https://sputnik.az/20230720/svecin-raqdaki-sefirliyi-fealiyyetini-dayandirib-456980426.html
İsveçin İraqdakı səfirliyi fəaliyyətini dayandırıb
İsveçin İraqdakı səfirliyi fəaliyyətini dayandırıb
Sputnik Azərbaycan
İyunun 29 və 30-da Bağdaddakı İsveç diplomatik missiyasının qarşısında, həmçinin iyulun 20-də keçirilən nümayişlərlə əlaqədar səfirlik növbəti xəbərdarlıq... 20.07.2023, Sputnik Azərbaycan
2023-07-20T15:49+0400
2023-07-20T15:49+0400
2023-07-20T15:58+0400
quran
dünya xəbərləri
isveç
iraq
https://cdnn1.img.sputnik.az/img/07e7/07/14/456968868_0:160:3072:1888_1920x0_80_0_0_0269909eccfe28c6927bd75e74a29683.jpg
BAKI, 20 iyul — Sputnik. İsveçin Bağdaddakı səfirliyi diplomatik missiyanın binasının yandırılmasından sonra növbəti xəbərdarlığa qədər fəaliyyətini dayandırıb. TASS xəbər agentliyinin məlumatına görə, bu barədə İsveçin səfirliklərin idarə edilməsi qurumunun rəsmi saytında dərc edilmiş məlumatda bildirilib. "İyunun 29 və 30-da Bağdaddakı İsveç diplomatik missiyasının qarşısında, həmçinin iyulun 20-də keçirilən nümayişlərlə əlaqədar səfirlik növbəti xəbərdarlıq edilənədək ziyarətçilər üçün bağlıdır. Pasportların verilməsi və təcili sənədlərin işlənməsi dayandırılıb", - qeyd edilib (Report). Qeyd edək ki, bu gün Quranın yandırılması aksiyasına etiraz olaraq iraqlılar Bağdaddakı İsveç səfirliyinin binasına soxulublar. Etirazçılar səfirliyi ələ keçirib və yandırıblar. Səfirlik əməkdaşlarından heç biri xəsarət almayıb. Xatırladaq ki, Birləşmiş Millətlər Təşkilatı (BMT) Quranın və digər müqəddəs kitabların yandırılmasını pisləyib. Qurumun İnsan Hüquqları Şurası (UNHRC) Qurani-Kərimin və digər müqəddəs kitabların yandırılmasını pisləyən qətnamə qəbul edib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/07/14/456968868_171:0:2902:2048_1920x0_80_0_0_5871baad181dc99d6ecf327531acf925.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
quran, isveç, iraq
İsveçin İraqdakı səfirliyi fəaliyyətini dayandırıb
15:49 20.07.2023 (Yenilənib: 15:58 20.07.2023) İyunun 29 və 30-da Bağdaddakı İsveç diplomatik missiyasının qarşısında, həmçinin iyulun 20-də keçirilən nümayişlərlə əlaqədar səfirlik növbəti xəbərdarlıq edilənədək ziyarətçilər üçün bağlıdır.
BAKI, 20 iyul — Sputnik. İsveçin Bağdaddakı səfirliyi diplomatik missiyanın binasının yandırılmasından sonra növbəti xəbərdarlığa qədər fəaliyyətini dayandırıb.
TASS xəbər agentliyinin məlumatına görə, bu barədə İsveçin səfirliklərin idarə edilməsi qurumunun rəsmi saytında dərc edilmiş məlumatda bildirilib.
"İyunun 29 və 30-da Bağdaddakı İsveç diplomatik missiyasının qarşısında, həmçinin iyulun 20-də keçirilən nümayişlərlə əlaqədar səfirlik növbəti xəbərdarlıq edilənədək ziyarətçilər üçün bağlıdır. Pasportların verilməsi və təcili sənədlərin işlənməsi dayandırılıb", - qeyd edilib (Report).
Qeyd edək ki, bu gün Quranın yandırılması aksiyasına etiraz olaraq iraqlılar Bağdaddakı İsveç səfirliyinin binasına soxulublar. Etirazçılar səfirliyi ələ keçirib və yandırıblar. Səfirlik əməkdaşlarından heç biri xəsarət almayıb.
Xatırladaq ki, Birləşmiş Millətlər Təşkilatı (BMT) Quranın və digər müqəddəs kitabların yandırılmasını pisləyib. Qurumun İnsan Hüquqları Şurası (UNHRC) Qurani-Kərimin və digər müqəddəs kitabların yandırılmasını pisləyən qətnamə qəbul edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.