https://sputnik.az/20230722/simali-koreya-qanadli-raketleri-sinaqdan-kecirib-457037385.html
Şimali Koreya qanadlı raketləri sınaqdan keçirib
Şimali Koreya qanadlı raketləri sınaqdan keçirib
Sputnik Azərbaycan
Şimali Koreyanın qanadlı raket buraxılışları Koreya yarımadasında gərginlik fonunda baş verir. 22.07.2023, Sputnik Azərbaycan
2023-07-22T16:01+0400
2023-07-22T16:01+0400
2023-07-22T16:01+0400
raket
dünya xəbərləri
kxdr
şimali koreya
qanadlı raket
sınaq
https://cdnn1.img.sputnik.az/img/07e6/03/0f/440178261_0:0:2049:1153_1920x0_80_0_0_24b02471da7076021208c3a67e488eec.jpg
BAKI, 22 iyul - Sputnik. Koreya Xalq Demokratik Respublikası (KXDR) Yapon dənizi istiqamətində bir neçə qanadlı raket buraxıb. Yonhap agentliyi Cənubi Koreya silahlı qüvvələrinin birləşmiş qərargahına istinadla belə məlumatı yayıb. Qərargah Cənubi Koreya və ABŞ hərbi kəşfiyyatının yerli vaxtla gecə saat 4:00 radələrində buraxılan raketlərlə bağlı məlumatları təhlil etdiyini bildirib. Şimali Koreya mart ayında sınaq buraxılışını etdiyi qanadlı raketin nüvə başlığı daşıya bildiyini açıqlamışdı. Qeyd edək ki, Şimali Koreyanın qanadlı raket buraxılışları Koreya yarımadasında gərginlik fonunda baş verir. Belə ki, ABŞ-nin hərbi dəniz qüvvələrinə məxsus “USS Kentucky” strateji sualtı qayığının Cənubi Koreyanın Pusan limanına daxil olması, ABŞ-Cənubi Koreya nüvə məsləhət qrupunun ilk toplantısının keçirilməsindən sonraya təsadüf edir. Pxenyan bəyan edib ki, ABŞ sualtı qayığının Cənubi Koreya limanına daxil olması KXDR-in nüvə silahından istifadə etməsinə səbəb ola bilər. KXDR iyulun 19-da Yapon dənizi istiqamətində iki qısamənzilli ballistik raketin sınaq buraxılışını da həyata keçirib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/03/0f/440178261_0:0:1873:1405_1920x0_80_0_0_f78de90b6d9b45658c8b95bbb19143e9.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
raket, kxdr, şimali koreya, qanadlı raket, sınaq
raket, kxdr, şimali koreya, qanadlı raket, sınaq
Şimali Koreya qanadlı raketləri sınaqdan keçirib
Şimali Koreyanın qanadlı raket buraxılışları Koreya yarımadasında gərginlik fonunda baş verir.
BAKI, 22 iyul - Sputnik. Koreya Xalq Demokratik Respublikası (KXDR) Yapon dənizi istiqamətində bir neçə qanadlı raket buraxıb.
Yonhap agentliyi Cənubi Koreya silahlı qüvvələrinin birləşmiş qərargahına istinadla belə məlumatı yayıb. Qərargah Cənubi Koreya və ABŞ hərbi kəşfiyyatının yerli vaxtla gecə saat 4:00 radələrində buraxılan raketlərlə bağlı məlumatları təhlil etdiyini bildirib.
Şimali Koreya mart ayında sınaq buraxılışını etdiyi qanadlı raketin nüvə başlığı daşıya bildiyini açıqlamışdı.
Qeyd edək ki, Şimali Koreyanın qanadlı raket buraxılışları Koreya yarımadasında gərginlik fonunda baş verir. Belə ki, ABŞ-nin hərbi dəniz qüvvələrinə məxsus “USS Kentucky” strateji sualtı qayığının Cənubi Koreyanın Pusan limanına daxil olması, ABŞ-Cənubi Koreya nüvə məsləhət qrupunun ilk toplantısının keçirilməsindən sonraya təsadüf edir.
Pxenyan bəyan edib ki, ABŞ sualtı qayığının Cənubi Koreya limanına daxil olması KXDR-in nüvə silahından istifadə etməsinə səbəb ola bilər.
KXDR iyulun 19-da Yapon dənizi istiqamətində iki qısamənzilli ballistik raketin sınaq buraxılışını da həyata keçirib.