https://sputnik.az/20230720/rusiyada-yeni-nesil-lancet-peyda-olub-456950472.html
Rusiyada yeni nəsil "Lancet" peyda olub
Rusiyada yeni nəsil "Lancet" peyda olub
Sputnik Azərbaycan
Ukraynanın (NATO) hava hücumundan müdafiəsi praktiki olaraq gücsüzdür, Rusiyanın kamikadze dronları isə demək olar ki, radarlara görünməyən kompozit... 20.07.2023, Sputnik Azərbaycan
2023-07-20T09:05+0400
2023-07-20T09:05+0400
2023-07-20T09:05+0400
"lancet"
təhlil
rusiya
abş
kamikadze
https://cdnn1.img.sputnik.az/img/07e7/07/13/456950140_0:172:2956:1835_1920x0_80_0_0_d9d396af65e28af339edaa60a18677a9.jpg
Rusiyada yeni nəsil "Lancet" kamikadze pilotsuz uçuş aparatları (PUA) təqdim edilib və inkişafın inqilabi xarakterini hələ də hamı dərk etməyib. Süni intellekt elementləri, düşmənin radioelektron mübarizə və hava hücumundan müdafiə sistemləri ilə gözə görünməyən dronlar dəstəsi, qurudakı hərbi əməliyyatların taktikasını kökündən dəyişdirməyə qadirdir, özü də təkcə Rusiya xüsusi hərbi əməliyyat (XHƏ) zonasında deyil, başqa "müharibə tanrısı" müstəvisində də. Əfsanəvi "Lancet" (Kalaşnikov konserninin bir hissəsi) kamikadze silahların istehsalçı müəssisəsi iyulun 16-da qanadı qatlanan "İzdeliye 53" dronlarının növbəti nəslini təqdim edib. Düzdür, məxfiliyə görə, yeni "Lancet" bütövlükdə göstərilməyib. "İzdeliye 53" fərdi konteynerdən də işə salına bilər. "Lancet"lərin baş konstruktoru Aleksandr Zaxarov yeni məhsulun əsas xüsusiyyətlərini – avtomatik rejimdə istifadənin sadəliyini və düşmənin radioelektron mübarizə vasitələrinin təsirinə qarşı müqavimətini vurğulayıb. Döyüş meydanında operator yalnız axtarış sahəsini göstərməli və havaya qalxma əmrini verməlidir. Bundan əlavə, dron müstəqil olaraq zirehli texnikanı, silah artilleriyasını, düşmənin hava hücumundan müdafiə sistemlərini aşkar edəcək (pikaplar və digər "xırda şeylər" onu maraqlandırmır). Əgər "İzdeliye 53" tankı və radarı eyni anda görərsə, o zaman radar daha vacib hədəf olacaq. Yeni nəsil dronların dəstəsi avtomatlaşdırılmış rejimdə hücum üçün obyektləri bölüşdürür. Hədəf yaxınlaşdıqda döyüş başlığı işə salınır və kumulyativ cərəyan istənilən zirehi vurur (döyüş sınaqları zamanı sınaqdan keçirilir). Dron həmçinin qəlpəli-fuqas və ya termobarik döyüş başlığını da daşıya bilir. Zərbə kompleksinə kəşfiyyat, naviqasiya və rabitə modulu daxildir. "Lancet" müxtəlif mənbələrdən (obyektlərdən) koordinatları müəyyən edə bilir və bu, peyk naviqasiyasına ehtiyacı olan xarici analoqlardan nəzərəçarpacaq dərəcədə fərqlənir. Bu yaxınlarda 3 kq və 5 kq döyüş başlığı olan iki əsas modifikasiyalı "X" formalı qanadları ilə seriyalı "Lanset"lər Suriyada və Ukraynanın xüsusi hərbi əməliyyat (XHƏ) zonasında effektiv fəaliyyət göstərib. Yüngül modifikasiyası 80 - 110 km/saat sürətlə 40 dəqiqəyə qədər hədəfi izləyə bilər. 5 kq yük daşıyan "Lancet" 50 dəqiqəyə qədər artan uçuş müddəti və 70 km-ə qədər uçuş məsafəsi ilə fərqlənir. "Lancet-3" modifikasiyasında aparat təkmilləşdirilmiş optika ilə təchiz edilib, temperatur ölçən cihazın olması isə dronun gecə-gündüz işləməsinə imkan verir. Yeni yüksək dəqiqliyə malik "İzdeliye 53"ün daha uzaq uçduğunu və daha güclü vurduğunu güman etmək məntiqlidir. Cərrahi dəqiqlik Bu gün "Lanset" Ukrayna Silahlı Qüvvələrinin (USQ) Xerson istiqamətində gizlənmiş dayaq məntəqəsini güzəştsiz şəkildə məhv edib və bu, təsadüfi deyil. Rusiya qoşunları