https://sputnik.az/20230721/azerbaycan-avtomobil-senayesini-nece-inkisaf-etdirmek-niyyetindedir-456987544.html
Azərbaycan avtomobil sənayesini necə inkişaf etdirmək niyyətindədir
Azərbaycan avtomobil sənayesini necə inkişaf etdirmək niyyətindədir
Sputnik Azərbaycan
Mövcud infrastruktur Azərbaycanda avtomobil sənayesinin inkişafında mühüm amil olacaq. Respublika iqtisadiyyatın perspektivli sektorunu necə inkişaf etdirmək... 21.07.2023, Sputnik Azərbaycan
2023-07-21T10:01+0400
2023-07-21T10:01+0400
2023-07-21T10:01+0400
avtomobil
iqtisadiyyat
azərbaycan
ədv
https://cdnn1.img.sputnik.az/img/42207/00/422070093_0:161:3071:1888_1920x0_80_0_0_800f12b975336e5d384679c5c8ffede1.jpg
BAKI, 21 iyul — Sputnik. Azərbaycanda qeyri-neft sektorunun artımı və sənaye istehsalının ümumi daxili məhsulda xüsusi çəkisinin artırılması üzrə qarşıya qoyulan məqsədlərin icrası çərçivəsində avtomobil sənayesinin inkişafına start verilib. Prezident İlham Əliyev Vergi Məcəlləsinə dəyişiklikləri təsdiqləyib, buna əsasən avtomobillərin istehsalı 10 il müddətinə ƏDV-dən azad edilib. Bundan başqa, dövlət başçısı öz fərmanı ilə 2031-ci il yanvarın 1-dək ƏDV-dən azad edilən avtomobillərin istehsalı üçün xammal və material növlərinin siyahısını təsdiq edib. İnfrastrukturun olması böyük üstünlükdür Prezidentin minik avtomobillərinin istehsalına dair, xüsusən də onların istehsalı üçün istifadə ediləcək xammal və materialların ƏDV-dən azad edilməsi barədə yeni qanunvericilik aktlarının təsdiqləməsi, şübhəsiz ki, bu sahənin Azərbaycanda inkişafına töhfə verəcək. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun aparıcı elmi işçisi, dosent Emin Məmmədzadə belə hesab edir. "Yaxşı haldır ki, Azərbaycanda minik avtomobillərinin istehsalı üçün müəyyən infrastruktur yaradılıb, xüsusən də bir neçə zavod var ki, onlar artıq uğurla həm yük maşınları, avtobuslar, həm də minik avtomobillərini istehsal edirlər", - deyə Məmmədzadə “Sputnik Azərbaycan”a bildirib. Xüsusilə, ekspert qeyd edib ki, bunlar Gəncə Avtomobil Zavodu, Hacıqabulda texnoparkdakı avtomobil zavodu, Neftçala sənaye zonasındakı zavod, o cümlədən nisbətən bu yaxınlarda istifadəyə verilmiş avtomobil istehsalı - Naxçıvandakı “NazLifan” zavodudur. Məmmədzadə bildirib ki, bütün bu müəssisələr Rusiya, Çin və İran kimi ölkələrin xarici avtomobil sənayesinin nümayəndələri ilə birgə kapital əsasında yaradılıblar. Bundan əlavə, Neftçala və Hacıqabulda İran şirkəti ilə, Naxçıvanda isə “Lifan” şirkətindən olan çinli həmkarlarla birgə avtomobil istehsalına başlanılıb. "Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra respublikada avtomobil sənayesi yerində dayanmayıb, kifayət qədər intensiv inkişaf edib. Qəbul edilmiş qanunvericilik aktları isə bu sahənin inkişafına təkan verəcək", - deyə Məmmədzadə əlavə edib. Satış bazarları və xarici investisiyalar vacibdir İqtisadçı hesab edir ki, “Şimal-Cənub” və “Şərq-Qərb” nəqliyyat dəhlizləri kimi meqalayihələrin həyata keçirilməsi