https://sputnik.az/20230722/hesen-bey-zerdabi-bir-ziyali-haqqinda-12-parlaq-hekaye-456348087.html
Həsən bəy Zərdabi: Bir ziyalı haqqında 12 parlaq hekayə
Həsən bəy Zərdabi: Bir ziyalı haqqında 12 parlaq hekayə
Sputnik Azərbaycan
Böyük bir insan haqqında pafoslu ifadələrlə danışmaq və ya onun haqqında çox da məşhur olmayan faktları son dərəcə bəlağətli şəkildə ifadə etmək olar. Biz onun... 22.07.2023, Sputnik Azərbaycan
2023-07-22T10:25+0400
2023-07-22T10:25+0400
2023-07-22T10:40+0400
mədəniyyət
həsən bəy zərdabi
hənifə məlikova-zərdabi
əlimərdan bəy topçubaşov
https://cdnn1.img.sputnik.az/img/07e4/07/16/424504259_0:67:1280:787_1920x0_80_0_0_b290a8a19940b174845258fc8c586aff.jpg
Həsən bəy Məlikovun şəxsiyyətinin miqyası və bu adamın əvvəlcə belə adlandırılması təkcə onun taleyini deyil, həm də o dövrlərin tarixi həqiqətini görməyə imkan verir. O, zamanla mübarizəyə girdi və məğlub oldu. Ədalət zəfər çalana qədər illər keçdi. Biz böyük azərbaycanlı Həsən bəy Zərdabinin (Məlikov) hekayəsini danışırıq.İyulun 22-də Azərbaycanda Milli Mətbuat Günü qeyd olunur. Məhz 1875-ci ilin bu günü təsisçisi Həsən bəy Zərdabi olan “Əkinçi” qəzetinin Azərbaycan dilində ilk nömrəsi işıq üzü gördü. Elə oldu ki, o, uzun illər praktiki olaraq təkbaşına Azərbaycanda təhsil layihələrini həyata keçirməyə çalışdı. Qəzetlə yanaşı, ana dilində ilk dünyəvi məktəb, ilk kasıblara yardım cəmiyyəti, ilk milli tamaşa və digər hadisələrin arxasında məhz onun adı dayanır.O, inanırdı ki, maariflənmə azərbaycanlıların dünyagörüşünü dəyişəcək və ölkə bir dövrdən digərinə keçəcək. Qızı dəfn mərasimində deyəcək: “Küçədə, bazarda, evlərdə yazır, təbliğat aparır, şəhəri gəzir, təhsilə çağırır və həmişə də səsi yalnız qalır, özü də yalnız idi”. Həsən bəy özü o dövrlərlə bağlı deyirdi: “Çağırıram – getmirlər, göstərirəm – görmürlər, izah edirəm – başa düşmürlər...”Ancaq indi onu pafoslu sözlərlə yad edirlər: Azərbaycan tarixinin ən parlaq şəxsiyyətlərindən biridir. Zərdabi 1837-ci il iyunun 28-də Göyçay qəzasının Zərdab kəndində anadan olub, 1907-ci il noyabrın 28-də Bakıda vəfat edib. Birinci Tiflis gimnaziyasını, sonra Moskva İmperator Universitetinin fizika-riyaziyyat fakültəsini bitirib. Həsənbəy Zərdabi Rusiyada ali təhsil almış ilk azərbaycanlı və müsəlman olub. Tiflisdə və Bakıda işləyib.Zərdabi haqqında 12 mühüm hekayəİlk milli qəzetHəsən bəy Zərdabi uzun illər öz ideyasını - Azərbaycan dilində qəzet nəşrini həyata keçirməyə çalışıb. O, İstanbuldan lazımi ləvazimatları gətirdi və bir müddət sonra bütün çətinliklərə qalib gələrək 1875-ci il iyulun 22-də Bakıda quberniya mətbəəsində müxtəlif janrlardan bəhs edən Azərbaycan dilində ilk qəzet olan “Əkinçi” nəşr olundu. Bu qəzet yerli xəbərləri yayır, kənd təsərrüfatı, tibb, gigiyena sahəsində məsləhətlər verirdi. Amma ən əsası geriliyin səbəbləri, əhalinin “qaranlığı” ilə bağlı ciddi yazılar dərc olunurdu. Qəzet böyük rezonans doğurdu: bir neçə gün ərzində onun ilk nömrəsi təkcə Azərbaycanda deyil, Rusiyada da yayıldı.Qəzetin yaranması daha çox qəzetin nəşrinə icazə verən Bakı general-qubernatoru Dmitri Staroselskinin himayəsi sayəsində mümkün olmuşdu. Qubernator Həsən bəylə, onun arvadı, gürcü Yekaterina Quramaşvili isə Zərdabinin arvadı Hənifə xanımla dostluq edirdi. Bu iki ailənin yaxın münasibətləri nəşri uzun müddət hücumlardan və təcavüzlərdən qorumuş, qubernatorun ailəsi Həsən bəyin