https://sputnik.az/20230722/raqin-kopenhagendeki-sefirliyi-onunde-quran-kitabi-yandirilib-457041928.html
İraqın Kopenhagendəki səfirliyi önündə Quran kitabı yandırılıb
İraqın Kopenhagendəki səfirliyi önündə Quran kitabı yandırılıb
Sputnik Azərbaycan
Bundan öncə radikallar Türkiyənin Kopenhagendəki səfirliyi önündə türk bayrağını və Qurani-Kərimi təhqir etmişdi. 22.07.2023, Sputnik Azərbaycan
2023-07-22T20:08+0400
2023-07-22T20:08+0400
2023-07-22T20:09+0400
quran
dünya xəbərləri
danimarka
kopenhagen
yandırılma
türkiyə
səfirlik
https://cdnn1.img.sputnik.az/img/07e7/07/05/456509144_0:160:3072:1888_1920x0_80_0_0_31429a955b3d93772c956f4db5d23899.jpg
BAKI, 22 iyul - Sputnik. Ultra milliyyətçi “Danimarka vətənpərvərləri” qrupunun üzvləri İraqın Kopenhagendəki səfirliyi önündə keçirdikləri aksiya zamanı Quran kitabını yandırıblar. Sputnik Azərbaycan Anadolu agentliyinə istinadla xəbər verir ki, radikallar aksiyanı İsveçin Bağdad şəhərindəki səfirliyinə bu yaxınlarda edilən hücuma cavab olaraq keçirdiklərini bildiriblər. Polisin gücləndirilmiş mühafizəsi altında baş tutan aksiyada KİV nümayəndələri də iştirak edib. Aksiya qrupun sosial şəbəkələrdəki səhifələri ilə canlı yayımlanıb. “Danimarka vətənpərvərləri” ultra milliyyətçi qrupu İslam dini əleyhinə təhqiramiz hərəkətləri ilə tanınır. Bundan öncə radikallar Türkiyənin Kopenhagendəki səfirliyi önündə türk bayrağını və Qurani-Kərimi təhqir etmişdi. Xatırladaq ki, Stokholm polisinin İraq səfirliyi qarşısında Quranın yandırılması aksiyasına icazə verməsinə etiraz olaraq iyulun 20-nə keçən gecə yüzlərlə etirazçı İsveçin Bağdaddakı səfirliyinə hücum edərək diplomatik missiyanın binasını yandırmışdı.
kopenhagen
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/07/05/456509144_171:0:2902:2048_1920x0_80_0_0_26482d52b277e09928530f61738e7797.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
quran, danimarka, kopenhagen, yandırılma, türkiyə, səfirlik
quran, danimarka, kopenhagen, yandırılma, türkiyə, səfirlik
İraqın Kopenhagendəki səfirliyi önündə Quran kitabı yandırılıb
20:08 22.07.2023 (Yenilənib: 20:09 22.07.2023) Bundan öncə radikallar Türkiyənin Kopenhagendəki səfirliyi önündə türk bayrağını və Qurani-Kərimi təhqir etmişdi.
BAKI, 22 iyul - Sputnik. Ultra milliyyətçi “Danimarka vətənpərvərləri” qrupunun üzvləri İraqın Kopenhagendəki səfirliyi önündə keçirdikləri aksiya zamanı Quran kitabını yandırıblar.
Sputnik Azərbaycan Anadolu agentliyinə istinadla xəbər verir ki, radikallar aksiyanı İsveçin Bağdad şəhərindəki səfirliyinə bu yaxınlarda edilən hücuma cavab olaraq keçirdiklərini bildiriblər. Polisin gücləndirilmiş mühafizəsi altında baş tutan aksiyada KİV nümayəndələri də iştirak edib. Aksiya qrupun sosial şəbəkələrdəki səhifələri ilə canlı yayımlanıb.
“Danimarka vətənpərvərləri” ultra milliyyətçi qrupu İslam dini əleyhinə təhqiramiz hərəkətləri ilə tanınır. Bundan öncə radikallar Türkiyənin Kopenhagendəki səfirliyi önündə türk bayrağını və Qurani-Kərimi təhqir etmişdi.
Xatırladaq ki, Stokholm polisinin İraq səfirliyi qarşısında Quranın yandırılması aksiyasına icazə verməsinə etiraz olaraq iyulun 20-nə keçən gecə yüzlərlə etirazçı İsveçin Bağdaddakı səfirliyinə hücum edərək diplomatik missiyanın binasını yandırmışdı.