kontekstində Azərbaycanda minik avtomobillərinin istehsalının təşkili və onun genişləndirilməsi bu məhsulların yeni İpək Yolunun keçəcəyi uzaq xarici ölkələrə və Mərkəzi Asiya ölkələrinə ixracına əlavə təkan verəcək. "Biz ixrac üçün nəzərdə tutulan nəqliyyat vasitələrimizi, həmçinin, Şərqi və Şimali Avropa ölkələrinə də sata bilərik, çünki yuxarıda qeyd olunan logistika dəhlizlərinin hər ikisi ilk növbədə Avropa bazarına yönəlib", - ekspert belə hesab edir. Bundan əlavə, dövlət başçısının sərəncamları sayəsində xarici sərmayələri cəlb etməklə avtomobil istehsalında kəskin sıçrayış etmək şansı yaranıb. Məmmədzadə bildirib ki, beləliklə, Azərbaycan artıq bu sahədə, məsələn, Özbəkistanla müəyyən razılaşmalar əldə edib. O, müştərək müəssisələr modelinin Özbəkistanda da, ilk növbədə, Çin və Cənubi Koreya istehsalçıları ilə birlikdə tətbiq edildiyini və bu ölkənin avtomobil sənayesində uzunmüddətli layihələrin həyata keçirilməsi təcrübəsinin Azərbaycan üçün faydalı ola biləcəyini diqqətə çatdırıb. "Bu kontekstdə Özbəkistanla imzalanmış sazişlər yaxın gələcəkdə öz bəhrəsini verəcək. Xüsusilə, əgər nəzərə alsaq ki, prezidentin son sərəncamları Azərbaycanda avtomobil sənayesinin inkişafı üçün böyük imkanlar açır", - deyə ekspert vurğulayıb. Bundan başqa, Məmmədzadə hesab edir ki, Azərbaycanda avtomobil sənayesini inkişaf etdirərkən xarici bazarın hər hansı konkret seqmentlərini seçmək mütləqdir, çünki xarici investorlar ilk növbədə Azərbaycanda avtomobil zavodlarının ixrac imkanlarına diqqət yetirəcəklər. Buna görə də, investorları cəlb etməzdən əvvəl gələcək məhsullar üçün əsas satış nöqtələrini müəyyən edəcək xüsusi bir biznes plan hazırlamaq lazımdır. Yəni, ekspertin fikrincə, düzgün marketinq təhlili aparmaq, bununla da gələcəkdə bu müəssisələrin gəlirli fəaliyyətinə zəmin yaratmaq lazımdır. AİZ və elektromobillərin istehsalı İqtisadçı onu da xatırladıb ki, bu yaxınlarda Azərbaycanda azad iqtisadi zona yaradılıb - onun ilk mərhələsi Azərbaycanın ən böyük dəniz limanlarından birinin yerləşdiyi Ələt qəsəbəsində açılıb. O qeyd edib ki, üstəlik, bu ölkələrdə avtomobil istehsalının inkişafına o qədər də sərmayə qoyulmayıb. Belə ki, statistikaya görə, məsələn, Özbəkistanda avtomobil istehsalına ildə 100-120 milyon dollar sərmayə qoyulur. İqtisadçı əlavə edib ki, Azərbaycanda avtomobil sənayesinə belə məbləğlər həm yerli, həm də xarici investorlar tərəfindən yatırıla bilər. "Hesab edirəm ki, hazırda avtomobil sənayesində prioritet istiqamətlər elektromobillərin, hibrid avtomobillərin və hidrogen yanacağı ilə işləyən avtomobillərin istehsalıdır. Yəni yaşıl texnologiyalar da bu sahədə mühüm əhəmiyyət kəsb edir, yeni satış bazarlarını fəth etmək üçün onlar tətbiq edilməlidir”, - deyə Məmmədzadə sözünü yekunlaşdırıb. Əhəmiyyətli qiymət fərqi İqtisadçı ekspert Xalid Kərimlinin fikrincə, avtomobil istehsalının, eləcə də onlar üçün xammal və materialların idxalının ƏDV-dən azad edilməsi ölkədə istehsal olunan