Ukrayna hərbi əməliyyat teatrında müxtəlif növ kəşfiyyat və hücum dronlarını fəal şəkildə istifadə edirlər. Ən böyük şöhrəti yüzlərlə milyon dollar və avro dəyərində, 400-dən çox məhv edilmiş hədəfi olan "Lanset"lər qazanıblar. Ukraynanın (NATO) hava hücumundan müdafiəsi praktiki olaraq gücsüzdür - Rusiyanın kamikadze dronları, demək olar ki, radarlara görünməyən kompozit materiallardan hazırlanır. Yüksək manevr qabiliyyətinə görə, uçuş zamanı yeni PUA-lar quşların hərəkətlərini təqlid edrək düşməni çaşdıra bilir - bu, kamikadze silahların axtarışını, müəyyənləşdirilməsini və məhv edilməsini ciddi şəkildə çətinləşdirir. Aparat daim məsafənin və gücün artırılması istiqamətində təkmilləşdirilir. İnteqrasiya olunmuş döyüş başlığına malik "Lanset" döyüş meydanı üzərində uzunmüddətli uçuşlar həyata keçirə, hədəfi müstəqil olaraq aşkar edə və düşmənin hava hücumundan müdafiə vasitələrindən yayınaraq onu məhv edə bilir. Bu cür kamikadze dronların kütləvi istifadəsi Ukrayna Silahlı Qüvvələrinin hərbi texnikasında, xüsusən də Qərb istehsalı olan yedəkli və özüyeriyən artilleriya qurğularında əhəmiyyətli itkilərə səbəb olub. Ukrayna ordusu vizual və radar aşkarlamasını qeyri-mümkün edən və USQ-nin gözləmədiyi yerlərdə hədəfləri məhv etməyə imkan verən "Lanset"lərin səssizliyi və termal imzasının olmaması səbəbindən əks tədbirlər tapa bilməyib. Rusiyanın kamikadze dronunun işə salınması yüksək dəqiqlikli mərmi atmaqdan daha ucuz başa gəlir. "The Economist" nəşri yazır ki, "Lanset"in qiyməti 50 min dollardan aşağıdır. Onun məqsədi isə, məsələn, ABŞ-ın M777 haubitsasıdır (4 milyon dollar). NASAMS kompleksinin bir zenit raketi - 500 min dollardır. Qeyd edək ki, ABŞ analoqu "Switchblade-600" bütün göstəricilərə görə zəifdir (qiymət istisna olmaqla). "Ordu-2019" Beynəlxalq Hərbi-Texniki Forumunda ilk dəfə təqdim olunan "Lanset" kamikadze silahları sürətlə qoşunların döyüş birləşmələrinə daxil olub. Seriya istehsalı 2020-ci ildə, aktiv döyüş istifadəsi isə 2021-ci ildən Suriyada başlayıb. Rusiya hərbi təyinatlı PUA-ların demək olar ki, bütün növlərinin - kəşfiyyat, zərbə, taktiki, əməliyyat və əməliyyat-taktiki istehsal texnologiyalarına malikdir. Rusiya Federasiyası Hökuməti tərəfindən iyunun sonunda təsdiqlənən Pilotsuz Aviasiyanın İnkişafı Strategiyası 2035-ci ilə qədər istehsal perspektivi üçün "Lancet" və digər dronların inkişafının nikbin perspektivləri müəyyənləşdirir (200 min ədədə qədər).Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Aleksandr Xrolenko
https://cdnn1.img.sputnik.az/img/41251/68/412516881_698:0:2365:1667_100x100_80_0_0_d42f2e228c9e221ad329811bf71fb976.jpg
Aleksandr Xrolenko
https://cdnn1.img.sputnik.az/img/41251/68/412516881_698:0:2365:1667_100x100_80_0_0_d42f2e228c9e221ad329811bf71fb976.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/07/13/456950140_141:0:2816:2006_1920x0_80_0_0_11c7f9c54597b074c870f09361c20201.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aleksandr Xrolenko
https://cdnn1.img.sputnik.az/img/41251/68/412516881_698:0:2365:1667_100x100_80_0_0_d42f2e228c9e221ad329811bf71fb976.jpg
"lancet", rusiya, abş, kamikadze
"lancet", rusiya, abş, kamikadze
Rusiyada yeni nəsil "Lancet" peyda olub
Ukraynanın (NATO) hava hücumundan müdafiəsi praktiki olaraq gücsüzdür, Rusiyanın kamikadze dronları isə demək olar ki, radarlara görünməyən kompozit materiallardan hazırlanır.