layihəsini qismən maliyyələşdirmişdir. Lakin general Staroselski Bakıdan geri çağırılan kimi qəzetin üzərində qara buludlar cəm olmağa başladı və 1877-ci ilin sentyabrında qəzet bağlanmalı oldu.Qəmli mühasibatlıq: qəzet Zərdabini necə məyus etdi Nəşriyyat işi istənilən vaxt çətin olaraq qalır və Həsən bəy üçün də bu qayda istisna deyildi. Qəzet maliyyəçiləri öz “romanslarını oxudular” və nəticədə qəzet, eləcə də onun naşiri haqqında hökm imzaladılar. Zərdabi məyus oldu. “Biznes”in mühasibatlığı belə görünürdü. Əvvəlcə "Əkinçi"nin cəmi 100 abunəçisi var idi. Abunə qiyməti 3 rubl olduğundan abunədən cəmi 300 rubl pul gəlirdi. Qubernator Staroselski kənd sahə müvəkkillərini qəzetə abunə olmağa məcbur etdi. Beləliklə, daha 300 abunəçi və daha 900 rubl gəldi. İnsanları qəzet oxumağa alışdırmaq üçün əlavə 500 nüsxə də pulsuz paylanırdı. Əvvəlcə Həsən bəy ayda 2 dəfə qəzet çıxara biləcəyinə inanırdı. Lakin nəşr ilinin birinci yarısının sonunda itki 500 rubl təşkil etdi. Sonralar abunəçilərin sayı 600 nəfərə çatanda qəzet həftədə 1 dəfə çıxmağa başladı. İlin sonuna qədər Həsən bəyin itirdiyi maliyyə artıq 1000 rubl idi, baxmayaraq ki, onun tələbələri qəzetə məqalələri pulsuz yazırdılar. Üçüncü ildə abunəçilərin sayı kəskin şəkildə azalmağa başladı. Yeni qubernator həm qəzetə, həm də Zərdabinin özünə xoş münasibət bəsləmədi və tezliklə qəzet bağlanmalı oldu. “Əkinçi”nin cəmi 56 nömrəsi işıq üzü görüb. Müsəlmanların öz ana dilində qəzetə ehtiyacı yox idi. Zərdabinin özü isə külli miqdarda borclarla dərin məyusluğa qərq oldu ki, bu da onun məhvinin başlanğıcı idi.Onun sevgi hekayəsiHəsən bəy Bakı real məktəbində tarix müəllimi işləyib. Yaşı otuzdan çox idi, evlilik haqqında çoxdan düşünürdü, amma həyat yoldaşı seçmək çətin idi. O, savadlı qadınla ailə həyatı qurmaq istəyirdi, lakin o illərdə müsəlman qızlar arasında təhsillilər az idi. Bir dəfə “Qafqaz” qəzetində 1872-ci ildə Tiflisdəki Müqəddəs Nina təhsil ocağını bitirmiş qızların siyahısını gördü. Orada yalnız bir müsəlman soyadı var idi. Sonra tarix müəllimi inanılmaz addım atdı. Həsən bəy dərhal Tiflisə yola düşdü, təhsil müəssisəsinin rəhbərinə niyyətini başa saldı və 16 yaşlı gözəl bir qızla tanış oldu. Bu, çar ordusunun zabiti və Terek vilayətinin Nalçik şəhərindən olan Balkar knyazı Aslanbek Abayevin qızı Hənifə idi. Hənifə Abayeva Şimali Qafqazda ali təhsil alan ilk müsəlman qadın olub. Cütlük 1872-ci ildə evlənməyə qərar verdi. Həsən bəy onunla həm sevinci, həm də kədəri bölüşən Hənifənin simasında həqiqi dost tapdı. Həsən bəyin həyat yoldaşı qeyri-adi bir insan idi. Məlumdur ki, o, müsəlman qızlar üçün ilk məktəb açıb və özəl qadın internat məktəbi açmağı planlaşdırırdı, lakin bütün bunlar ailədə olmayan pulları tələb edirdi. Hənifə qəzetin nəşri ilə bağlı hər şeydə ərinə kömək edirdi, redaktora məktubları çapa hazırlamaqdan tutmuş, şriftləri düzməyə qədər. Məşhur qonaqlar Bakının mütərəqqi ziyalılarından olan hörmətli qonaqlar Zərdabinin evinə tez-tez baş çəkirdilər. Onları həmin illərdə çox dəbdə olan rus yazıçısı Maksim Qorki və eyni dərəcədə məşhur müğənni Fedor Şalyapin ziyarət edib. Şalyapin Həsən bəygilin ailə şənliklərində zövqlə oxuyurdu. İkinci nəfəslik1897-ci ildə tanınmış neft maqnatı və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev mətbəə ilə birlikdə rusdilli “Kaspiy” qəzetini alıb Zərdabinin kürəkəni Əlimərdan bəy Topçubaşovun