Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Tarix Muzeyinin yeni ekspozisiyasında "Musiqi alətləri" adlı vitrin təqdim ediləcək

tar - Sputnik Azərbaycan, 1920, 20.07.2023
Abunə olmaq
Milli Azərbaycan Tarixi Muzeyindən verilən məlumata görə, "Musiqi alətləri" adlı vitrini görmək istəyənlər sentyabr ayını gözləməli olacaqlar.
BAKI, 20 iyul — Sputnik. Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasında "Musiqi alətləri" adlı vitrin təqdim ediləcək.
Bu barədə Sputnik Azərbaycan-a Milli Azərbaycan Tarixi Muzeyindən məlumat verib. Muzeydən verilən məlumata görə, vitrində müxtəlif musiqi alətləri - tar, kamança, nağara, balaban, tütək, saz və digər eksponatlar yer alır. O da bildirilib ki, muzey ziyarətçiləri sözügedən vitrini senytabr ayında görə biləcəklər.
XIX əsrə və XX əsrin əvvəllərinə aid olan həmin eksponatlar öz unikallığı ilə maraq doğurur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0