Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Şuşada "IV Sənaye İnqilabı dövründə Yeni Media" mövzusunda Qlobal Media Forumu başlayır

© Sputnik / Murad OrujovВид на город Шуша
Вид на город Шуша - Sputnik Azərbaycan, 1920, 21.07.2023
Abunə olmaq
Toplantıda ümumilikdə 50 ölkəni təmsil edən 120 media subyekti, rəsmi şəxslər, 250-dən çox qonaq iştirak edəcək.
BAKI, 21 iyul — Sputnik. Sabah, iyulun 22-də Şuşa şəhərində "IV Sənaye İnqilabı dövründə Yeni Media" mövzusunda Qlobal Media Forumu keçiriləcək.
Şuşaya ezam olunan əməkdaşı xəbər verir ki, toplantıda ümumilikdə 50 ölkəni təmsil edən 120 media subyekti, rəsmi şəxslər, 250-dən çox qonaq iştirak edəcək.
Açılış mərasimindən sonra forum sessiyalarla davam edəcək.
Sessiyalarda isə medianın gələcəyi - rəqəmsal dövrdə jurnalistika və kommunikasiyada yeni alətlər, mediada investisiya və istehlak tendensiyaları və digər mövzular xarici və yerli mütəxəssislərin iştirakı ilə müzakirəyə çıxarılacaq.
Qlobal forum çərçivəsində, eyni zamanda, bəzi "side event"lərin (paralel tədbirlərin) - sərgi və təlimlərin də keçirilməsi nəzərdə tutulur.
Forum iyulun 23-ü axşama qədər davam edəcək.
Qeyd edək ki, ölkəmizdə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Əkinçi" qəzetinin nəşrə başladığı gün - 22 iyul Milli Mətbuat və Jurnalistika Günü kimi qeyd olunur.
Prezident İlham Əliyev Şuşa rayonunda səfərdədir - Sputnik Azərbaycan, 1920, 21.07.2023
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Prezident İlham Əliyev Şuşada səfərdədir: Daşaltı kəndi bərpa edilir
Xəbər lenti
0