başçılıq etdiyi Bakının yaradıcı ziyalılarına təhvil verir. Zərdabinin sevimli jurnalistikasına qayıtmaq imkanı var idi və o, faktiki olaraq nəşrin həmredaktoru oldu.O, təkcə jurnalist deyildi Azərbaycan xalqı Həsən bəy Zərdabiyə görkəmli ziyalı, naşir və publisist kimi ehtiramla yanaşır. Amma az adam bilir ki, o, özünü bir alim kimi də sübut edib. Onun coğrafiya və təbiət tarixi ilə bağlı “Yer, su və hava” adlı əsərində zəlzələ və vulkanların təsirləri araşdırılıb. Məsələn, o, belə nəticəyə gəlib ki, zəlzələnin dağıdıcılığı onun gücündən deyil, bilavasitə müddətindən asılıdır. Etiraf etmək lazımdır ki, sonralar onun əsərindəki elmi məlumatların tam dəqiq olmadığı ortaya çıxdı. Bununla belə, həmin əsər yazıldığı dövr üçün çox əhəmiyyətli idi.Tənhalıq və həyatın acı həqiqətiHəsən bəyin ailəsi bütün uşaqları ilə birlikdə “Kaspiy” redaksiyasının pulunu ödədiyi “gəlirli” evlərin birində kirayədə yaşayırdı. Onlar altı otaq tuturdular, bu otaqlar daim onlarla nahar edən və gecələyən kənar şəxslərlə dolu idi. Onlar adətən öz şəxsi işləri ilə bağlı Bakıya Həsən bəyin yanına gələn kəndlilər idi. Ölümündən bir il əvvəl Həsən bəy beyin qanaması keçirdi və bədəninin yarısı iflic oldu. Onun diqqətə və qayğıya ehtiyacı var idi. Lakin cəmiyyət bu ehtiyaca laqeydliyi, həyasızlığı və etinasızlığı ilə cavab verdi. İş o yerə çatdı ki, hətta “Kaspiy”in yerli redaksiyasının özü də ən sadiq müəlliflərindən birini unutdu: onun ailəsi redaktorlar tərəfindən verilən mənzildən çıxarılmaqla hədələndi. Həsən bəy vəfat edəndən sonra qəzetdə zəifləyən, xəstələnən, “işinə həvəslə yanaşan” bir qoca haqqında yazı çıxdı: “Həsən bəyin redaksiyaya sistemli, gündəlik səyahətinə, yetimsayağı simasına, solğun, amma sanki bir məzəmmət parıldayan baxışlarına baxaraq göz yaşlarını tutmaq, həyatın bu acı həqiqətini hiss etmək çətin idi”. Məqalə bu sözlərlə bitirdi: “Ömrünün sonunda özünü hər şeydən az düşünən, amma bütün ömrü boyu başqaları üçün düşünən və çalışan adamı soyuq tənhalıq bürüdü. Onun mükafatı bu idi! Bu, utancverici və kədərlidir!"Son gün, yol və vida nitqi 28 noyabr 1907-ci il, çərşənbə günü səhər saat 11-də Köhnə Poçt küçəsindəki evdə Həsən bəy Zərdabi vəfat etdi. Ölümündən bir gün əvvəl ailəsinin bütün etirazlarına baxmayaraq, sonuncu dəfə “Kaspiy”in redaksiyasına baş çəkdi, günün çox hissəsini orada keçirdi, sanki sağollaşdı. Bütün şəhər böyük maarifçini dəfn etdi, Azərbaycanın və Rusiyanın hər yerindən məktublar, başsağlığı teleqramları gəlirdi. Zərdabinin dəfn günü şəhərin bir neçə yerində qeyri-mütəşəkkil vida mitinqləri keçirildi. Yerli “İrşad” qəzetinin redaktoru, parlaq natiq Əhməd bəy Ağayev Azərbaycan dilində vida nitqi söylədi. Ə.Ağayev dinləyicilərin təəssüf nidaları və göz yaşları ilə müşaiyət olunan matəm nitqində "Bu təmənnasız xidmətin müqabilində Həsən bəy nə qazanmışdı?" sualına belə cavab vermişdi:"Hər şeydən əvvəl ona etdiyimiz qınaq və küfrü; fəqirlik və yoxsulluğu! Ağzını açıb danışanda biz ona deyirdik: Kəs səsüvü! Danışma! Sən kasıbsan! Sən fəqirsən! Yəni biz ona tənə edirdik ki, vaxtını pul qazanmağa sərf etmək əvəzinə bizə, biz millətə müftə qulluq etməyə sərf edirdi. Lakin bu mücahid, bu millətpərəst bizim heç bir məzəmmətimizə boyun əymədən, heyrətamiz bir əzmlə tutduğu yolla getməyə davam edərək, bütün gücünü millətin oyanmasına, xalqına xidmət yoluna sərf etdi...”Dəhşətli unutqanlıqZərdabinin