https://sputnik.az/20230720/xosmeramli-jestler-qarsiliqli-olmali-ve-sui-istifade-edilmemelidir---diplomat-456983802.html
Xoşməramlı jestlər qarşılıqlı olmalı və sui-istifadə edilməməlidir - Diplomat
Xoşməramlı jestlər qarşılıqlı olmalı və sui-istifadə edilməməlidir - Diplomat
Sputnik Azərbaycan
Səfir bildirib ki, Azərbaycan yerli erməni sakinlərlə qarşılıqlı əlaqədə olmaq, regionda su, nəqliyyat və enerji təchizatı ilə bağlı mühüm məsələləri həll... 20.07.2023, Sputnik Azərbaycan
2023-07-20T17:40+0400
2023-07-20T17:40+0400
2023-07-20T17:40+0400
erməni
siyasət
azərbaycan
inteqrasiya
https://cdnn1.img.sputnik.az/img/41069/08/410690803_0:318:3076:2048_1920x0_80_0_0_5634358fffe7a763380516e15a492926.jpg
BAKI, 20 iyul — Sputnik. Azərbaycan milli və etnik mənşəyindən asılı olmayaraq, bütün vətəndaşlarına bərabər hüquqlar təmin etməklə, Azərbaycan qanunvericiliyinə və Konstitusiyasına uyğun olaraq erməni əsilli vətəndaşlarını öz siyasi, sosial və iqtisadi məkanına inteqrasiya etməkdə qətiyyətlidir. APA xəbər verir ki, bu barədə Azərbaycanın ATƏT yanındakı daimi nümayəndəsi, səfir Rövşən Sadıqbəyli Daimi Şurasının iclasında Ermənistan XİN rəhbərinə ölkəmizin erməni sakinlərinin hüquq və təhlükəsizliyi ilə bağlı çağırışlara dair cavabında deyib. Səfir bildirib ki, bu məqsədlə Azərbaycan yerli erməni sakinlərlə qarşılıqlı əlaqədə olmaq, regionda su, nəqliyyat və enerji təchizatı ilə bağlı mühüm məsələləri həll etmək üçün ardıcıl və uğurlu səylər göstərib. "Hökumət onların reinteqrasiyası ilə bağlı məsələlərin müzakirəsi məqsədilə yerli erməni sakinləri ilə dialoq üzrə xüsusi nümayəndə təyin edib. Xüsusi nümayəndənin yerli ermənilərlə ilk görüşündən sonra erməni tərəfi aidiyyəti olmayan ilkin şərtlər irəli sürərək Bakıda müzakirələrin növbəti mərhələsini əngəlləyib. Qeyd etmək vacibdir ki, Azərbaycan belə bir dialoqa başlamaq təşəbbüsü ilə çıxış edib və əlavə görüşlərə ev sahibliyi etmək istəyini ifadə etməklə, nəzərəçarpacaq nəticələrə nail olmaq üçün həqiqi sadiqliyini nümayiş etdirib. Bu xoşməramlı jestlər qarşılıqlı olmalı və sui-istifadə edilməməlidir. İnsan hüquqlarının bərabər və ayrı-seçkiliyə yol vermədən təmin edilməsi Ermənistandan bu ölkədən qovulmuş azərbaycanlıların öz vətənlərinə dinc, ləyaqətli və təhlükəsiz qayıdışına kömək etməklə, onların insan hüquqları ilə bağlı müvafiq sənədlərlə tanınan əsas azadlıqlarından tam şəkildə istifadəsini təmin etməklə öz beynəlxalq öhdəliklərinə əməl etməyi tələb edir", - diplomat vurğulayıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41069/08/410690803_345:0:3076:2048_1920x0_80_0_0_44b057150f4cc192de2adb3a2d9713e0.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
erməni, azərbaycan, inteqrasiya
erməni, azərbaycan, inteqrasiya
Xoşməramlı jestlər qarşılıqlı olmalı və sui-istifadə edilməməlidir - Diplomat
Səfir bildirib ki, Azərbaycan yerli erməni sakinlərlə qarşılıqlı əlaqədə olmaq, regionda su, nəqliyyat və enerji təchizatı ilə bağlı mühüm məsələləri həll etmək üçün ardıcıl və uğurlu səylər göstərib
BAKI, 20 iyul — Sputnik. Azərbaycan milli və etnik mənşəyindən asılı olmayaraq, bütün vətəndaşlarına bərabər hüquqlar təmin etməklə, Azərbaycan qanunvericiliyinə və Konstitusiyasına uyğun olaraq erməni əsilli vətəndaşlarını öz siyasi, sosial və iqtisadi məkanına inteqrasiya etməkdə qətiyyətlidir.
APA xəbər verir ki, bu barədə Azərbaycanın ATƏT yanındakı daimi nümayəndəsi, səfir Rövşən Sadıqbəyli Daimi Şurasının iclasında Ermənistan XİN rəhbərinə ölkəmizin erməni sakinlərinin hüquq və təhlükəsizliyi ilə bağlı çağırışlara dair cavabında deyib.
Səfir bildirib ki, bu məqsədlə Azərbaycan yerli erməni sakinlərlə qarşılıqlı əlaqədə olmaq, regionda su, nəqliyyat və enerji təchizatı ilə bağlı mühüm məsələləri həll etmək üçün ardıcıl və uğurlu səylər göstərib.
"Hökumət onların reinteqrasiyası ilə bağlı məsələlərin müzakirəsi məqsədilə yerli erməni sakinləri ilə dialoq üzrə xüsusi nümayəndə təyin edib. Xüsusi nümayəndənin yerli ermənilərlə ilk görüşündən sonra erməni tərəfi aidiyyəti olmayan ilkin şərtlər irəli sürərək Bakıda müzakirələrin növbəti mərhələsini əngəlləyib. Qeyd etmək vacibdir ki, Azərbaycan belə bir dialoqa başlamaq təşəbbüsü ilə çıxış edib və əlavə görüşlərə ev sahibliyi etmək istəyini ifadə etməklə, nəzərəçarpacaq nəticələrə nail olmaq üçün həqiqi sadiqliyini nümayiş etdirib. Bu xoşməramlı jestlər qarşılıqlı olmalı və sui-istifadə edilməməlidir. İnsan hüquqlarının bərabər və ayrı-seçkiliyə yol vermədən təmin edilməsi Ermənistandan bu ölkədən qovulmuş azərbaycanlıların öz vətənlərinə dinc, ləyaqətli və təhlükəsiz qayıdışına kömək etməklə, onların insan hüquqları ilə bağlı müvafiq sənədlərlə tanınan əsas azadlıqlarından tam şəkildə istifadəsini təmin etməklə öz beynəlxalq öhdəliklərinə əməl etməyi tələb edir", - diplomat vurğulayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.