SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

İlham Əliyev: "Qoşulmama Hərəkatı Azərbaycanın sədrliyi dövründə yeni nəfəs qazandı"

© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyev Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransında
Prezident İlham Əliyev Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransında - Sputnik Azərbaycan, 1920, 21.07.2023
Abunə olmaq
Prezident Qoşulmama Hərəkatına ev sahibliyinin Azərbaycanda olmasının zərurətdən irəli gəldiyini qeyd edib.
BAKI, 21 iyul — Sputnik. "Səmimi şəkildə deyə bilərəm ki, Qoşulmama Hərəkatı Azərbaycanın sədrliyi dövründə yeni bir nəfəs qazanmışdır".
Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev "4-cü Sənaye İnqilabı dövründə Yeni Media" mövzusunda Şuşa Qlobal Media Forumunda çıxışında bildirib.
Son zamanlar Qoşulmama Hərəkatının nüfuzunun və təsirinin tədricən deqradasiya etdiyini, praktiki olaraq Hərəkatın fəaliyyəti ilə bağlı müəyyən müzakirələrin aparıldığını vurğulayan dövlətimizin başçısı deyib:
"İstənilən işdə olduğu kimi, biz bu işə də böyük məsuliyyətlə yanaşdıq və addım-addım institusional inkişaf istiqamətində işləməyə başladıq. Azərbaycanın sədrliyi yekdilliklə bir illik uzadıldı. Amma faktiki olaraq bu, bir il yarımlıq uzadılma oldu. Bu o deməkdir ki, bizim sədrliyimizə ehtiyac var və o, müsbət qarşılanıb".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0