https://sputnik.az/20230721/ani-yoxlamalarin-olmamasi-bezi-sahikarlarin-el-qolunu-acir---eyyub-huseynov-456981996.html
Ani yoxlamaların olmaması bəzi sahikarların "əl-qol"unu açır - Eyyub Hüseynov
Ani yoxlamaların olmaması bəzi sahikarların "əl-qol"unu açır - Eyyub Hüseynov
Sputnik Azərbaycan
Açıq hovuzlarda təhlükə - Uşaqlar arasında bağırsaq çöplərinə kütləvi yoluxma ola bilər! 21.07.2023, Sputnik Azərbaycan
2023-07-21T09:29+0400
2023-07-21T09:29+0400
2023-07-21T09:29+0400
hovuz
cəmiyyət
sahibkar
su
xlor
xəstəlik
bağırsaq
https://cdnn1.img.sputnik.az/img/42398/89/423988986_0:161:3067:1886_1920x0_80_0_0_7cb3d546051e3c67bf573d39cb12478d.jpg
BAKI, 20 iyul — Sputnik. Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi aquaparklarda, açıq hovuzlarda sanitar-gigiyenik tələblərə əməl etməyən sahibkarlıq subyektləri ilə bağlı əhalini diqqətli olmağa çağırıb. Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) şöbə müdiri Ziyəddin Kazımov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, yalnız vətəndaşların şikayəti əsasında hovuz suyunun kimyəvi-bakterioloji müayinəsi aparıla bilər.Amma bunun üçün Ədliyyə Nazirliyindən "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə"yə əsasən rəsmi icazə verilməlidir. Məşhur istirahət mərkəzində uşaqlar nəcisli suda üzür Qeyd edək ki, bu günlərdə jurnalist Gülnar Nazimqızı öz *Facebook sosial şəbəkə hesabında "Sea Breeze" dənizkənarı istirahət mərkəzində açıq hovuzda uşaqların içərisində nəcis olan hovuzda üzdüyünü əks etdirən videogörüntülər paylaşmışdı. Onun sözlərinə görə, bu barədə nəzarətçilərə məlumat versə də, onlar həmin müddətdə uşaqları hovuzdan çıxartmayıb, saatlarla azyaşlıları həmin hovuzda əylənməsinə göz yumublar. "Sea Breeze" dənizkənarı istirahət mərkəzindən Sputnik Azərbaycan-a bildirdilər ki, məlumat verildikdən sonra hovuz təmizlənib. İstirahət mərkəzindən onu da bildirdilər ki, hər gün axşam hovuzdan istifadə saat 21:00-dan dayandırılaraq suyu boşaldılır, müvafiq gigiyenik tədbirlər aparılır. İstirahət mərkəzlərini yoxlamaq müşkülə çevrilib Z.Kazımov Sputnik Azərbaycan-a bildirib ki, belə hallar olarsa, vətəndaşların şikayəti əsasında yoxlama aparıla bilər. Əks halda RGEM heç bir dənizkənarı sahibkarlıq subyektində planlı yoxlama aparmır. Qurum səlahiyyətlisi onu da bildirib ki, açıq və qapalı hovuzlarda sanitar-gigiyenik tələblər var. Hər bir sahibkar bu tələblərə əməl etməlidir. Onun sözlərinə görə, hovuzlarda istifadə edilən su içməli su olmalıdır:"Uşaqların çimdiyi hovuzlarda isə bu normaya nəzarət olmaldır. Çünki uşaqlar çimərkən su daha çox ağızdan mədəyə keçir. Bu zaman hovuz suyunda bağırsaq çöpü, bakteriyalar olarsa, eləcə də "koli əmsalı" normadan çox olarsa, mədə-bağırsaq pozğunluğuna, ishal hallarına gətirib çıxara bilər". Onun sözlərinə görə, sahibkarlar könüllü şəkildə hovuzların təmizliyinin yoxlanılması üçün ərazi üzrə GEM-lərlə müqavilə bağlaya bilərlər. Hovuzlarda gigiyenik norma və tələblərin yoxlanılması üçün sahibkarlar özləri ərazi üzrə gigiyena və epidemiologiya mərkəzlərinə (GEM) müraciət etməlidirlər. Əlac ictimai nəzarətə qalıb Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, sahibkarlıq subyektlərində icazəsiz yoxlamaların dayandırılması sahibkarlara bir növ arxayınlıq verib. Ekspert Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, istehlakçıların hüquqlarını müdafiə edən qanun istehlakçıların xeyrinə sərtləşdirilməlidir. Azərbaycan