliyyatı batdığı üçün Zelenskinin arqumentləri getdikcə azalır.
Şimal – Cənub
Bununla yanaşı, Kiyev hakimiyyətinin arxalanacağı başqa heç kim yoxdur. Bunu 50-dən çox dövlət başçısının iştirakı ilə Brüsseldə Avropa İttifaqı (Aİ) və Latın Amerikası ölkələri Birliyinin sammiti açıq şəkildə göstərib. Avropalılar Çindən xammaldan asılılığını azaltmaq istəyirlər və bununla bağlı alternativlər axtarırlar. Bundan əlavə, çinlilər Cənubi Amerika qitəsi ilə ticarət həcminə görə artıq Avropa İttifaqını geridə qoyublar. Təşəbbüsü bərpa etmək üçün Aİ Pekinin "Bir kəmər, bir yol" layihəsinə cavab olan "Qlobal şlüz" proqramı çərçivəsində növbəti dörd il ərzində regiona 45 milyard avro sərmayə qoymağa hazırdır.
Vədlərə baxmayaraq, sammitdəki ab-hava çox da xoş keçməyib. Ukrayna münaqişəsi proqnozlaşdırıla bilən maneə olub. Avropalılar yekun bəyannaməyə Rusiyanın qəti şəkildə qınanmasını daxil etmək istəyiblər, lakin Cənubi Amerika liderlərinin əksəriyyəti buna qarşı çıxıblar. Nəhayət, Brüssel hərbi əməliyyatların "böyük insan iztirablarına səbəb olduğunu və dünya iqtisadiyyatındakı qeyri-sabitliyin daha da pisləşdirdiyi" sözlərindən məmnun olub. Mətndə Moskvadan ümumiyyətlə bəhs edilməyib.
Bundan əlavə, Avstriya kansleri Karl Nehammer Braziliya Prezidenti Lula da Silvanın sülh təşəbbüsünü dəstəklədiyini bildirib. Onun sözlərinə görə, bu cür təkliflər ona görə vacibdir, çünki hərbi əməliyyatlar bir gün bitməlidir. Braziliya liderinin nöqteyi-nəzərindən, Rusiya-Ukrayna qarşıdurmasında iştirak etməyən bütün ölkələr danışıqların irəliləyişinə görə məsuliyyəti öz üzərinə götürə bilərlər. Bundan əlavə, Moskvaya "minimum şərtlər" vermək lazımdır.
Seçim yoxdur
RİA Novosti-yə müsahibə verən ekspertlərin fikrincə, ərazilərin sülh ilə dəyişdirilməsi çox real ssenaridir. Kiyevdə bu barədə nə deyəcəklərinin heç bir əhəmiyyəti yoxdur.
"Əgər Ukrayna Silahlı Qüvvələri bundan sonra da əks-hücum əməliyyatında uğur qazanmasa, danışıqlar başlamayacaq. Cəbhə xətti dəyişməz olaraq qalacaq və ABŞ bununla razılaşacaq. Lakin Rusiya hücuma keçərsə və Ukrayna dövlətçiliyinin ləğvi təhlükəsi yaranarsa, Qərb Moskva ilə dialoqa girəcək",- deyə politoloq Rostislav İşçenko qeyd edib.
Ekspert bildirir ki, Avropalılar heç vaxt Ukrayna üçün pul ödəmək istəməyiblər, lakin heç kim onların fikrini soruşmur. Ancaq onlarla Kiyev rejimi arasında münaqişə mümkün deyil, çünki hər iki tərəf Vaşinqtondan asılıdır.
"Buna görə də danışıqlar Rusiya və ABŞ arasında aparılmalıdır, Ukrayna isə sadəcə olaraq onlara deyilənləri yerinə yetirəcək", - deyə o, fikrini yekunlaşdırıb.
Politoloq Aleksandr Dudçak qeyd edir ki, Kiyev rejimi təkcə "Ze komandası" ilə məhdudlaşmır. Onun fikrincə, siyasi elita hətta xaricə qaçıb orada sürgündə olan hökumətə başçılıq etməyə razı ola bilər. Yerli sahibkarlar isə əksinə, aktivlərinin təhlükəsizliyinə zəmanət verildiyi təqdirdə istənilən hökumətin tərkibində işləməyə hazırdırlar.
"Çox güman ki, ukraynalıların bir hissəsi sona qədər mübarizə aparmaq niyyətindədir, lakin rəsmi təbliğat dəyişsə, onlar öz fikirlərini dəyişə bilərlər", - deyə ekspert hesab edir.
Eyni zamanda o, əmindir ki, Rusiya ilə Ukrayna arasında sülh kollektiv Qərbə lazım deyil. Kiyev rejiminin himayədarları döyüşlərin onların iqtisadi maraqlarına həddən artıq zərər vurduğuna qərar versələr, münaqişə dondurulacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0