Rusiyada yeni nəsil "Lancet" kamikadze pilotsuz uçuş aparatları (PUA) təqdim edilib və inkişafın inqilabi xarakterini hələ də hamı dərk etməyib. Süni intellekt elementləri, düşmənin radioelektron mübarizə və hava hücumundan müdafiə sistemləri ilə gözə görünməyən dronlar dəstəsi, qurudakı hərbi əməliyyatların taktikasını kökündən dəyişdirməyə qadirdir, özü də təkcə Rusiya xüsusi hərbi əməliyyat (XHƏ) zonasında deyil, başqa "müharibə tanrısı" müstəvisində də.
Əfsanəvi "Lancet" (Kalaşnikov konserninin bir hissəsi) kamikadze silahların istehsalçı müəssisəsi iyulun 16-da qanadı qatlanan "İzdeliye 53" dronlarının növbəti nəslini təqdim edib. Düzdür, məxfiliyə görə, yeni "Lancet" bütövlükdə göstərilməyib. "İzdeliye 53" fərdi konteynerdən də işə salına bilər.
"Lancet"lərin baş konstruktoru Aleksandr Zaxarov yeni məhsulun əsas xüsusiyyətlərini – avtomatik rejimdə istifadənin sadəliyini və düşmənin radioelektron mübarizə vasitələrinin təsirinə qarşı müqavimətini vurğulayıb. Döyüş meydanında operator yalnız axtarış sahəsini göstərməli və havaya qalxma əmrini verməlidir. Bundan əlavə, dron müstəqil olaraq zirehli texnikanı, silah artilleriyasını, düşmənin hava hücumundan müdafiə sistemlərini aşkar edəcək (pikaplar və digər "xırda şeylər" onu maraqlandırmır).
Əgər "İzdeliye 53" tankı və radarı eyni anda görərsə, o zaman radar daha vacib hədəf olacaq. Yeni nəsil dronların dəstəsi avtomatlaşdırılmış rejimdə hücum üçün obyektləri bölüşdürür. Hədəf yaxınlaşdıqda döyüş başlığı işə salınır və kumulyativ cərəyan istənilən zirehi vurur (döyüş sınaqları zamanı sınaqdan keçirilir). Dron həmçinin qəlpəli-fuqas və ya termobarik döyüş başlığını da daşıya bilir. Zərbə kompleksinə kəşfiyyat, naviqasiya və rabitə modulu daxildir. "Lancet" müxtəlif mənbələrdən (obyektlərdən) koordinatları müəyyən edə bilir və bu, peyk naviqasiyasına ehtiyacı olan xarici analoqlardan nəzərəçarpacaq dərəcədə fərqlənir.
Bu yaxınlarda 3 kq və 5 kq döyüş başlığı olan iki əsas modifikasiyalı "X" formalı qanadları ilə seriyalı "Lanset"lər Suriyada və Ukraynanın xüsusi hərbi əməliyyat (XHƏ) zonasında effektiv fəaliyyət göstərib. Yüngül modifikasiyası 80 - 110 km/saat sürətlə 40 dəqiqəyə qədər hədəfi izləyə bilər. 5 kq yük daşıyan "Lancet" 50 dəqiqəyə qədər artan uçuş müddəti və 70 km-ə qədər uçuş məsafəsi ilə fərqlənir. "Lancet-3" modifikasiyasında aparat təkmilləşdirilmiş optika ilə təchiz edilib, temperatur ölçən cihazın olması isə dronun gecə-gündüz işləməsinə imkan verir. Yeni yüksək dəqiqliyə malik "İzdeliye 53"ün daha uzaq uçduğunu və daha güclü vurduğunu güman etmək məntiqlidir.
