Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakıda dəhşətli olay: Marşrut avtobusu partlayıb - VİDEO

© Photo : YeniSabah 46 nömrəli marşrut avtobusunda partlayış
 46 nömrəli marşrut avtobusunda partlayış  - Sputnik Azərbaycan, 1920, 21.07.2023
Abunə olmaq
Şahidlər bildiriblər ki, hadisə Köhnə Günəşli qəsəbəsində, sözügedən marşrutun sonuncu dayanacağında olub.
BAKI, 21 iyul — Sputnik. Bakıda dəhşətli hadisə baş verib.
"Yeni Sabah" xəbər verir ki, 46 nömrəli marşrut avtobusunda partlayış baş verib.
Şahidlər bildiriblər ki, hadisə Köhnə Günəşli qəsəbəsində, sözügedən marşrutun sonuncu dayanacağında olub. Partlayış o qədər güclü olub ki, səsi qəsəbənin uzaq ərazilərində də eşidilib.
Partlayışdan sonra avtobus tamam yanıb. Xoşbəxtlikdən partlayış zamanı avtobusda sərnişinlər olmayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0