https://sputnik.az/20230722/abs-dan-taxil-sazisi-ile-bagli-turkiyeye-cagiris-vasitecilik-roluna-geri-qayidin-457037991.html
ABŞ-dan taxıl sazişi ilə bağlı Türkiyəyə çağırış: Vasitəçilik roluna geri qayıdın
ABŞ-dan taxıl sazişi ilə bağlı Türkiyəyə çağırış: Vasitəçilik roluna geri qayıdın
Sputnik Azərbaycan
2022-ci il iyulun 22-də Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələri tərəfindən imzalanan Qara Dəniz Təşəbbüsü Odessa da daxil olmaqla üç limandan Ukrayna... 22.07.2023, Sputnik Azərbaycan
2023-07-22T17:37+0400
2023-07-22T17:37+0400
2023-07-22T17:38+0400
taxıl
dünya xəbərləri
saziş
abş
türkiyə
rəcəb tayyip ərdoğan
entoni blinken
https://cdnn1.img.sputnik.az/img/07e6/08/18/445332691_0:160:3073:1889_1920x0_80_0_0_bcbfd24835174d4bd9e7017ec842469d.jpg
BAKI, 22 iyul - Sputnik. Rusiya taxıl sazişində iştirakını dayandırdıqdan sonra ABŞ Türkiyəyə taxıl sazişi ilə bağlı çağırış edib. Türkiyə mətbuatının yazdığına görə, ABŞ dövlət katibi Antoni Blinken deyib ki, biz Türkiyənin daha əvvəl etdiyi kimi, bu yolun bərpasında vasitəçilik rolunu öz üzərinə götürməsini gözləyirik. Blinken əlavə edib ki, Türkiyə taxıl sazişi təşəbbüsünün həyata keçirilməsində mühüm rol oynayıb, ilk növbədə BMT-nin Baş katibi Antonio Quterreşlə yaxından əməkdaşlıq edib. Buna görə də Türkiyənin bu işin yenidən yoluna qoyulmasında vasitəçilik rolunu oynamasını gözləyirik. Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yaxın gələcəkdə taxıl müqaviləsinin yenidən bərpa ediləcəyini gözlədiyini bildirib. Türkiyə lideri Rusiya ilə telefon diplomatiyasına sadiq qalacağını qeyd edib. "Biz diplomatiyanın bütün vasitələrindən istifadə edəcəyik və bütün səylərimizi bu məsələyə yönəldəcəyik. Müharibə şəraitində bəşəriyyətə xidmət edən kompromis artıq əldə olunub və biz bunu davam etdirmək üçün əlimizdən gələni edəcəyik. Türkiyəyə qayıdandan sonra cənab Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar aparacağam. İlk növbədə, telefon diplomatiyasına riayət edəcəyik", - deyə Ərdoğan bildirib. İyulun 17-də Rusiya taxıl sazişində iştirakını dayandırdığını açıqlayıb. 2022-ci il iyulun 22-də Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələri tərəfindən imzalanan Qara Dəniz Təşəbbüsü Odessa da daxil olmaqla üç limandan Ukrayna taxılının və ərzaq məhsullarının, eləcə də gübrələrin Qara dəniz vasitəsilə ixracını nəzərdə tuturdu. Gəmilərin hərəkətinin koordinasiyası İstanbuldakı Birgə Koordinasiya Mərkəzi tərəfindən həyata keçirilirdi. Rusiya prezidenti Vladimir Putin qeyd edib ki, Qərb Ukrayna taxılının böyük hissəsini Afrikadakı ehtiyacı olan ölkələrə deyil, öz dövlətlərinə ixrac edir. Taxıl təşəbbüsü paket sazişinin tərkib hissəsidir. İkinci hissə - üç il müddətinə nəzərdə tutulmuş Rusiya-BMT memorandumu - Rusiyanın ərzaq və gübrə ixracının bərpasını nəzərdə tutur, əsas vəzifələr arasında Rusiya Kənd Təsərrüfatı Bankının SWIFT-ə yenidən qoşulması, kənd təsərrüfatı texnikasının tədarükünün bərpası, ehtiyat hissələri və xidmətlər, Toliyatti-Odessa ammonyak boru kəmərinin bərpası və bir sıra digər tədbirlərdir. Moskvada qeyd edib ki, paket sazişinin bu hissəsi həyata keçirilməyib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/08/18/445332691_171:0:2902:2048_1920x0_80_0_0_2455d8b6766f2cde6293fd8461e9ce40.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
taxıl, saziş, abş, türkiyə, rəcəb tayyip ərdoğan, entoni blinken
taxıl, saziş, abş, türkiyə, rəcəb tayyip ərdoğan, entoni blinken
ABŞ-dan taxıl sazişi ilə bağlı Türkiyəyə çağırış: Vasitəçilik roluna geri qayıdın
17:37 22.07.2023 (Yenilənib: 17:38 22.07.2023) 2022-ci il iyulun 22-də Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələri tərəfindən imzalanan Qara Dəniz Təşəbbüsü Odessa da daxil olmaqla üç limandan Ukrayna taxılının və ərzaq məhsullarının, eləcə də gübrələrin Qara dəniz vasitəsilə ixracını nəzərdə tuturdu.