Tibb Universitetinin (ATU) Uşaq Xəstəlikləri kafedrasının müdiri Nəsib Quliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, hovuz suyunun təmizlənməməsi uşaqlar üçün ciddi təhlükədir. Onun sözlərinə görə, əgər uşaqlar nəcisli suda üzürlərsə, bu çox ciddi təhlükəyə səbəb ola bilər. Uşaqlarda dermatit təhlükəsi N.Quliyev onu da bildirib ki, hovuz suyu təmizlənərkən istifadə edilən xlorun normasına ciddi riayət edilməlidir:"Bəzən düşünürlər ki, xloru hovuz suyuna nə qədər çox vursalar, bu bakteriyaların təmizlənməsi baxımından daha yaxşıdır. Amma hovuz suyunda sanitar-gigiyenik tələblərə əməl edilməməsi uşaqlarda dermatit əmələ gətirə bilər. Xlordan çox istifadə edilərdə dəri zədələnir, gözdə sulanma, qızarma müşahidə olunur. Ümumiyyətlə xlorun suyun tərkibinə normadan artıq qatılması orqanizmdə harada selikli qişa varsa, onu zədələyir". * Meta-nın (Facebook və Instagram sosial şəbəkələri) fəaliyyəti Rusiyada ekstremist kimi qadağan edilib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20230616/cimerlik-movsumu-basladi---bu-cimerliklerde-cimmek-saglamliginiz-ucun-ciddi-tehlukedir-455909326.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42398/89/423988986_168:0:2899:2048_1920x0_80_0_0_58f2716bef9fe8bb9641d10c950e4b8c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
hovuz, sahibkar, su, xlor, xəstəlik, bağırsaq
hovuz, sahibkar, su, xlor, xəstəlik, bağırsaq
Ani yoxlamaların olmaması bəzi sahikarların "əl-qol"unu açır - Eyyub Hüseynov
Açıq hovuzlarda təhlükə - Uşaqlar arasında bağırsaq çöplərinə kütləvi yoluxma ola bilər!
BAKI, 20 iyul — Sputnik. Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi aquaparklarda, açıq hovuzlarda sanitar-gigiyenik tələblərə əməl etməyən sahibkarlıq subyektləri ilə bağlı əhalini diqqətli olmağa çağırıb. Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) şöbə müdiri Ziyəddin Kazımov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, yalnız vətəndaşların şikayəti əsasında hovuz suyunun kimyəvi-bakterioloji müayinəsi aparıla bilər.
Amma bunun üçün Ədliyyə Nazirliyindən "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə"yə əsasən rəsmi icazə verilməlidir.
Məşhur istirahət mərkəzində uşaqlar nəcisli suda üzür
Qeyd edək ki, bu günlərdə jurnalist Gülnar Nazimqızı öz *Facebook sosial şəbəkə hesabında "Sea Breeze" dənizkənarı istirahət mərkəzində açıq hovuzda uşaqların içərisində nəcis olan hovuzda üzdüyünü əks etdirən videogörüntülər paylaşmışdı. Onun sözlərinə görə, bu barədə nəzarətçilərə məlumat versə də, onlar həmin müddətdə uşaqları hovuzdan çıxartmayıb, saatlarla azyaşlıları həmin hovuzda əylənməsinə göz yumublar.
"Sea Breeze" dənizkənarı istirahət mərkəzindən Sputnik Azərbaycan-a bildirdilər ki, məlumat verildikdən sonra hovuz təmizlənib.
"Təəssüf ki, azyaşlıların əyləndiyi hovuzda belə hallar baş verir. Bu, valideynlərin öz övladlarına gigiyenik tələblərlə bağlı düzgün məlumat verməməsindən irəli gəlir. Amma bizə bu barədə məlumat verilən kimi dərhal hovuz təmizləndi".
İstirahət mərkəzindən onu da bildirdilər ki, hər gün axşam hovuzdan istifadə saat 21:00-dan dayandırılaraq suyu boşaldılır, müvafiq gigiyenik tədbirlər aparılır.
İstirahət mərkəzlərini yoxlamaq müşkülə çevrilib
Z.Kazımov Sputnik Azərbaycan-a bildirib ki, belə hallar olarsa, vətəndaşların şikayəti əsasında yoxlama aparıla bilər. Əks halda RGEM heç bir dənizkənarı sahibkarlıq subyektində planlı yoxlama aparmır.
