DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

"Google" bəzi işçilərinin internetə çıxışını niyə məhdudlaşdırıb

© AFP 2024 / KENZO TRIBOUILLARDGoogle loqo
Google loqo - Sputnik Azərbaycan, 1920, 20.07.2023
Abunə olmaq
Plana əsasən bəzi işçilər yalnız korporativ veb alətlərə və ya "Google" məhsullarına çıxış əldə edəcəklər.
BAKI, 20 iyul — Sputnik. "Google" korporasiyası iş kompüterlərində çalışan bəzi işçilərin yalnız korporativ veb alətlərə və ya "Google" məhsullarına çıxış əldə edəcəyi pilot proqrama start verib.
"Google" kiberhücum riskini azaltmaq üçün bəzi işçilərin iş kompüterlərində internetə çıxışını məhdudlaşdırıb.
Korporasiya iyulun 19-dan etibarən pilot proqramı işə salıb. Plana əsasən bəzi işçilər yalnız korporativ veb alətlərə və ya "Google" məhsullarına, xüsusən də virtual sənədlərin saxlanması üçün "Google Drive"a, həmçinin "Gmail" elektron poçtuna çıxış əldə edəcəklər.
Şirkətin açıqlamasında bildirilir ki, bu proqram hakerlərin hücum riskini azaldacaq.
Xatırladaq ki, son zamanlar bəzi rəsmi şəxslərin hesablarına hakerlər tərəfindən hücumlar həyata keçirilərək şəxsi və ya digər məxfi məlumatları oğurlanıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0