SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ermənistanda hələ də revanşist ideyalarla yaşayan insanlar var - İlham Əliyev

© Official website of President of Azerbaijan Republicİlham Əliyev ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda keçirilən beynəlxalq konfransda iştirak edir
İlham Əliyev ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda keçirilən beynəlxalq konfransda iştirak edir - Sputnik Azərbaycan, 1920, 21.07.2023
Abunə olmaq
Prezident deyib ki, "torpaqlarımızı azad edəndən sonra biz ölkəmizə qarşı potensial təhlükə görmürük".
BAKI, 21 iyul — Sputnik. "İkinci Qarabağ müharibəsinin ilk saatlarından Türkiyə rəhbərliyi ilə xalqı bizimlə çiyin-çiyinə dayanmışdı. Prezident Ərdoğanın Qarabağ müharibəsinin ilk saatlarında verdiyi bəyanat ki, Azərbaycan yalnız deyil, - bu, bizim üçün çox böyük dəstək idi.
Sputnik Azərbaycan xəbər verir ki, bu fikri iyulun 21-də Azərbaycan Prezidenti İlham Əliyev "4-cü Sənaye İnqilabı dövründə Yeni Media" mövzusunda Şuşa Qlobal Media Forumunda çıxışında deyib.
"Biz bütün 44 gün ərzində həmin o mənəvi dəstəyi qardaşlarımızdan hiss etdik. Prezident Ərdoğan bir neçə dəfə ictimai şəkildə Türkiyənin mövqeyini bəyan etdi və digər dövlət rəsmiləri də bu məsələ ilə bağlı fikirlərini bildirdilər. Bu, bizim üçün çox böyük mənəvi və siyasi dəstək idi", - Azərbaycan Prezidenti qeyd edib.
Prezident həmçinin vurğulayıb ki, torpaqlarımızı azad edəndən sonra biz ölkəmizə qarşı potensial təhlükə görmürük:
"Torpaqlarımızı azad edəndən sonra biz ölkəmizə qarşı potensial təhlükə görmürük. Daxildə hər hansı bir təhlükə yoxdur, ölkə sabitdir, cəmiyyətdə həmrəyliyin səviyyəsi heç vaxt olmadığı qədər yüksəkdir, ölkənin iqtisadi inkişafı olduqca təsirlidir".
"Azərbaycanın iqtisadiyyatı özünü təmin edir. Biz öz resurslarımızla özümüzü təmin edirik və yaxşı idarəçilik həyata keçiririk", - deyə Prezident əlavə edib.
İlham Əliyev qeyd edib ki, bizə keçmişdə olan təhlükə 30 il ərzində Ermənistan və onun işğalçılıq siyasətindən qaynaqlanırdı. Artıq biz ümumilikdə bu təhlükənin öhdəsindən gəlmişik.
"Ancaq, əlbəttə, biz ayıq olmalıyıq, keçmişimizi unutmamalıyıq. O zaman Ermənistanın Azərbaycanda olan xaosdan istifadə edərək ərazilərimizi işğal etdiyini bildirən dövlətimizin başçısı vurğulayıb: "Biz unutmamalıyıq ki, hətta İkinci Qarabağ müharibəsinin nəticələrinə baxmayaraq, bu gün Ermənistanın, cəmiyyətin və hətta hökumətin tərkibində müəyyən insanlar var ki, hələ də revanşist ideyalarla yaşayır" - deyə prezident bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
İlham Əliyev TASS agentliyində Rusiyanın aparıcı KİV-lərinin rəhbərləri ilə görüşüb - Sputnik Azərbaycan, 1920, 21.07.2023
SİYASƏT
Mediadakı eniş-yoxuşlar Azərbaycanın və Rusiyanın siyasətinə təsir etmir - İlham Əliyev
Xəbər lenti
0