avtomobillərin maya dəyərinin xaricdən gətirilən avtomobillərlə müqayisədə ən azı 18 faiz ucuzlaşmasına səbəb olacaq. "Hesab edirəm ki, avtomobil alarkən 18% endirim böyük üstünlükdür. Bu gün daxili bazardakı avtomobillərin dəyərinə nəzər salsanız, hesablamaq olar ki, 18% endirim xaricdən gətirilən avtomobillərlə müqayisədə 3-5 min manat fərq demək ola bilər", - deyə Kərimli “Sputnik Azərbaycan”a bildirib. Ekspert hesab edir ki, Azərbaycanda bahalı avtomobillər deyil, əksinə, orta seqmentin avtomobilləri istehsal olunacaq. Digər məsələ odur ki, Azərbaycanda istehsal olunan avtomobillər keyfiyyət baxımından yerli istehlakçıların gözləntilərinə cavab verməlidir, o zaman brend yaxşı imic qazanar. Bununla yanaşı, iqtisadçının fikrincə, əsas məsələ odur ki, Azərbaycanın istehlak bazarı kifayət qədər məhduddur. Ona görə də, əgər məqsəd ölkədə avtomobil sənayesini inkişaf etdirməkdirsə, o zaman istehsal ixracyönümlü olmalıdır.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42207/00/422070093_170:0:2901:2048_1920x0_80_0_0_79edc21506872f1f7e7a82fdbfbd35e8.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
avtomobil, azərbaycan, ədv
avtomobil, azərbaycan, ədv
Azərbaycan avtomobil sənayesini necə inkişaf etdirmək niyyətindədir
Mövcud infrastruktur Azərbaycanda avtomobil sənayesinin inkişafında mühüm amil olacaq. Respublika iqtisadiyyatın perspektivli sektorunu necə inkişaf etdirmək niyyətindədir?
BAKI, 21 iyul — Sputnik. Azərbaycanda qeyri-neft sektorunun artımı və sənaye istehsalının ümumi daxili məhsulda xüsusi çəkisinin artırılması üzrə qarşıya qoyulan məqsədlərin icrası çərçivəsində avtomobil sənayesinin inkişafına start verilib. Prezident İlham Əliyev Vergi Məcəlləsinə dəyişiklikləri təsdiqləyib, buna əsasən avtomobillərin istehsalı 10 il müddətinə ƏDV-dən azad edilib.
Bundan başqa, dövlət başçısı öz fərmanı ilə 2031-ci il yanvarın 1-dək ƏDV-dən azad edilən avtomobillərin istehsalı üçün xammal və material növlərinin siyahısını təsdiq edib.
İnfrastrukturun olması böyük üstünlükdür
Prezidentin minik avtomobillərinin istehsalına dair, xüsusən də onların istehsalı üçün istifadə ediləcək xammal və materialların ƏDV-dən azad edilməsi barədə yeni qanunvericilik aktlarının təsdiqləməsi, şübhəsiz ki, bu sahənin Azərbaycanda inkişafına töhfə verəcək.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun aparıcı elmi işçisi, dosent Emin Məmmədzadə belə hesab edir.
"Yaxşı haldır ki, Azərbaycanda minik avtomobillərinin istehsalı üçün müəyyən infrastruktur yaradılıb, xüsusən də bir neçə zavod var ki, onlar artıq uğurla həm yük maşınları, avtobuslar, həm də minik avtomobillərini istehsal edirlər", - deyə Məmmədzadə “Sputnik Azərbaycan”a bildirib.
Xüsusilə, ekspert qeyd edib ki, bunlar Gəncə Avtomobil Zavodu, Hacıqabulda texnoparkdakı avtomobil zavodu, Neftçala sənaye zonasındakı zavod, o cümlədən nisbətən bu yaxınlarda istifadəyə verilmiş avtomobil istehsalı - Naxçıvandakı “NazLifan” zavodudur.