ailəsini və övladlarını diqqət və qayğı ilə əhatə edəcəkləri ilə bağlı vida günlərində səslənən yüksək vədlər vəd olaraq qaldı. Sovet dövründə Zərdabi ailəsi repressiyaya məruz qalmışdı. Ailələri və qardaşları əziyyət çəkdi. Onların hamısı kiçik uşaqları ilə Sibirə sürgün edildi. Qohumlarının xatirələrindən: “Onların hamısı Sibirə sürgün ediləndə uşaqlar hələ çox kiçik idi. Onlardan biri soyuqdan öldü, ata onu basdırmağa getdi və geri qayıdanda digər uşaqların donaraq öldüyünü gördü ... " Böyük maarifçinin adı ilə bağlı hər şey onilliklər ərzində unudulub. Publisistin adı yalnız 1956-cı ildə bərpa edildi."Yeraltı" qəbirZərdabi 1936-cı ildə dağıdılmış Bibi-Heybət məscidinin yaxınlığında yerləşən qəbiristanlıqda dəfn edilib. Dəfn mərasimində minlərlə insanın iştirak etdiyi Həsən bəyin qalıqları kiçik qızının xahişi ilə təsadüfi şəxslər tərəfindən qazılaraq taxta qutuya qoyulub şəhər qəbiristanlığına aparılıb. Sonrakı iyirmi il ərzində Zərdabinin sümükləri arvadının qəbrinin yanında heç bir nişanın olmadığı izsiz məzarda qaldı. Yalnız 1957-ci ildə, Xruşşovun "mülayim havası"nın başlanğıcında onun "yeraltı" məzarını qurmaq və qalıqlarını son mənzilində - Fəxri Xiyabanda basdırmaq mümkün oldu. Bu gün Bakıda Zərdabinin adına küçə var.Ziyarət edilməyən muzey Həyatı, eləcə də qohum və dostlarının həyatı ilə bağlı ən maraqlı şeylərə maarifçinin doğulduğu Göyçay rayonunun Zərdab kəndindəki muzeydə rast gəlmək olar. Yerli mətbuat muzeyə çox az yerli əhalinin gəldiyini, ümumiyyətlə, xarici ziyarətçilərin olmadığını yazıb. Üstəlik, bu muzey maarifçinin ev-muzeyi deyil, xatirə muzeyidir. Zərdabinin doğulub-böyüdüyü evin yerində isə bu gün yalnız xarabalıqlar qalıb. Tale necə çətinləşdiHənifə xanım ərinin ölümündən sonra bir müddət Bakı şəhər Rus-Azərbaycan qadın məktəbinə rəhbərlik etməyə davam etdi. O, 1929-cu ildə vəfat edib. Necə ki, o, zamanında həyat yoldaşı Həsən bəyi bütün Bakının müşayiəti ilə son mənzilə şərəflə yola salmışdı, eləcə də onu belə yola saldılar. Zərdabinin iki oğlu və iki qızı olub. Oğullarından biri Səfvət bəyin məzarı bir il əvvəl Ankaranın Karşıyaka qəbiristanlığında baxımsız vəziyyətdə aşkar edilib. Böyük qızı Pəri Məlikova, dövlət xadimi, hüquqşünas və jurnalist, Rusiya I Dövlət Dumasının deputatı, Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin sədri Əlimərdan bəy Topçubaşovla ailə həyatı qurub. Lakin 1919-cu ildə Pəri əri ilə birlikdə Parisə getdi və son günlərinə qədər orada yaşadılar. Ailənin böyük oğlu Midhət bəy repressiya edildi, millətçi kimi Sovet “KQB”si tərəfindən güllələndi.Kiçik qızı Qəribsoltan Məlikova Zərdabi ailəsinin Azərbaycanda qalan yeganə nümayəndəsi idi. O, 1967-ci ildə vəfat edib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/07/16/424504259_72:0:1209:853_1920x0_80_0_0_a5e28c47d931a7174a7cb6fa37d8cb25.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
həsən bəy zərdabi, hənifə məlikova-zərdabi, əlimərdan bəy topçubaşov
həsən bəy zərdabi, hənifə məlikova-zərdabi, əlimərdan bəy topçubaşov
Həsən bəy Zərdabi: Bir ziyalı haqqında 12 parlaq hekayə
10:25 22.07.2023 (Yenilənib: 10:40 22.07.2023) Böyük bir insan haqqında pafoslu ifadələrlə danışmaq və ya onun haqqında çox da məşhur olmayan faktları son dərəcə bəlağətli şəkildə ifadə etmək olar. Biz onun heç də asan olmayan taleyi ilə bağlı xatirələri araşdırdıq və ən təsirlilərini sizinlə bölüşürük.
