https://sputnik.az/20230721/bakida-tarixi-abideye-qanunsuz-mudaxilenin-qarsisi-alinib-457002251.html
Bakıda tarixi abidəyə qanunsuz müdaxilənin qarşısı alınıb
Bakıda tarixi abidəyə qanunsuz müdaxilənin qarşısı alınıb
Sputnik Azərbaycan
Abidənin fasadına vurulan rəng təmizlənib, tarixi tikili ilkin görkəminə qaytarılıb. 21.07.2023, Sputnik Azərbaycan
2023-07-21T13:15+0400
2023-07-21T13:15+0400
2023-07-21T13:15+0400
müdaxilə
cəmiyyət
mədəniyyət və turizm nazirliyi yanında mədəni irsin qorunması, inkişafı və bərpası üzrə dövlət xidməti
https://cdnn1.img.sputnik.az/img/07e7/04/1c/454262497_0:160:3072:1888_1920x0_80_0_0_f0814f8a74e46957d85e7914ddea39dc.jpg
BAKI, 21 iyul — Sputnik. Bakıda tarixi abidəyə qanunsuz müdaxilənin qarşısı alınıb. Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən verilən xəbərə görə, Səbail rayonu, Zərifə Əliyeva küçəsi, 29 ünvanında yerləşən 3467 inventar nömrəli yerli əhəmiyyətli memarlıq abidəsinə müdaxilə olunduğu aşkar edilib. Müdaxilə faktı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Bakı Regional idarəsinin əməkdaşları tərəfindən aşkar olunaraq, dərhal qarşısı alınıb. Abidənin fasadına vurulan rəng təmizlənib, tarixi tikili ilkin görkəminə qaytarılıb. Bir daha qeyd edilib ki, "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən, abidələrin bədii-estetik görkəminin dəyişdirilməsi, uçurulması və onlar üçün təhlükə yarada biləcək təmir, inşaat, təsərrüfat və digər işlərin aparılması qadağandır. Abidələrin qorunması haqqında Azərbaycan Respublikası qanunvericiliyini pozan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq cinayət, inzibati, intizam və mülki məsuliyyət daşıyırlar.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/04/1c/454262497_171:0:2902:2048_1920x0_80_0_0_dde76665c8bdd0f9399eb92aa66855ab.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
müdaxilə, mədəniyyət və turizm nazirliyi yanında mədəni irsin qorunması, inkişafı və bərpası üzrə dövlət xidməti
müdaxilə, mədəniyyət və turizm nazirliyi yanında mədəni irsin qorunması, inkişafı və bərpası üzrə dövlət xidməti
Bakıda tarixi abidəyə qanunsuz müdaxilənin qarşısı alınıb
Abidənin fasadına vurulan rəng təmizlənib, tarixi tikili ilkin görkəminə qaytarılıb.
BAKI, 21 iyul — Sputnik. Bakıda tarixi abidəyə qanunsuz müdaxilənin qarşısı alınıb.
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən verilən xəbərə görə, Səbail rayonu, Zərifə Əliyeva küçəsi, 29 ünvanında yerləşən 3467 inventar nömrəli yerli əhəmiyyətli memarlıq abidəsinə müdaxilə olunduğu aşkar edilib.
Müdaxilə faktı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Bakı Regional idarəsinin əməkdaşları tərəfindən aşkar olunaraq, dərhal qarşısı alınıb. Abidənin fasadına vurulan rəng təmizlənib, tarixi tikili ilkin görkəminə qaytarılıb.
Bir daha qeyd edilib ki, "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən, abidələrin bədii-estetik görkəminin dəyişdirilməsi, uçurulması və onlar üçün təhlükə yarada biləcək təmir, inşaat, təsərrüfat və digər işlərin aparılması qadağandır.
Abidələrin qorunması haqqında Azərbaycan Respublikası qanunvericiliyini pozan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq cinayət, inzibati, intizam və mülki məsuliyyət daşıyırlar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.