https://sputnik.az/20230720/nsan-alveri-qurbanlari-ucun-nezerde-tutulan-siginacaga-baxis-kecirilib-456983285.html
İnsan alveri qurbanları üçün nəzərdə tutulan sığınacağa baxış keçirilib
İnsan alveri qurbanları üçün nəzərdə tutulan sığınacağa baxış keçirilib
Sputnik Azərbaycan
Tədbir çərçivəsində müəssisənin yataqxanasına, tibb, yeməkxana, mətbəx otaqlarına baxış keçirilib, sığınacaq sakinləri ilə konfidensial qaydada söhbət... 20.07.2023, Sputnik Azərbaycan
2023-07-20T19:54+0400
2023-07-20T19:54+0400
2023-07-20T19:54+0400
sığınacaq
cəmiyyət
ombudsman
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/18/436622464_0:160:3072:1888_1920x0_80_0_0_5cdfa83bef0159821ed4dd2734f5b9a0.jpg
BAKI, 20 iyul — Sputnik. Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin nəzarətində olan İnsan alveri qurbanları üçün nəzərdə tutulan sığınacağa əvvəlcədən xəbərdarlıq etmədən başçəkmə həyata keçirilib. Ziyarət zamanı müəssisənin yataqxanasına, tibb, yeməkxana, mətbəx otaqlarına baxış keçirilib. Sığınacaq sakinləri qəbul olunub, onlarla konfidensial qaydada söhbət aparılıb, müraciətləri dinlənilib. Qəbul edilmiş şəxslərə Ombudsmana müraciət formaları, 24 saat fəaliyyət göstərən 916 Çağrı Mərkəzi barədə ətraflı məlumat verilib. Müəssisədə insan alveri qurbanlarına normal saxlama şəraitinin təmin olunduğu, onların təhlükəsizliyinin və orada sığınacaq tapan şəxslərin qida və dərman preparatları ilə təmin edildiyi, onlara tibbi, psixoloji, sosial və hüquqi yardımın göstərilməsi üçün müvafiq şərait yaradıldığı müşahidə olunub. Başçəkmənin sonunda müəssisə rəhbərliyi və əməkdaşları ilə görüş keçirilib, hüquqi maarifləndirici söhbətlər aparılıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/18/436622464_171:0:2902:2048_1920x0_80_0_0_6be34696b566caffce8fdc5435ac3099.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
sığınacaq, ombudsman
İnsan alveri qurbanları üçün nəzərdə tutulan sığınacağa baxış keçirilib
Tədbir çərçivəsində müəssisənin yataqxanasına, tibb, yeməkxana, mətbəx otaqlarına baxış keçirilib, sığınacaq sakinləri ilə konfidensial qaydada söhbət aparılıb.
BAKI, 20 iyul — Sputnik. Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin nəzarətində olan İnsan alveri qurbanları üçün nəzərdə tutulan sığınacağa əvvəlcədən xəbərdarlıq etmədən başçəkmə həyata keçirilib.
Ziyarət zamanı müəssisənin yataqxanasına, tibb, yeməkxana, mətbəx otaqlarına baxış keçirilib. Sığınacaq sakinləri qəbul olunub, onlarla konfidensial qaydada söhbət aparılıb, müraciətləri dinlənilib.
Qəbul edilmiş şəxslərə Ombudsmana müraciət formaları, 24 saat fəaliyyət göstərən 916 Çağrı Mərkəzi barədə ətraflı məlumat verilib.
Müəssisədə insan alveri qurbanlarına normal saxlama şəraitinin təmin olunduğu, onların təhlükəsizliyinin və orada sığınacaq tapan şəxslərin qida və dərman preparatları ilə təmin edildiyi, onlara tibbi, psixoloji, sosial və hüquqi yardımın göstərilməsi üçün müvafiq şərait yaradıldığı müşahidə olunub.
Başçəkmənin sonunda müəssisə rəhbərliyi və əməkdaşları ilə görüş keçirilib, hüquqi maarifləndirici söhbətlər aparılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.