Həsən bəy Məlikovun şəxsiyyətinin miqyası və bu adamın əvvəlcə belə adlandırılması təkcə onun taleyini deyil, həm də o dövrlərin tarixi həqiqətini görməyə imkan verir. O, zamanla mübarizəyə girdi və məğlub oldu. Ədalət zəfər çalana qədər illər keçdi. Biz böyük azərbaycanlı Həsən bəy Zərdabinin (Məlikov) hekayəsini danışırıq.
İyulun 22-də Azərbaycanda Milli Mətbuat Günü qeyd olunur. Məhz 1875-ci ilin bu günü təsisçisi Həsən bəy Zərdabi olan “Əkinçi” qəzetinin Azərbaycan dilində ilk nömrəsi işıq üzü gördü. Elə oldu ki, o, uzun illər praktiki olaraq təkbaşına Azərbaycanda təhsil layihələrini həyata keçirməyə çalışdı. Qəzetlə yanaşı, ana dilində ilk dünyəvi məktəb, ilk kasıblara yardım cəmiyyəti, ilk milli tamaşa və digər hadisələrin arxasında məhz onun adı dayanır.
O, inanırdı ki, maariflənmə azərbaycanlıların dünyagörüşünü dəyişəcək və ölkə bir dövrdən digərinə keçəcək. Qızı dəfn mərasimində deyəcək: “Küçədə, bazarda, evlərdə yazır, təbliğat aparır, şəhəri gəzir, təhsilə çağırır və həmişə də səsi yalnız qalır, özü də yalnız idi”.
Həsən bəy özü o dövrlərlə bağlı deyirdi: “Çağırıram – getmirlər, göstərirəm – görmürlər, izah edirəm – başa düşmürlər...”
Ancaq indi onu pafoslu sözlərlə yad edirlər: Azərbaycan tarixinin ən parlaq şəxsiyyətlərindən biridir. Zərdabi 1837-ci il iyunun 28-də Göyçay qəzasının Zərdab kəndində anadan olub, 1907-ci il noyabrın 28-də Bakıda vəfat edib. Birinci Tiflis gimnaziyasını, sonra Moskva İmperator Universitetinin fizika-riyaziyyat fakültəsini bitirib. Həsənbəy Zərdabi Rusiyada ali təhsil almış ilk azərbaycanlı və müsəlman olub. Tiflisdə və Bakıda işləyib.
Zərdabi haqqında 12 mühüm hekayə
Həsən bəy Zərdabi uzun illər öz ideyasını - Azərbaycan dilində qəzet nəşrini həyata keçirməyə çalışıb. O, İstanbuldan lazımi ləvazimatları gətirdi və bir müddət sonra bütün çətinliklərə qalib gələrək 1875-ci il iyulun 22-də Bakıda quberniya mətbəəsində müxtəlif janrlardan bəhs edən Azərbaycan dilində ilk qəzet olan “Əkinçi” nəşr olundu. Bu qəzet yerli xəbərləri yayır, kənd təsərrüfatı, tibb, gigiyena sahəsində məsləhətlər verirdi. Amma ən əsası geriliyin səbəbləri, əhalinin “qaranlığı” ilə bağlı ciddi yazılar dərc olunurdu. Qəzet böyük rezonans doğurdu: bir neçə gün ərzində onun ilk nömrəsi təkcə Azərbaycanda deyil, Rusiyada da yayıldı.
