Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Antalyada oteldə yanğın - Ölən və yaralananlar var

© AFP 2023 / ILYAS AKENGINЛесной пожар в Турции, фото из архива
Лесной пожар в Турции, фото из архива - Sputnik Azərbaycan, 1920, 22.07.2023
Abunə olmaq
Yanğında ölənlərin livanlı turistlər olduğu bildirilir. Xəsarət alanlar arasında isə Norveç, Danimarka və Niderlanddan olan turistlər var.
BAKI, 22 iyul - Sputnik. Türkiyənin əsas turizm məkanlarından biri olan Antalyanın Muratpaşa rayonunda ikimərtəbəli butik otel yanıb.
TRT telekanalının məlumatına görə, yanğın nəticəsində 2 turist həyatını itirib, 10 nəfər yaralanıb. Əraziyə xilasedicilər, yanğınsöndürənlər, polis, təcili tibbi yardım qrupları yönəldilib.
Yanğında ölənlərin livanlı turistlər olduğu bildirilir. Xəsarət alanlar arasında isə Norveç, Danimarka və Niderlanddan olan turistlər var. Həkimlərin sözlərinə görə, xəstəxanaya yerləşdirilən yaralılardan birinin vəziyyəti ağırdır.
Yanğının səbəbləri araşdırılır.
Xəbər lenti
0