CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Masallı meşələrində vağ quşlarının kütləvi tələf olmasına səbəb nədir?

© Sputnik / Sergey Malgavko / Mediabanka keçidvağ quşları
vağ quşları - Sputnik Azərbaycan, 1920, 20.07.2023
Abunə olmaq
Sakinlər deyirlər ki, quşlar daimi yaşadığı yerdə yem tapa bilmədikləri üçün özlərini bu ərazidə təhlükəsiz hiss edir və bu ərazini yaşayış yeri seçiblər.
BAKI, 20 iyul — Sputnik. Dəniz quşları olan vağlar Masallı meşələrində kütləvi şəkildə məskən salıb. AZƏRTAC-ın xəbərinə görə, əsasən su hövzələri ətrafında yaşayan vağ quşları bu dəfə Masallı rayonunun Kalinovka kəndində, meşə zolağında məskən salıb.
Kənd sakinləri deyirlər ki, quşlar bu ərazidə təqribən 2-3 ay bundan əvvəl müşahidə olunub. Bu quşlar əsasən qamışlıq və bataqlıqda məskən salırlar. Amma burada hazırda hər ağacda demək olar ki, 50-yə yaxın quş yuva qurub. Quşlar sakinlərə, təsərrüfatlara ziyan verməsələr də, meşə ərazisində kütləvi leşləri müşahidə olunur.
Sakinlər deyirlər ki, quşlar daimi yaşadığı yerdə yem tapa bilmədikləri üçün özlərini bu ərazidə təhlükəsiz hiss edir və bu ərazini yaşayış yeri seçiblər.
Məsələ ilə bağlı Qızılağac Milli Parkının böyük elmi işçisi Müstəqim Bəşirov bildirib ki, quşların burada məskən salması əlverişli qida şəraitinin olması ilə bağlıdır. Bu ərazinin dənizə yaxın olması quşların burada yuva qurmalarına səbəb olub.

"Quşların kütləvi şəkildə tələf olmasına gəldikdə, bunun əsas səbəbi onların ağacın ən yüksək yerində yuva qurmasıdır. Son günlər havanın küləkli olması, ana vağların uçuşu və hərəkəti zamanı yuvadan düşən balalar zədələnərək tələf olurlar. Bu da təbii bir prosesdir", – deyə Müstəqim Bəşirov əlavə edib.

Qeyd edək ki, Azərbaycanda 8 növü yaşayır:
Erquvani vağı (Ardea purpurea);
Boz vağ (Ardea cinerea);
Xırda ağ vağ (Egretta garzetta və ya Ardea garzetta);
İri ağ vağ (Ardea alba);
Misir vağı (Bubulcus ibis);
Adi vağ (Ardeola ralloides);
Gecə vağı (Nycticorax nycticorax);
Adi balaban (Botaurus stellaris)
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0