Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycanda əsas kapitala yönəldilmiş vəsaitlər 10 faizdən çox artıb

© Sputnik / Murad OrujovКупюра номиналом в 200 AZN, фото из архива
Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920, 22.07.2023
Abunə olmaq
Ümumi sərmayənin 4322,9 milyon manatı və ya 60,5 faizi məhsul istehsalı sahələrinin, 2426,6 milyon manatı xidmət sahələrinin, 398,8 milyon manatı isə yaşayış evlərinin tikintisinin payına düşüb.
BAKI, 22 iyul - Sputnik. 2023-cü ilin yanvar-iyun aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 7148,3 milyon manat və ya 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 10,4 faiz çox vəsait yönəldilib.
Dövlət Statistika Komitəsinin məlumatına görə, neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 21,4 faiz, qeyri neftqaz sektoruna yönəldilən vəsaitin həcmi isə 4,2 faiz artıb.
Ümumi sərmayənin 4322,9 milyon manatı və ya 60,5 faizi məhsul istehsalı sahələrinin, 2426,6 milyon manatı (33,9 faizi) xidmət sahələrinin, 398,8 milyon manatı (5,6 faizi) isə yaşayış evlərinin tikintisinin payına düşüb.
Ümumi sərmayənin 47,7 faizi dövlət, 52,3 faizi qeyri-dövlət sektorunun sərmayədarları tərəfindən qoyulub. Sərmayə qoyuluşunun 70,6 faizi tikinti-quraşdırma işlərinə sərf edilib. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsaitin dəyəri ümumi sərmayənin 72,9 faizini təşkil edib. Əsas kapitala yönəldilmiş vəsaitdə müəssisə və təşkilatların öz vəsaitləri 3476,6 milyon manat, büdcə vəsaitləri 2412,9 milyon manat, əhalinin şəxsi vəsaitləri 513,3 milyon manat, bank kreditləri 245,0 milyon manat, sair vəsaitlər 500,5 milyon manat təşkil edib.
2023-cü ilin yanvar-iyun aylarında əsas kapitala yönəldilmiş ümumi vəsaitin 45,0 faizi sənaye, 25,7 faizi nəqliyyat və anbar təsərrüfatı, 17,3 faizi tikinti, 3,8 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,7 faizi informasiya və rabitə, hər birində 1,2 faiz olmaqla maliyyə və sığorta fəaliyyəti, dövlət idarəetməsi və müdafiə; sosial təminat, 1,0 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 0,6 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, hər birində 0,5 faiz olmaqla təhsil, əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 0,2 faizi digər sahələrdə xidmətlərin göstərilməsi, hər birində 0,1 faiz olmaqla peşə, elmi və texniki fəaliyyət, inzibati və yardımçı xidmətlərin göstərilməsi, istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət sahələrinə sərf edilib.
Xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilmiş vəsaitin 1838,3 milyon manatı (94,8 faizi) Birləşmiş Krallıq, Fransa, ABŞ, Türkiyə, Yaponiya, İsveçrə, Rusiya, Norveç və İran sərmayədarlarına məxsus olub.
Xəbər lenti
0