Qəzetin yaranması daha çox qəzetin nəşrinə icazə verən Bakı general-qubernatoru Dmitri Staroselskinin himayəsi sayəsində mümkün olmuşdu. Qubernator Həsən bəylə, onun arvadı, gürcü Yekaterina Quramaşvili isə Zərdabinin arvadı Hənifə xanımla dostluq edirdi. Bu iki ailənin yaxın münasibətləri nəşri uzun müddət hücumlardan və təcavüzlərdən qorumuş, qubernatorun ailəsi Həsən bəyin layihəsini qismən maliyyələşdirmişdir. Lakin general Staroselski Bakıdan geri çağırılan kimi qəzetin üzərində qara buludlar cəm olmağa başladı və 1877-ci ilin sentyabrında qəzet bağlanmalı oldu.
Qəmli mühasibatlıq: qəzet Zərdabini necə məyus etdi
Nəşriyyat işi istənilən vaxt çətin olaraq qalır və Həsən bəy üçün də bu qayda istisna deyildi. Qəzet maliyyəçiləri öz “romanslarını oxudular” və nəticədə qəzet, eləcə də onun naşiri haqqında hökm imzaladılar. Zərdabi məyus oldu. “Biznes”in mühasibatlığı belə görünürdü. Əvvəlcə "Əkinçi"nin cəmi 100 abunəçisi var idi. Abunə qiyməti 3 rubl olduğundan abunədən cəmi 300 rubl pul gəlirdi. Qubernator Staroselski kənd sahə müvəkkillərini qəzetə abunə olmağa məcbur etdi. Beləliklə, daha 300 abunəçi və daha 900 rubl gəldi. İnsanları qəzet oxumağa alışdırmaq üçün əlavə 500 nüsxə də pulsuz paylanırdı. Əvvəlcə Həsən bəy ayda 2 dəfə qəzet çıxara biləcəyinə inanırdı. Lakin nəşr ilinin birinci yarısının sonunda itki 500 rubl təşkil etdi. Sonralar abunəçilərin sayı 600 nəfərə çatanda qəzet həftədə 1 dəfə çıxmağa başladı. İlin sonuna qədər Həsən bəyin itirdiyi maliyyə artıq 1000 rubl idi, baxmayaraq ki, onun tələbələri qəzetə məqalələri pulsuz yazırdılar. Üçüncü ildə abunəçilərin sayı kəskin şəkildə azalmağa başladı. Yeni qubernator həm qəzetə, həm də Zərdabinin özünə xoş münasibət bəsləmədi və tezliklə qəzet bağlanmalı oldu. “Əkinçi”nin cəmi 56 nömrəsi işıq üzü görüb. Müsəlmanların öz ana dilində qəzetə ehtiyacı yox idi. Zərdabinin özü isə külli miqdarda borclarla dərin məyusluğa qərq oldu ki, bu da onun məhvinin başlanğıcı idi.
Həsən bəy Bakı real məktəbində tarix müəllimi işləyib. Yaşı otuzdan çox idi, evlilik haqqında çoxdan düşünürdü, amma həyat yoldaşı seçmək çətin idi. O, savadlı qadınla ailə həyatı qurmaq istəyirdi, lakin o illərdə müsəlman qızlar arasında təhsillilər az idi. Bir dəfə “Qafqaz” qəzetində 1872-ci ildə Tiflisdəki Müqəddəs Nina təhsil ocağını bitirmiş qızların siyahısını gördü. Orada yalnız bir müsəlman soyadı var idi. Sonra tarix müəllimi inanılmaz addım atdı. Həsən bəy dərhal Tiflisə yola düşdü, təhsil müəssisəsinin rəhbərinə niyyətini başa saldı və 16 yaşlı gözəl bir qızla tanış oldu. Bu, çar ordusunun zabiti və Terek vilayətinin Nalçik şəhərindən olan Balkar knyazı Aslanbek Abayevin qızı Hənifə idi. Hənifə Abayeva Şimali Qafqazda ali təhsil alan ilk müsəlman qadın olub. Cütlük 1872-ci ildə evlənməyə qərar verdi. Həsən bəy onunla həm sevinci, həm də kədəri bölüşən Hənifənin simasında həqiqi dost tapdı.
Həsən bəyin həyat yoldaşı qeyri-adi bir insan idi. Məlumdur ki, o, müsəlman qızlar üçün ilk məktəb açıb və özəl qadın internat məktəbi açmağı planlaşdırırdı, lakin bütün bunlar ailədə olmayan pulları tələb edirdi. Hənifə qəzetin nəşri ilə bağlı hər şeydə ərinə kömək edirdi, redaktora məktubları çapa hazırlamaqdan tutmuş, şriftləri düzməyə qədər.