Qurum səlahiyyətlisi onu da bildirib ki, açıq və qapalı hovuzlarda sanitar-gigiyenik tələblər var. Hər bir sahibkar bu tələblərə əməl etməlidir. Onun sözlərinə görə, hovuzlarda istifadə edilən su içməli su olmalıdır:
"Hovuz suyuna qaydalara uyğun xlor vurulmalıdır. Bu, suyun tərkibindəki bakteriyaları məhv etmək üçündür. Suya xlorun normadan artıq qatılmasına da yol verilmir. Hovuz suyunda xlorun səviyyəsi, qüvvədə olan normalara görə, hər bir ton suya 0.3-0.5 mq, suyun pH dəyəri isə 7.2-7.6 olmalıdır. Bu miqdardan az və yaxud çox ola bilməz. Hovuz suyuna xlorun az, yaxud çox qatılması hovuzda çimən insanın orqanizmi üçün fəsad verə bilər. Bu zaman hovuzda çimən insanın gözlərinin qızarması kimi hallara rast gəlinə bilər. Əgər hovuz suyuna tələb olunan miqdarda xlor vurulmazsa, suda bakteriyalar, bağırsaq çöpləri oradan istifadə edən insanlarda mədə-bağırsaq pozğunluğuna səbəb ola bilər".
"Uşaqların çimdiyi hovuzlarda isə bu normaya nəzarət olmaldır. Çünki uşaqlar çimərkən su daha çox ağızdan mədəyə keçir. Bu zaman hovuz suyunda bağırsaq çöpü, bakteriyalar olarsa, eləcə də "koli əmsalı" normadan çox olarsa, mədə-bağırsaq pozğunluğuna, ishal hallarına gətirib çıxara bilər".
Onun sözlərinə görə, sahibkarlar könüllü şəkildə hovuzların təmizliyinin yoxlanılması üçün ərazi üzrə GEM-lərlə müqavilə bağlaya bilərlər. Hovuzlarda gigiyenik norma və tələblərin yoxlanılması üçün sahibkarlar özləri ərazi üzrə gigiyena və epidemiologiya mərkəzlərinə (GEM) müraciət etməlidirlər.
Əlac ictimai nəzarətə qalıb
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, sahibkarlıq subyektlərində icazəsiz yoxlamaların dayandırılması sahibkarlara bir növ arxayınlıq verib.
"Hazırda heç bir dövlət orqanının gedib anidən sahibkarlıq subyektlərini yoxlamaq hüququ yoxdur. Bu isə sahikarların "əl-qol"unu geniş açmasına imkan yaradır. Ona görə də, əlac qalıb ictimai nəzarətə. İctimai nəzarətin rolu çox böyükdür. Dənizkənarı istirahət mərkəzlərində hovuz suyunun çirkli olduğunu görən vətəndaş dərhal hovuzun rəhbərliyinə şikayət etməli, aidiyyatı üzrə sanitar-gigiyenik nəzarəti aparan dövlət orqanına məlumat verilməlidir, - deyə E.Hüseynov bildirib.
Ekspert Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, istehlakçıların hüquqlarını müdafiə edən qanun istehlakçıların xeyrinə sərtləşdirilməlidir.
Azərbaycan Tibb Universitetinin (ATU) Uşaq Xəstəlikləri kafedrasının müdiri Nəsib Quliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, hovuz suyunun təmizlənməməsi uşaqlar üçün ciddi təhlükədir. Onun sözlərinə görə, əgər uşaqlar nəcisli suda üzürlərsə, bu çox ciddi təhlükəyə səbəb ola bilər.
Uşaqlarda dermatit təhlükəsi
"Hovuzda nəciz varsa, orada uşaqlar üzməyə davam edirlərsə, bu zaman bağırsaq çöplərinə kütləvi yoluxma baş verə bilər. Buna görə valideynləri günahkar görmək vəziyyətdən çıxış yolu deyil. Uşaqların üzdüyü hovuzlara ciddi nəzarət olmalıdır. Uşaq təbii ehtiyaclarını suda edə bilərlər. Bu zaman bütün uşaqlar sudan çıxarılmalı, hovuz təmizlənməli, dərmanlanma işləri aparılmalıdır".
N.Quliyev onu da bildirib ki, hovuz suyu təmizlənərkən istifadə edilən xlorun normasına ciddi riayət edilməlidir:
"Bəzən düşünürlər ki, xloru hovuz suyuna nə qədər çox vursalar, bu bakteriyaların təmizlənməsi baxımından daha yaxşıdır. Amma hovuz suyunda sanitar-gigiyenik tələblərə əməl edilməməsi uşaqlarda dermatit əmələ gətirə bilər. Xlordan çox istifadə edilərdə dəri zədələnir, gözdə sulanma, qızarma müşahidə olunur. Ümumiyyətlə xlorun suyun tərkibinə normadan artıq qatılması orqanizmdə harada selikli qişa varsa, onu zədələyir".
* Meta-nın (Facebook və Instagram sosial şəbəkələri) fəaliyyəti Rusiyada ekstremist kimi qadağan edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.