Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Pakistanla Azərbaycan mayeləşdirilmiş təbii qazla bağlı saziş imzalayacaqlar

© AFP 2023 / BRENDAN SMIALOWSKIПодпись документа, фото из архива
Подпись документа, фото из архива - Sputnik Azərbaycan, 1920, 22.07.2023
Abunə olmaq
Nazir Azərbaycandan 12 tanker maye qaz alınacağını da əlavə edib.
BAKI, 22 iyul - Sputnik. İyulun 24-də Pakistan və Azərbaycan mayeləşdirilmiş təbii qazla (LNG) bağlı tarixi saziş imzalayacaqlar.
“Report” Pakistan mətbuatına istinadən xəbər verir ki, bunu ölkənin neft üzrə dövlət naziri Musadik Malik Kəraçidə deyib.
Musadiq Malik bildirib ki, Pakistan hər ay Azərbaycandan maye qaz alacaq. Nazir Azərbaycandan 12 tanker maye qaz alınacağını da əlavə edib.
Pakistanın neft üzrə dövlət naziri daha əvvəl qeyd edib ki, Azərbaycanla müqavilə qışda ölkəsinin qaz çatışmazlığına son qoymağa yardımçı olacaq. “Azərbaycanla müqavilə ölkəmizin qışda qaz çatışmazlığına son qoymağa kömək edəcək”, - nazir vurğulayıb.
Xəbər lenti
0