BAKI, 22 iyul - Sputnik. Rusiya taxıl sazişində iştirakını dayandırdıqdan sonra ABŞ Türkiyəyə taxıl sazişi ilə bağlı çağırış edib.
Türkiyə mətbuatının yazdığına görə, ABŞ dövlət katibi Antoni Blinken deyib ki, biz Türkiyənin daha əvvəl etdiyi kimi, bu yolun bərpasında vasitəçilik rolunu öz üzərinə götürməsini gözləyirik.
Blinken əlavə edib ki, Türkiyə taxıl sazişi təşəbbüsünün həyata keçirilməsində mühüm rol oynayıb, ilk növbədə BMT-nin Baş katibi Antonio Quterreşlə yaxından əməkdaşlıq edib. Buna görə də Türkiyənin bu işin yenidən yoluna qoyulmasında vasitəçilik rolunu oynamasını gözləyirik.
Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yaxın gələcəkdə taxıl müqaviləsinin yenidən bərpa ediləcəyini gözlədiyini bildirib.
Türkiyə lideri Rusiya ilə telefon diplomatiyasına sadiq qalacağını qeyd edib.
"Biz diplomatiyanın bütün vasitələrindən istifadə edəcəyik və bütün səylərimizi bu məsələyə yönəldəcəyik. Müharibə şəraitində bəşəriyyətə xidmət edən kompromis artıq əldə olunub və biz bunu davam etdirmək üçün əlimizdən gələni edəcəyik. Türkiyəyə qayıdandan sonra cənab Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar aparacağam. İlk növbədə, telefon diplomatiyasına riayət edəcəyik", - deyə Ərdoğan bildirib.
İyulun 17-də Rusiya taxıl sazişində iştirakını dayandırdığını açıqlayıb.
2022-ci il iyulun 22-də Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələri tərəfindən imzalanan Qara Dəniz Təşəbbüsü Odessa da daxil olmaqla üç limandan Ukrayna taxılının və ərzaq məhsullarının, eləcə də gübrələrin Qara dəniz vasitəsilə ixracını nəzərdə tuturdu. Gəmilərin hərəkətinin koordinasiyası İstanbuldakı Birgə Koordinasiya Mərkəzi tərəfindən həyata keçirilirdi. Rusiya prezidenti Vladimir Putin qeyd edib ki, Qərb Ukrayna taxılının böyük hissəsini Afrikadakı ehtiyacı olan ölkələrə deyil, öz dövlətlərinə ixrac edir.
Taxıl təşəbbüsü paket sazişinin tərkib hissəsidir. İkinci hissə - üç il müddətinə nəzərdə tutulmuş Rusiya-BMT memorandumu - Rusiyanın ərzaq və gübrə ixracının bərpasını nəzərdə tutur, əsas vəzifələr arasında Rusiya Kənd Təsərrüfatı Bankının SWIFT-ə yenidən qoşulması, kənd təsərrüfatı texnikasının tədarükünün bərpası, ehtiyat hissələri və xidmətlər, Toliyatti-Odessa ammonyak boru kəmərinin bərpası və bir sıra digər tədbirlərdir. Moskvada qeyd edib ki, paket sazişinin bu hissəsi həyata keçirilməyib.