https://sputnik.az/20230721/ramana-ve-kurdexanida-yerlesen-komplekslerdeki-menzillerin-aqibeti-nece-olub-456997813.html
Ramana və Kürdəxanıda yerləşən komplekslərdəki mənzillərin aqibəti necə olub
Ramana və Kürdəxanıda yerləşən komplekslərdəki mənzillərin aqibəti necə olub
Sputnik Azərbaycan
Yeni binalarda yerləşən, çıxarışlı və tam təmirli mənzillərin satışı ms.sosial.gov.az portalı üzərindən onlayn aparılır. 21.07.2023, Sputnik Azərbaycan
2023-07-21T13:47+0400
2023-07-21T13:47+0400
2023-07-21T13:47+0400
ipoteka
cəmiyyət
mida
mənzil
ramana
ramana qəsəbəsi
kürdəxanı
samux
https://cdnn1.img.sputnik.az/img/42404/02/424040227_0:100:1341:854_1920x0_80_0_0_f81c83e7610a1348ecaf0bdcef47f44f.jpg
BAKI, 21 iyul — Sputnik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Bakının Qaradağ rayonundakı Ümid qəsəbəsində, Abşeron, Samux rayonlarında satışa çıxarılan mənzillərin satışı davam edir. Bu barədə Sosial Xidmətlər Agentliyindən xəbər verilib. Bildirilib ki, qeyd edilən yeni binalarda yerləşən, çıxarışlı və tam təmirli mənzillərin satışı ms.sosial.gov.az portalı üzərindən onlayn aparılır. Artıq paytaxtın Sabunçu rayonunun Ramana və Kürdəxanı qəsəbələrində yerləşən komplekslərdəki mənzillərin satışı yekunlaşıb. Mənzilləri alan şəxslər tərəfindən mənzillərin dəyəri tam ödənilməklə onlarla notariat qaydasında təsdiq edilmiş alqı-satqı müqaviləsi bağlanıb və mənzillər sahiblərinə təqdim olunub. Hazırda digər mənzillərin ms.sosial.gov.az portalı üzərindən bron edilməsi və bron etmiş şəxslərlə əlaqə saxlanılaraq onların bron etdikləri mənzillərin alqı-satqısına dəvət edilməsi prosesi davam edir. Mənzillərdən maksimum 3 mənzili bron etmək imkanı verilir. Bakının Qaradağ rayonundakı Ümid qəsəbəsində, Abşeron rayonunda ("Stansiya Sumqayıt" kimi tanınan ərazi) və Samux rayonunda yeni binalarda yerləşən həmin mənzillər hər biri çıxarışlı və tam təmirlidir, istifadə olunmayıb. Mənzilləri banklara müraciət etməklə ipoteka krediti ilə də almaq olar. Samux rayonunda yerləşən mənzillər hər kvadratmetr üçün 435, Qaradağ rayonundakı Ümid qəsəbəsində 700, Abşeron rayonunda isə 780 azn-dən başlayan qiymətlərlə satışa çıxarılıb. Satışdan əldə olunan vəsait ölkəmizin digər bölgələrində şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzil və fərdi evlə təminatına yönəldiləcək (APA).Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42404/02/424040227_34:0:1305:953_1920x0_80_0_0_16f69fcd6ff5d0b690c6ef247e08ff7e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ipoteka, mida, mənzil, ramana, ramana qəsəbəsi, kürdəxanı, samux
ipoteka, mida, mənzil, ramana, ramana qəsəbəsi, kürdəxanı, samux
Ramana və Kürdəxanıda yerləşən komplekslərdəki mənzillərin aqibəti necə olub
Yeni binalarda yerləşən, çıxarışlı və tam təmirli mənzillərin satışı ms.sosial.gov.az portalı üzərindən onlayn aparılır.
BAKI, 21 iyul — Sputnik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Bakının Qaradağ rayonundakı Ümid qəsəbəsində, Abşeron, Samux rayonlarında satışa çıxarılan mənzillərin satışı davam edir.
Bu barədə Sosial Xidmətlər Agentliyindən xəbər verilib. Bildirilib ki, qeyd edilən yeni binalarda yerləşən, çıxarışlı və tam təmirli mənzillərin satışı ms.sosial.gov.az portalı üzərindən onlayn aparılır.
Artıq paytaxtın Sabunçu rayonunun Ramana və Kürdəxanı qəsəbələrində yerləşən komplekslərdəki mənzillərin satışı yekunlaşıb.
Mənzilləri alan şəxslər tərəfindən mənzillərin dəyəri tam ödənilməklə onlarla notariat qaydasında təsdiq edilmiş alqı-satqı müqaviləsi bağlanıb və mənzillər sahiblərinə təqdim olunub.
Hazırda digər mənzillərin ms.sosial.gov.az portalı üzərindən bron edilməsi və bron etmiş şəxslərlə əlaqə saxlanılaraq onların bron etdikləri mənzillərin alqı-satqısına dəvət edilməsi prosesi davam edir. Mənzillərdən maksimum 3 mənzili bron etmək imkanı verilir.
Bakının Qaradağ rayonundakı Ümid qəsəbəsində, Abşeron rayonunda ("Stansiya Sumqayıt" kimi tanınan ərazi) və Samux rayonunda yeni binalarda yerləşən həmin mənzillər hər biri çıxarışlı və tam təmirlidir, istifadə olunmayıb.
Mənzilləri banklara müraciət etməklə ipoteka krediti ilə də almaq olar. Samux rayonunda yerləşən mənzillər hər kvadratmetr üçün 435, Qaradağ rayonundakı Ümid qəsəbəsində 700, Abşeron rayonunda isə 780 azn-dən başlayan qiymətlərlə satışa çıxarılıb.
Satışdan əldə olunan vəsait ölkəmizin digər bölgələrində şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzil və fərdi evlə təminatına yönəldiləcək (APA).
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.