https://sputnik.az/20230721/pentaqon-auditorlari-ukraynada-qerb-silahlarinin-ogurlanmasina-aid-hesabat-hazirlayiblar-457008294.html
Pentaqon auditorları Ukraynada Qərb silahlarının oğurlanmasına aid hesabat hazırlayıblar
Pentaqon auditorları Ukraynada Qərb silahlarının oğurlanmasına aid hesabat hazırlayıblar
Sputnik Azərbaycan
2022-ci il iyunun sonlarında mütəşəkkil cinayətkar qrup saxta sənədlərin köməyi ilə könüllülər batalyonuna daxil olub və silah, o cümlədən qumbaraatan və... 21.07.2023, Sputnik Azərbaycan
2023-07-21T22:28+0400
2023-07-21T22:28+0400
2023-07-21T22:28+0400
pentaqon
dünya xəbərləri
ukrayna
abş
https://cdnn1.img.sputnik.az/img/41560/92/415609233_0:49:3678:2118_1920x0_80_0_0_b2d3e395e34589f7d7640c81a5d5396c.jpg
BAKI, 21 iyul — Sputnik. ABŞ Müdafiə Nazirliyinin Baş Müfəttişlik İdarəsi Qərb müttəfiqləri tərəfindən Ukraynaya verilən silah və texnikanın oğurlanması faktlarını aşkar ediblər. "CNN" telekanalı yoxlama idarəsinin hesabatına istinadən bu barədə xəbər verib. Hesabatın nüsxəsi jurnalistlərin sərəncamında olub. Hesabat 6 oktyabr 2022-ci il tarixlidir və fevraldan sentyabr ayına qədər olan dövrü əhatə edir. Məlumat verilib ki, 2022-ci il iyunun sonlarında mütəşəkkil cinayətkar qrup saxta sənədlərin köməyi ilə könüllülər batalyonuna daxil olub və silah, o cümlədən qumbaraatan və pulemyot, həmçinin 1000-dən çox patron oğurlayıb. Hesabata görə, baş verənlər Ukraynanın xüsusi xidmət orqanları tərəfindən aşkarlanıb. Həmin ay Ukraynanın təhlükəsizlik xidmətləri ölkənin cənubunda oğurlanmış silah və sursatları satmağa çalışan silah alverçilərinin cinayət planının qarşısını alıb. Elə həmin dövrdə, humanitar təşkilatların əməkdaşları adı altında 17 min ABŞ dolları dəyərində gülləkeçirməz jiletləri oğurlayan quldur dəstəsi aşkar edilib. 2022-ci ilin avqustunda isə kəşfiyyat orqanları 60 tüfəng və 1000-ə yaxın patron oğurlayan və onları "ehtimal ki, qara bazarda satış üçün" saxlayan bir qrup könüllü batalyon döyüşçüsünü aşkar ediblər. Xatırladaq ki, Rusiya Ukraynaya silah tədarük etdiyi üçün bundan əvvəl NATO ölkələrinə nota göndərib. Rusiyanın xarici işlər naziri Sergey Lavrov qeyd edib ki, içində Ukrayna üçün silah olan istənilən yük Rusiya üçün qanuni hədəfə çevriləcək. Rusiya Federasiyası Xarici İşlər Nazirliyi bəyan edib ki, NATO ölkələri Ukraynaya silah verməklə "odla oynayırlar". Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov qeyd edib ki, Ukraynanın Qərbdən silahlarla təchiz edilməsi Rusiya-Ukrayna danışıqlarının uğuruna kömək etmir və mənfi təsir göstərəcək. Lavrov bəyan edib ki, ABŞ və NATO Ukraynadakı münaqişədə, təkcə silah tədarükü deyil, həm də Böyük Britaniya, Almaniya, İtaliya və digər ölkələrdə kadrların hazırlanması ilə birbaşa iştirak edir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41560/92/415609233_395:0:3283:2166_1920x0_80_0_0_80d3bd1bfa113de942b4c25b18771cb3.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
pentaqon, ukrayna, abş
Pentaqon auditorları Ukraynada Qərb silahlarının oğurlanmasına aid hesabat hazırlayıblar
2022-ci il iyunun sonlarında mütəşəkkil cinayətkar qrup saxta sənədlərin köməyi ilə könüllülər batalyonuna daxil olub və silah, o cümlədən qumbaraatan və pulemyot, həmçinin 1000-dən çox patron oğurlayıb.
BAKI, 21 iyul — Sputnik. ABŞ Müdafiə Nazirliyinin Baş Müfəttişlik İdarəsi Qərb müttəfiqləri tərəfindən Ukraynaya verilən silah və texnikanın oğurlanması faktlarını aşkar ediblər.
"CNN" telekanalı yoxlama idarəsinin hesabatına istinadən bu barədə xəbər verib. Hesabatın nüsxəsi jurnalistlərin sərəncamında olub.
Hesabat 6 oktyabr 2022-ci il tarixlidir və fevraldan sentyabr ayına qədər olan dövrü əhatə edir.
Məlumat verilib ki, 2022-ci il iyunun sonlarında mütəşəkkil cinayətkar qrup saxta sənədlərin köməyi ilə könüllülər batalyonuna daxil olub və silah, o cümlədən qumbaraatan və pulemyot, həmçinin 1000-dən çox patron oğurlayıb. Hesabata görə, baş verənlər Ukraynanın xüsusi xidmət orqanları tərəfindən aşkarlanıb.
Həmin ay Ukraynanın təhlükəsizlik xidmətləri ölkənin cənubunda oğurlanmış silah və sursatları satmağa çalışan silah alverçilərinin cinayət planının qarşısını alıb. Elə həmin dövrdə, humanitar təşkilatların əməkdaşları adı altında 17 min ABŞ dolları dəyərində gülləkeçirməz jiletləri oğurlayan quldur dəstəsi aşkar edilib.
2022-ci ilin avqustunda isə kəşfiyyat orqanları 60 tüfəng və 1000-ə yaxın patron oğurlayan və onları "ehtimal ki, qara bazarda satış üçün" saxlayan bir qrup könüllü batalyon döyüşçüsünü aşkar ediblər.
Xatırladaq ki, Rusiya Ukraynaya silah tədarük etdiyi üçün bundan əvvəl NATO ölkələrinə nota göndərib. Rusiyanın xarici işlər naziri Sergey Lavrov qeyd edib ki, içində Ukrayna üçün silah olan istənilən yük Rusiya üçün qanuni hədəfə çevriləcək. Rusiya Federasiyası Xarici İşlər Nazirliyi bəyan edib ki, NATO ölkələri Ukraynaya silah verməklə "odla oynayırlar". Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov qeyd edib ki, Ukraynanın Qərbdən silahlarla təchiz edilməsi Rusiya-Ukrayna danışıqlarının uğuruna kömək etmir və mənfi təsir göstərəcək. Lavrov bəyan edib ki, ABŞ və NATO Ukraynadakı münaqişədə, təkcə silah tədarükü deyil, həm də Böyük Britaniya, Almaniya, İtaliya və digər ölkələrdə kadrların hazırlanması ilə birbaşa iştirak edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.