Bakının mütərəqqi ziyalılarından olan hörmətli qonaqlar Zərdabinin evinə tez-tez baş çəkirdilər. Onları həmin illərdə çox dəbdə olan rus yazıçısı Maksim Qorki və eyni dərəcədə məşhur müğənni Fedor Şalyapin ziyarət edib. Şalyapin Həsən bəygilin ailə şənliklərində zövqlə oxuyurdu.
1897-ci ildə tanınmış neft maqnatı və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev mətbəə ilə birlikdə rusdilli “Kaspiy” qəzetini alıb Zərdabinin kürəkəni Əlimərdan bəy Topçubaşovun başçılıq etdiyi Bakının yaradıcı ziyalılarına təhvil verir. Zərdabinin sevimli jurnalistikasına qayıtmaq imkanı var idi və o, faktiki olaraq nəşrin həmredaktoru oldu.
O, təkcə jurnalist deyildi
Azərbaycan xalqı Həsən bəy Zərdabiyə görkəmli ziyalı, naşir və publisist kimi ehtiramla yanaşır. Amma az adam bilir ki, o, özünü bir alim kimi də sübut edib. Onun coğrafiya və təbiət tarixi ilə bağlı “Yer, su və hava” adlı əsərində zəlzələ və vulkanların təsirləri araşdırılıb. Məsələn, o, belə nəticəyə gəlib ki, zəlzələnin dağıdıcılığı onun gücündən deyil, bilavasitə müddətindən asılıdır. Etiraf etmək lazımdır ki, sonralar onun əsərindəki elmi məlumatların tam dəqiq olmadığı ortaya çıxdı. Bununla belə, həmin əsər yazıldığı dövr üçün çox əhəmiyyətli idi.
Tənhalıq və həyatın acı həqiqəti
Həsən bəyin ailəsi bütün uşaqları ilə birlikdə “Kaspiy” redaksiyasının pulunu ödədiyi “gəlirli” evlərin birində kirayədə yaşayırdı. Onlar altı otaq tuturdular, bu otaqlar daim onlarla nahar edən və gecələyən kənar şəxslərlə dolu idi. Onlar adətən öz şəxsi işləri ilə bağlı Bakıya Həsən bəyin yanına gələn kəndlilər idi.
Ölümündən bir il əvvəl Həsən bəy beyin qanaması keçirdi və bədəninin yarısı iflic oldu. Onun diqqətə və qayğıya ehtiyacı var idi. Lakin cəmiyyət bu ehtiyaca laqeydliyi, həyasızlığı və etinasızlığı ilə cavab verdi. İş o yerə çatdı ki, hətta “Kaspiy”in yerli redaksiyasının özü də ən sadiq müəlliflərindən birini unutdu: onun ailəsi redaktorlar tərəfindən verilən mənzildən çıxarılmaqla hədələndi.
Həsən bəy vəfat edəndən sonra qəzetdə zəifləyən, xəstələnən, “işinə həvəslə yanaşan” bir qoca haqqında yazı çıxdı: “Həsən bəyin redaksiyaya sistemli, gündəlik səyahətinə, yetimsayağı simasına, solğun, amma sanki bir məzəmmət parıldayan baxışlarına baxaraq göz yaşlarını tutmaq, həyatın bu acı həqiqətini hiss etmək çətin idi”.
Məqalə bu sözlərlə bitirdi: “Ömrünün sonunda özünü hər şeydən az düşünən, amma bütün ömrü boyu başqaları üçün düşünən və çalışan adamı soyuq tənhalıq bürüdü. Onun mükafatı bu idi! Bu, utancverici və kədərlidir!"
Son gün, yol və vida nitqi
28 noyabr 1907-ci il, çərşənbə günü səhər saat 11-də Köhnə Poçt küçəsindəki evdə Həsən bəy Zərdabi vəfat etdi. Ölümündən bir gün əvvəl ailəsinin bütün etirazlarına baxmayaraq, sonuncu dəfə “Kaspiy”in redaksiyasına baş çəkdi, günün çox hissəsini orada keçirdi, sanki sağollaşdı. Bütün şəhər böyük maarifçini dəfn etdi, Azərbaycanın və Rusiyanın hər yerindən məktublar, başsağlığı teleqramları gəlirdi. Zərdabinin dəfn günü şəhərin bir neçə yerində qeyri-mütəşəkkil vida mitinqləri keçirildi. Yerli “İrşad” qəzetinin redaktoru, parlaq natiq Əhməd bəy Ağayev Azərbaycan dilində vida nitqi söylədi. Ə.Ağayev dinləyicilərin təəssüf nidaları və göz yaşları ilə müşaiyət olunan matəm nitqində "Bu təmənnasız xidmətin müqabilində Həsən bəy nə qazanmışdı?" sualına belə cavab vermişdi:
"Hər şeydən əvvəl ona etdiyimiz qınaq və küfrü; fəqirlik və yoxsulluğu! Ağzını açıb danışanda biz ona deyirdik: Kəs səsüvü! Danışma! Sən kasıbsan! Sən fəqirsən! Yəni biz ona tənə edirdik ki, vaxtını pul qazanmağa sərf etmək əvəzinə bizə, biz millətə müftə qulluq etməyə sərf edirdi. Lakin bu mücahid, bu millətpərəst bizim heç bir məzəmmətimizə boyun əymədən, heyrətamiz bir əzmlə tutduğu yolla getməyə davam edərək, bütün gücünü millətin oyanmasına, xalqına xidmət yoluna sərf etdi...”