Məmmədzadə bildirib ki, bütün bu müəssisələr Rusiya, Çin və İran kimi ölkələrin xarici avtomobil sənayesinin nümayəndələri ilə birgə kapital əsasında yaradılıblar.
"Məsələn, Gəncə zavodu Rusiya avtomobil sənayesinin nümayəndələri - Ulyanovsk və Kama avtomobil zavodları ilə birlikdə ilk olaraq avtomobil istehsalı ilə məşğul olmağa başlayıb", - deyə iqtisadçı bildirib.
Bundan əlavə, Neftçala və Hacıqabulda İran şirkəti ilə, Naxçıvanda isə “Lifan” şirkətindən olan çinli həmkarlarla birgə avtomobil istehsalına başlanılıb.
"Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra respublikada avtomobil sənayesi yerində dayanmayıb, kifayət qədər intensiv inkişaf edib. Qəbul edilmiş qanunvericilik aktları isə bu sahənin inkişafına təkan verəcək", - deyə Məmmədzadə əlavə edib.
Satış bazarları və xarici investisiyalar vacibdir
İqtisadçı hesab edir ki, “Şimal-Cənub” və “Şərq-Qərb” nəqliyyat dəhlizləri kimi meqalayihələrin həyata keçirilməsi kontekstində Azərbaycanda minik avtomobillərinin istehsalının təşkili və onun genişləndirilməsi bu məhsulların yeni İpək Yolunun keçəcəyi uzaq xarici ölkələrə və Mərkəzi Asiya ölkələrinə ixracına əlavə təkan verəcək.
"Biz ixrac üçün nəzərdə tutulan nəqliyyat vasitələrimizi, həmçinin, Şərqi və Şimali Avropa ölkələrinə də sata bilərik, çünki yuxarıda qeyd olunan logistika dəhlizlərinin hər ikisi ilk növbədə Avropa bazarına yönəlib", - ekspert belə hesab edir.
Bundan əlavə, dövlət başçısının sərəncamları sayəsində xarici sərmayələri cəlb etməklə avtomobil istehsalında kəskin sıçrayış etmək şansı yaranıb. Məmmədzadə bildirib ki, beləliklə, Azərbaycan artıq bu sahədə, məsələn, Özbəkistanla müəyyən razılaşmalar əldə edib.
"Ötən il Özbəkistan prezidenti Bakıda olub və digər sənədlərlə yanaşı, avtomobillərin birgə istehsalına dair saziş imzalanıb. Nəzərə almalıyıq ki, Özbəkistan Mərkəzi Asiyanın aparıcı avtomobil istehsalçısıdır və son 30 ildə bu ölkədə bir milyondan çox avtomobil istehsal edilib", - deyə “Sputnik Azərbaycan”ın həmsöhbəti bildirib.
O, müştərək müəssisələr modelinin Özbəkistanda da, ilk növbədə, Çin və Cənubi Koreya istehsalçıları ilə birlikdə tətbiq edildiyini və bu ölkənin avtomobil sənayesində uzunmüddətli layihələrin həyata keçirilməsi təcrübəsinin Azərbaycan üçün faydalı ola biləcəyini diqqətə çatdırıb.
"Bu kontekstdə Özbəkistanla imzalanmış sazişlər yaxın gələcəkdə öz bəhrəsini verəcək. Xüsusilə, əgər nəzərə alsaq ki, prezidentin son sərəncamları Azərbaycanda avtomobil sənayesinin inkişafı üçün böyük imkanlar açır", - deyə ekspert vurğulayıb.
Bundan başqa, Məmmədzadə hesab edir ki, Azərbaycanda avtomobil sənayesini inkişaf etdirərkən xarici bazarın hər hansı konkret seqmentlərini seçmək mütləqdir, çünki xarici investorlar ilk növbədə Azərbaycanda avtomobil zavodlarının ixrac imkanlarına diqqət yetirəcəklər.
