Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Magistraturaya qəbul olunanlara xəbərdarlıq!

© Photo : REPORTimtahan
imtahan - Sputnik Azərbaycan, 1920, 21.07.2023
Abunə olmaq
Elektron sistem üzrə qeydiyyat prosesi 31 iyul saat 18:00-da yekunlaşacaq.
BAKI, 21 iyul — Sputnik. Bu gün saat 11:00-dan ali təhsil pilləsinin magistratura səviyyəsi üzrə elektron sənəd qəbulu prosesinə start verilib.
Elm və Təhsil Nazirliyindən Sputnik Azərbaycan-a verilən xəbərə görə, müraciətçilər https://portal.edu.az/ üzərindən qeydiyyatdan keçməklə "Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı" xidmətini seçə bilərlər. Açılan səhifədə müvafiq qəbul xətti üzrə şəxsi və qəbul məlumatlarının təsdiq edilməsi, həmçinin tələb olunan sənədlərin əlavə edilməsi mümkündür.
Elektron sistem üzrə qeydiyyat prosesi 31 iyul saat 18:00-da yekunlaşacaq. Bunun üçün, https://portal.edu.az/ platformasında qeydiyyatdan keçmək, yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında "Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı" xidmətini seçmək lazımdır. Qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanların siyahısından xaric ediləcəklər. Boş qalan plan yerlərinə əlavə yerləşdirmənin vaxtı DİM tərəfindən elan olunacaq.
Qeyd edək ki , Dövlət İmtahan Mərkəzi (DİM) 2023/2024-cü tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul olunmaq üçün keçirilən müsabiqənin nəticələrinə əsasən, ixtisaslaşma seçimində iştirak edən 17359 bakalavrdan 13286 nəfəri ali təhsil müəssisələrinin magistraturalarına qəbul olunub. Qəbul olunanlardan 5981 nəfər dövlət sifarişi, 7305 nəfər isə ödənişli əsaslarla təhsil alacaq. Onlardan 9745 nəfər ali təhsil müəssisələrinin cari, 3541 nəfər isə əvvəlki illərin məzunudur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0