https://sputnik.az/20230721/bethovenin-fransada-saxlanilan-kelle-sumuyunun-fraqmentleri-hara-aparilib-457022207.html
Bethovenin Fransada saxlanılan kəllə sümüyünün fraqmentləri hara aparılıb?
Bethovenin Fransada saxlanılan kəllə sümüyünün fraqmentləri hara aparılıb?
Sputnik Azərbaycan
Dahi bəstəkarın qalıqları niyə başqa yerə köçürülür
2023-07-21T23:29+0400
2023-07-21T23:29+0400
2023-07-21T23:29+0400
vyana
mədəniyyət
fransa
lüdviq van bethoven
https://cdnn1.img.sputnik.az/img/40830/97/408309798_0:160:3076:1890_1920x0_80_0_0_83478ba543ae5253267384562e2f6784.jpg
BAKI, 21 iyul — Sputnik. Bəstəkar Lüdviq van Bethovenə aid olduğu güman edilən kəllə sümüyünün fraqmentləri tədqiqat üçün Vyana Tibb Universitetinə bağışlanıb. "Franceinfo" radiosu bu barədə xəbər verib. Radiostansiyanın məlumatına görə, iyulun əvvəlində qalıqları Vyana Tibb Universitetinə bağışlayan amerikalı iş adamı Pol Kaufmann "onların yeri oradadır" deyib. Kaufmann kəllənin fraqmentlərini 1990-cı ildə miras alıb. Üzərində "Bethoven" yazısı olan qutu Kot-d'Azurda yerləşən Fransa banklarından birində seyfdə saxlanılırdı. Radiostansiya dəqiqləşdirib ki, kəllə sümüyünün on fraqmenti əvvəlcə Kaufmanın əcdadı, 1863-cü ildə tədqiqat məqsədilə bəstəkarın qalıqlarının eksqumasiyasında iştirak edən Vyana həkimi Frans Seliqmanna məxsusdur. Radiostansiya məhkəmə-tibb ekspertinə istinadən bildirib ki, bunlar Bethovenin bu günə qədər məlum olan yeganə qalıqlarıdır. Həqiqiliyi üçün aparılan təhlillərdən sonra, bəstəkarın əziyyət çəkdiyi bir çox xəstəliklərin səbəbləri haqqında daha çox öyrənməkdən ötrü bu qalıqlar araşdırılacaq. 1802-ci ildə Bethoven qardaşlarına məktub yazaraq, ölümdən sonra xəstəliyini təsvir etməyi və bunu ictimaiyyətə çatdırmağı xahiş edib. Xatırladaq ki, 56 yaşında dünyasını dəyişən Bethovenin ölüm səbəbi hələ də aydın deyil. Eyni fraqmentlər artıq 2005-ci ildə ABŞ-da rentgen şüalarından istifadə etməklə tədqiq ediliblər. Məlum olub ki, Bethovenin orqanizmində qurğuşun səviyyəsi xeyli yüksək olub, bu da onun həzm problemlərini izah edə bilər. 2023-cü ilin mart ayında başqa bir araşdırma dərc olunub - orada Bethovenin genetik olaraq qaraciyər xəstəliyinə meylli olduğu və həyatının sonunda "hepatit B" virusuna da yoluxduğu, bəstəkarın, çox güman ki, spirtli içkilərin istehlakı ilə asanlaşdırılan serroz səbəbindən öldüyü göstərilib. Lakin bəstəkarın tədricən niyə kar olmasının səbəbi hələ də məlum deyil.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40830/97/408309798_173:0:2904:2048_1920x0_80_0_0_5eee336b9d5a70078c4138bae94be97d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
bethoven lüdviq van bethoven
bethoven lüdviq van bethoven
Bethovenin Fransada saxlanılan kəllə sümüyünün fraqmentləri hara aparılıb?
Bunlar Bethovenin bu günə qədər məlum olan yeganə qalıqlarıdır.
BAKI, 21 iyul — Sputnik. Bəstəkar Lüdviq van Bethovenə aid olduğu güman edilən kəllə sümüyünün fraqmentləri tədqiqat üçün Vyana Tibb Universitetinə bağışlanıb.
"Franceinfo" radiosu bu barədə xəbər verib.
Radiostansiyanın məlumatına görə, iyulun əvvəlində qalıqları Vyana Tibb Universitetinə bağışlayan amerikalı iş adamı Pol Kaufmann "onların yeri oradadır" deyib.
Kaufmann kəllənin fraqmentlərini 1990-cı ildə miras alıb. Üzərində "Bethoven" yazısı olan qutu Kot-d'Azurda yerləşən Fransa banklarından birində seyfdə saxlanılırdı.
Radiostansiya dəqiqləşdirib ki, kəllə sümüyünün on fraqmenti əvvəlcə Kaufmanın əcdadı, 1863-cü ildə tədqiqat məqsədilə bəstəkarın qalıqlarının eksqumasiyasında iştirak edən Vyana həkimi Frans Seliqmanna məxsusdur. Radiostansiya məhkəmə-tibb ekspertinə istinadən bildirib ki, bunlar Bethovenin bu günə qədər məlum olan yeganə qalıqlarıdır.
Həqiqiliyi üçün aparılan təhlillərdən sonra, bəstəkarın əziyyət çəkdiyi bir çox xəstəliklərin səbəbləri haqqında daha çox öyrənməkdən ötrü bu qalıqlar araşdırılacaq. 1802-ci ildə Bethoven qardaşlarına məktub yazaraq, ölümdən sonra xəstəliyini təsvir etməyi və bunu ictimaiyyətə çatdırmağı xahiş edib. Xatırladaq ki, 56 yaşında dünyasını dəyişən Bethovenin ölüm səbəbi hələ də aydın deyil.
Eyni fraqmentlər artıq 2005-ci ildə ABŞ-da rentgen şüalarından istifadə etməklə tədqiq ediliblər. Məlum olub ki, Bethovenin orqanizmində qurğuşun səviyyəsi xeyli yüksək olub, bu da onun həzm problemlərini izah edə bilər. 2023-cü ilin mart ayında başqa bir araşdırma dərc olunub - orada Bethovenin genetik olaraq qaraciyər xəstəliyinə meylli olduğu və həyatının sonunda "hepatit B" virusuna da yoluxduğu, bəstəkarın, çox güman ki, spirtli içkilərin istehlakı ilə asanlaşdırılan serroz səbəbindən öldüyü göstərilib. Lakin bəstəkarın tədricən niyə kar olmasının səbəbi hələ də məlum deyil.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.