https://sputnik.az/20230721/bmt-nin-bas-katibi-quranin-yandirilmasina-reaksiya-verdi-457001482.html
BMT-nin Baş katibi Quranın yandırılmasına reaksiya verdi
BMT-nin Baş katibi Quranın yandırılmasına reaksiya verdi
Sputnik Azərbaycan
BMT-nin mətbuat xidməti Quterreşin BMT-nin Nyu-Yorkdakı binasında İƏT üzvləri ilə görüşdüyünə dair məlumat yayıb. 21.07.2023, Sputnik Azərbaycan
2023-07-21T14:03+0400
2023-07-21T14:03+0400
2023-07-21T14:03+0400
antonio quterreş
dünya xəbərləri
quran
bmt
https://cdnn1.img.sputnik.az/img/07e5/05/03/426852060_0:445:2849:2048_1920x0_80_0_0_0b1b79c6b24998b5411760bc9a67383f.jpg
BAKI, 21 iyul — Sputnik. Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Səfirlər Qrupu ilə görüşündə dözümsüzlük, zorakılıq və islamofob hərəkətləri pisləyərək, müsəlman toplumu ilə həmrəyliyini ifadə edib. Sputnik Azərbaycan xəbər verir ki, BMT-nin mətbuat xidməti Quterreşin BMT-nin Nyu-Yorkdakı binasında İƏT üzvləri ilə görüşdüyünə dair məlumat yayıb. Bildirilib ki, Quterreş BMT-nin İnsan Hüquqları Şurasının "din əleyhinə ayrı-seçkilik, düşmənçilik və zorakılığa səbəb olan nifrətlə mübarizə" qərarını həyata keçirmək üçün səy göstərdiyini vurğulayıb. "Baş Katib gərginliyi artıran, ayrı-seçkilik və radikallaşmaya səbəb olan dözümsüzlük, zorakılıq və islamofob hərəkətləri pisləyir", - məlumatda deyilib. Qeyd edək ki, İsveçdə İraq səfirliyinin qarşısında Qurani-Kərimin yandırılması İraqda böyük hiddətə səbəb olub. Bu, İsveçdə baş verən ilk islamofob hərəkət deyil. Belə ki, ötən ay da İsveç polisinin icazəsi ilə Stokholmda məscidin yaxınlığında Quran yandırılıb. Xatırladaq ki, 2010-cu ildə də Amerikada müqəddəs kitabımız Qurani-Kərimi yandırılmışdı. Amerkanın Tennesi ştatında iki Quran yandırılmışdı.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/05/03/426852060_170:0:2901:2048_1920x0_80_0_0_97801b29feca374067fa2982fa9fa18e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
antonio quterreş, quran, bmt
antonio quterreş, quran, bmt
BMT-nin Baş katibi Quranın yandırılmasına reaksiya verdi
BMT-nin mətbuat xidməti Quterreşin BMT-nin Nyu-Yorkdakı binasında İƏT üzvləri ilə görüşdüyünə dair məlumat yayıb.
BAKI, 21 iyul — Sputnik. Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Səfirlər Qrupu ilə görüşündə dözümsüzlük, zorakılıq və islamofob hərəkətləri pisləyərək, müsəlman toplumu ilə həmrəyliyini ifadə edib.
Sputnik Azərbaycan xəbər verir ki, BMT-nin mətbuat xidməti Quterreşin BMT-nin Nyu-Yorkdakı binasında İƏT üzvləri ilə görüşdüyünə dair məlumat yayıb.
Bildirilib ki, Quterreş BMT-nin İnsan Hüquqları Şurasının "din əleyhinə ayrı-seçkilik, düşmənçilik və zorakılığa səbəb olan nifrətlə mübarizə" qərarını həyata keçirmək üçün səy göstərdiyini vurğulayıb.
"Baş Katib gərginliyi artıran, ayrı-seçkilik və radikallaşmaya səbəb olan dözümsüzlük, zorakılıq və islamofob hərəkətləri pisləyir", - məlumatda deyilib.
Qeyd edək ki, İsveçdə İraq səfirliyinin qarşısında Qurani-Kərimin yandırılması İraqda böyük hiddətə səbəb olub. Bu, İsveçdə baş verən ilk islamofob hərəkət deyil. Belə ki, ötən ay da İsveç polisinin icazəsi ilə Stokholmda məscidin yaxınlığında Quran yandırılıb.
Xatırladaq ki, 2010-cu ildə də Amerikada müqəddəs kitabımız Qurani-Kərimi yandırılmışdı. Amerkanın Tennesi ştatında iki Quran yandırılmışdı.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.