Zərdabinin ailəsini və övladlarını diqqət və qayğı ilə əhatə edəcəkləri ilə bağlı vida günlərində səslənən yüksək vədlər vəd olaraq qaldı. Sovet dövründə Zərdabi ailəsi repressiyaya məruz qalmışdı. Ailələri və qardaşları əziyyət çəkdi. Onların hamısı kiçik uşaqları ilə Sibirə sürgün edildi. Qohumlarının xatirələrindən: “Onların hamısı Sibirə sürgün ediləndə uşaqlar hələ çox kiçik idi. Onlardan biri soyuqdan öldü, ata onu basdırmağa getdi və geri qayıdanda digər uşaqların donaraq öldüyünü gördü ... " Böyük maarifçinin adı ilə bağlı hər şey onilliklər ərzində unudulub. Publisistin adı yalnız 1956-cı ildə bərpa edildi.
Zərdabi 1936-cı ildə dağıdılmış Bibi-Heybət məscidinin yaxınlığında yerləşən qəbiristanlıqda dəfn edilib. Dəfn mərasimində minlərlə insanın iştirak etdiyi Həsən bəyin qalıqları kiçik qızının xahişi ilə təsadüfi şəxslər tərəfindən qazılaraq taxta qutuya qoyulub şəhər qəbiristanlığına aparılıb. Sonrakı iyirmi il ərzində Zərdabinin sümükləri arvadının qəbrinin yanında heç bir nişanın olmadığı izsiz məzarda qaldı. Yalnız 1957-ci ildə, Xruşşovun "mülayim havası"nın başlanğıcında onun "yeraltı" məzarını qurmaq və qalıqlarını son mənzilində - Fəxri Xiyabanda basdırmaq mümkün oldu. Bu gün Bakıda Zərdabinin adına küçə var.
Həyatı, eləcə də qohum və dostlarının həyatı ilə bağlı ən maraqlı şeylərə maarifçinin doğulduğu Göyçay rayonunun Zərdab kəndindəki muzeydə rast gəlmək olar. Yerli mətbuat muzeyə çox az yerli əhalinin gəldiyini, ümumiyyətlə, xarici ziyarətçilərin olmadığını yazıb. Üstəlik, bu muzey maarifçinin ev-muzeyi deyil, xatirə muzeyidir. Zərdabinin doğulub-böyüdüyü evin yerində isə bu gün yalnız xarabalıqlar qalıb.
Hənifə xanım ərinin ölümündən sonra bir müddət Bakı şəhər Rus-Azərbaycan qadın məktəbinə rəhbərlik etməyə davam etdi. O, 1929-cu ildə vəfat edib. Necə ki, o, zamanında həyat yoldaşı Həsən bəyi bütün Bakının müşayiəti ilə son mənzilə şərəflə yola salmışdı, eləcə də onu belə yola saldılar.
Zərdabinin iki oğlu və iki qızı olub. Oğullarından biri Səfvət bəyin məzarı bir il əvvəl Ankaranın Karşıyaka qəbiristanlığında baxımsız vəziyyətdə aşkar edilib. Böyük qızı Pəri Məlikova, dövlət xadimi, hüquqşünas və jurnalist, Rusiya I Dövlət Dumasının deputatı, Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin sədri Əlimərdan bəy Topçubaşovla ailə həyatı qurub. Lakin 1919-cu ildə Pəri əri ilə birlikdə Parisə getdi və son günlərinə qədər orada yaşadılar.
Ailənin böyük oğlu Midhət bəy repressiya edildi, millətçi kimi Sovet “KQB”si tərəfindən güllələndi.
Kiçik qızı Qəribsoltan Məlikova Zərdabi ailəsinin Azərbaycanda qalan yeganə nümayəndəsi idi. O, 1967-ci ildə vəfat edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.