https://sputnik.az/20230721/stanbul-su-anbarlarinda-suyun-seviyyesi-son-9-ilin-en-asagi-seviyyesine-dusub-457023470.html
İstanbul su anbarlarında suyun səviyyəsi son 9 ilin ən aşağı səviyyəsinə düşüb
İstanbul su anbarlarında suyun səviyyəsi son 9 ilin ən aşağı səviyyəsinə düşüb
Sputnik Azərbaycan
Türkiyə bir çox Avropa ölkələri ilə birlikdə "Afrika" istisinin təsiri altına düşüb. 21.07.2023, Sputnik Azərbaycan
2023-07-21T20:49+0400
2023-07-21T20:49+0400
2023-07-21T20:49+0400
istanbul
dünya xəbərləri
afrika
avropa
https://cdnn1.img.sputnik.az/img/07e7/06/1c/456358005_0:0:3072:1728_1920x0_80_0_0_f3c3e570198847e45c0b37c66e1066f4.jpg
BAKI, 21 iyul — Sputnik. İstanbulun su anbarlarında suyun səviyyəsi istilər səbəbindən 2014-cü ildən bəri ən aşağı səviyyəyə düşüb. Bunu İstanbul Su Resursları və Kanalizasiya İdarəsi (İSKİ) bildirib. Rəsmi qurumların məlumatına görə, hazırda şəhərin su anbarları 39,84% dolub. Həftə ərzində suyun səviyyəsi 15,8 milyon kubmetr (demək olar ki, 2%) azalıb. İdarədən verilən məlumata görə, bu tarixə yalnız 2014-cü ildə su anbarları 20 faiz dolu olub, sonrakı səkkiz ildə isə səviyyə 60 faizdən aşağı düşməyib. Eyni zamanda, on ən böyük su anbarından ən azı ikisi praktiki olaraq dayaz hala gəlib - onlar 4 və 7% doludurlar. Hava proqnozlarına görə, yaxın on gündə İstanbulda yağıntı gözlənilmir, havanın temperaturu 30-35 dərəcə isti təşkil edəcək. Türkiyə bir çox Avropa ölkələri ilə birlikdə "Afrika" istisinin təsiri altına düşüb: Antalyada, təxminən 41-43 dərəcə, ölkənin cənub-şərqində Suriya və İraqla sərhəddə eyni göstəricilər hökm sürür. Marmaris, Bodrum və digər istirahət mərkəzlərində ikinci həftədir ki, istilər 40 dərəcənin üzərindədir, gecələr temperatur 30-dan aşağı düşmür. Qeyd edək ki, yanvar-fevral aylarında əhəmiyyətli dərəcədə yağıntının olmaması İstanbulun su anbarlarında suyun səviyyəsinin fəlakətli şəkildə azalmasına, quraqlıq təhlükəsi və istehlakçılara suyun verilməsində məhdudiyyətlərə səbəb olub – o zaman suyun səviyyəsi 30%-dən aşağı düşmüşdü.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/06/1c/456358005_0:0:2732:2048_1920x0_80_0_0_32455de438a35f2153bb95232e1cf91e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
istanbul, afrika, avropa
İstanbul su anbarlarında suyun səviyyəsi son 9 ilin ən aşağı səviyyəsinə düşüb
Türkiyə bir çox Avropa ölkələri ilə birlikdə "Afrika" istisinin təsiri altına düşüb.
BAKI, 21 iyul — Sputnik. İstanbulun su anbarlarında suyun səviyyəsi istilər səbəbindən 2014-cü ildən bəri ən aşağı səviyyəyə düşüb.
Bunu İstanbul Su Resursları və Kanalizasiya İdarəsi (İSKİ) bildirib.
Rəsmi qurumların məlumatına görə, hazırda şəhərin su anbarları 39,84% dolub. Həftə ərzində suyun səviyyəsi 15,8 milyon kubmetr (demək olar ki, 2%) azalıb.
İdarədən verilən məlumata görə, bu tarixə yalnız 2014-cü ildə su anbarları 20 faiz dolu olub, sonrakı səkkiz ildə isə səviyyə 60 faizdən aşağı düşməyib. Eyni zamanda, on ən böyük su anbarından ən azı ikisi praktiki olaraq dayaz hala gəlib - onlar 4 və 7% doludurlar.
Hava proqnozlarına görə, yaxın on gündə İstanbulda yağıntı gözlənilmir, havanın temperaturu 30-35 dərəcə isti təşkil edəcək.
Türkiyə bir çox Avropa ölkələri ilə birlikdə "Afrika" istisinin təsiri altına düşüb: Antalyada, təxminən 41-43 dərəcə, ölkənin cənub-şərqində Suriya və İraqla sərhəddə eyni göstəricilər hökm sürür. Marmaris, Bodrum və digər istirahət mərkəzlərində ikinci həftədir ki, istilər 40 dərəcənin üzərindədir, gecələr temperatur 30-dan aşağı düşmür.
Qeyd edək ki, yanvar-fevral aylarında əhəmiyyətli dərəcədə yağıntının olmaması İstanbulun su anbarlarında suyun səviyyəsinin fəlakətli şəkildə azalmasına, quraqlıq təhlükəsi və istehlakçılara suyun verilməsində məhdudiyyətlərə səbəb olub – o zaman suyun səviyyəsi 30%-dən aşağı düşmüşdü.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.