Buna görə də, investorları cəlb etməzdən əvvəl gələcək məhsullar üçün əsas satış nöqtələrini müəyyən edəcək xüsusi bir biznes plan hazırlamaq lazımdır. Yəni, ekspertin fikrincə, düzgün marketinq təhlili aparmaq, bununla da gələcəkdə bu müəssisələrin gəlirli fəaliyyətinə zəmin yaratmaq lazımdır.
AİZ və elektromobillərin istehsalı
İqtisadçı onu da xatırladıb ki, bu yaxınlarda Azərbaycanda azad iqtisadi zona yaradılıb - onun ilk mərhələsi Azərbaycanın ən böyük dəniz limanlarından birinin yerləşdiyi Ələt qəsəbəsində açılıb.
"Bu liman həm də yeni İpək Yolu marşrutu üzrə layihələrin həyata keçirilməsində iştirak edəcək. Bu kontekstdə Ələt AİZ-də açılan imkanlar avtomobil sənayesinin inkişafına təkan verə bilər, bir şərtlə ki, onun məhsulları ixrac olunsun. Gələcəkdə regiondakı Özbəkistan və Qazaxıstan kimi qonşularımızın nümayiş etdirdikləri uğurlar Azərbaycanda da təkrarlana bilər”, - Məmmədzadə belə hesab edir.
O qeyd edib ki, üstəlik, bu ölkələrdə avtomobil istehsalının inkişafına o qədər də sərmayə qoyulmayıb. Belə ki, statistikaya görə, məsələn, Özbəkistanda avtomobil istehsalına ildə 100-120 milyon dollar sərmayə qoyulur.
İqtisadçı əlavə edib ki, Azərbaycanda avtomobil sənayesinə belə məbləğlər həm yerli, həm də xarici investorlar tərəfindən yatırıla bilər.
"Hesab edirəm ki, hazırda avtomobil sənayesində prioritet istiqamətlər elektromobillərin, hibrid avtomobillərin və hidrogen yanacağı ilə işləyən avtomobillərin istehsalıdır. Yəni yaşıl texnologiyalar da bu sahədə mühüm əhəmiyyət kəsb edir, yeni satış bazarlarını fəth etmək üçün onlar tətbiq edilməlidir”, - deyə Məmmədzadə sözünü yekunlaşdırıb.
İqtisadçı ekspert Xalid Kərimlinin fikrincə, avtomobil istehsalının, eləcə də onlar üçün xammal və materialların idxalının ƏDV-dən azad edilməsi ölkədə istehsal olunan avtomobillərin maya dəyərinin xaricdən gətirilən avtomobillərlə müqayisədə ən azı 18 faiz ucuzlaşmasına səbəb olacaq.
"Hesab edirəm ki, avtomobil alarkən 18% endirim böyük üstünlükdür. Bu gün daxili bazardakı avtomobillərin dəyərinə nəzər salsanız, hesablamaq olar ki, 18% endirim xaricdən gətirilən avtomobillərlə müqayisədə 3-5 min manat fərq demək ola bilər", - deyə Kərimli “Sputnik Azərbaycan”a bildirib.
Ekspert hesab edir ki, Azərbaycanda bahalı avtomobillər deyil, əksinə, orta seqmentin avtomobilləri istehsal olunacaq.
Digər məsələ odur ki, Azərbaycanda istehsal olunan avtomobillər keyfiyyət baxımından yerli istehlakçıların gözləntilərinə cavab verməlidir, o zaman brend yaxşı imic qazanar.
"Maşın istehsal edən digər dövlətlər kimi, Azərbaycan da onlar üçün bütün hissələri və komponentləri ölkə daxilində istehsal etməyi planlaşdırmır. İstehsal baxımından, çox güman ki, söhbət avtomobillərin yığılmasından gedir", - deyə Kərimli qeyd edib.
Bununla yanaşı, iqtisadçının fikrincə, əsas məsələ odur ki, Azərbaycanın istehlak bazarı kifayət qədər məhduddur. Ona görə də, əgər məqsəd ölkədə avtomobil sənayesini inkişaf etdirməkdirsə, o zaman istehsal ixracyönümlü olmalıdır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.