Bu gün "Lanset" Ukrayna Silahlı Qüvvələrinin (USQ) Xerson istiqamətində gizlənmiş dayaq məntəqəsini güzəştsiz şəkildə məhv edib və bu, təsadüfi deyil. Rusiya qoşunları Ukrayna hərbi əməliyyat teatrında müxtəlif növ kəşfiyyat və hücum dronlarını fəal şəkildə istifadə edirlər. Ən böyük şöhrəti yüzlərlə milyon dollar və avro dəyərində, 400-dən çox məhv edilmiş hədəfi olan "Lanset"lər qazanıblar.
Ukraynanın (NATO) hava hücumundan müdafiəsi praktiki olaraq gücsüzdür - Rusiyanın kamikadze dronları, demək olar ki, radarlara görünməyən kompozit materiallardan hazırlanır. Yüksək manevr qabiliyyətinə görə, uçuş zamanı yeni PUA-lar quşların hərəkətlərini təqlid edrək düşməni çaşdıra bilir - bu, kamikadze silahların axtarışını, müəyyənləşdirilməsini və məhv edilməsini ciddi şəkildə çətinləşdirir. Aparat daim məsafənin və gücün artırılması istiqamətində təkmilləşdirilir.
İnteqrasiya olunmuş döyüş başlığına malik "Lanset" döyüş meydanı üzərində uzunmüddətli uçuşlar həyata keçirə, hədəfi müstəqil olaraq aşkar edə və düşmənin hava hücumundan müdafiə vasitələrindən yayınaraq onu məhv edə bilir. Bu cür kamikadze dronların kütləvi istifadəsi Ukrayna Silahlı Qüvvələrinin hərbi texnikasında, xüsusən də Qərb istehsalı olan yedəkli və özüyeriyən artilleriya qurğularında əhəmiyyətli itkilərə səbəb olub. Ukrayna ordusu vizual və radar aşkarlamasını qeyri-mümkün edən və USQ-nin gözləmədiyi yerlərdə hədəfləri məhv etməyə imkan verən "Lanset"lərin səssizliyi və termal imzasının olmaması səbəbindən əks tədbirlər tapa bilməyib.
Rusiyanın kamikadze dronunun işə salınması yüksək dəqiqlikli mərmi atmaqdan daha ucuz başa gəlir. "The Economist" nəşri yazır ki, "Lanset"in qiyməti 50 min dollardan aşağıdır. Onun məqsədi isə, məsələn, ABŞ-ın M777 haubitsasıdır (4 milyon dollar). NASAMS kompleksinin bir zenit raketi - 500 min dollardır. Qeyd edək ki, ABŞ analoqu "Switchblade-600" bütün göstəricilərə görə zəifdir (qiymət istisna olmaqla).
"Ordu-2019" Beynəlxalq Hərbi-Texniki Forumunda ilk dəfə təqdim olunan "Lanset" kamikadze silahları sürətlə qoşunların döyüş birləşmələrinə daxil olub. Seriya istehsalı 2020-ci ildə, aktiv döyüş istifadəsi isə 2021-ci ildən Suriyada başlayıb.
Rusiya hərbi təyinatlı PUA-ların demək olar ki, bütün növlərinin - kəşfiyyat, zərbə, taktiki, əməliyyat və əməliyyat-taktiki istehsal texnologiyalarına malikdir. Rusiya Federasiyası Hökuməti tərəfindən iyunun sonunda təsdiqlənən Pilotsuz Aviasiyanın İnkişafı Strategiyası 2035-ci ilə qədər istehsal perspektivi üçün "Lancet" və digər dronların inkişafının nikbin perspektivləri müəyyənləşdirir (200 min ədədə qədər).
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.