https://sputnik.az/20230720/ekspert-azerbaycan-hotellerinde-niye-her-sey-daxil-sisteminin-olmadigini-izah-edib-456991310.html
Ekspert Azərbaycan hotellərində niyə "hər şey daxil" sisteminin olmadığını izah edib
Ekspert Azərbaycan hotellərində niyə "hər şey daxil" sisteminin olmadığını izah edib
Sputnik Azərbaycan
"Hər şey daxil" sistemi çərçivəsində xidmətlər kompleksi turistlərin qısa qəbul mövsümünə yönəlmiş yerli hotellər üçün sərfəli deyil. 20.07.2023, Sputnik Azərbaycan
2023-07-20T18:55+0400
2023-07-20T18:55+0400
2023-07-20T18:55+0400
hotel
iqtisadiyyat
rusiya
turist
https://cdnn1.img.sputnik.az/img/42404/19/424041960_0:161:3069:1887_1920x0_80_0_0_323f6a4d0b276a040debc7cbc897bfe6.jpg
BAKI, 20 iyul — Sputnik. Azərbaycan hotellərində "hər şey daxil" sistemi maliyyə cəhətdən özünü doğrultmur. Bunu Respublika Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri Samir Dübəndi Sputnik Azərbaycan-a deyib. Qeyd edək ki, bu yaxınlarda Rusiya Turoperatorları Assosiasiyası rusiyalıların Azərbaycana turlara marağının artmasına diqqət çəkib - artım ötən illə müqayisədə təxminən 20-25% təşkil edib. Bu da gözlənilən idi, çünki ölkə hakimiyyəti mart ayında covid məhdudiyyətlərini ləğv etdiyi üçün aviabiletlər ucuzlaşıb. Azərbaycanda "Hər şey daxil" sistemi olan hotellərin olmaması "FUN&SUN" ekspertləri tərəfindən qeyd edilib. Mütəxəssislər qeyd bildrirlər ki, rusiyalı turistlər Türkiyə və Misirdəki xidmətdən sonra məhz bu cür xidmətlərdən yararlanmaq istəyirlər. O qeyd edib ki, Abşeron yarımadasında, Nabranda, Lənkəranda və Astarada çimərlik hotelləri açılıb, lakin onun sözlərinə görə, bu illər ərzində daha çox iş görülə bilərdi. "Bu, həm çimərliklərin ekoloji standartlara uyğunlaşdırılması, həm də sahil zolağında yığılmış zibil və istehsal müəssisələrinin tullantılarından təmizlənməsi, dəniz səyahətləri üçün yaxta klublarının və müvafiq infrastrukturun yaradılması və s.", - deyə assosiasiya rəhbəri izah edib. Onun sözlərinə görə, digər tərəfdən yay fəsli, ya da necə deyərlər, çimərlik mövsümü Türkiyədə, Kiprdə, Misirdə və digər ölkələrdə olduğu kimi Azərbaycanda da uzun sürmür. Hotellər bu cür istirahətə yönəlmiş ölkələrdə olduğu kimi çox sayda turisti qəbul etmir və buna görə də "Hər şey daxil" sistemi özünü doğrultmur. Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Zarina Orucəliyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433632776_538:0:1868:1330_100x100_80_0_0_e571cb6b859e0a5028362c53026e6661.jpg
Zarina Orucəliyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433632776_538:0:1868:1330_100x100_80_0_0_e571cb6b859e0a5028362c53026e6661.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42404/19/424041960_168:0:2899:2048_1920x0_80_0_0_bdc1aa55924bc25e75adce17ceeb2cf2.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zarina Orucəliyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433632776_538:0:1868:1330_100x100_80_0_0_e571cb6b859e0a5028362c53026e6661.jpg
hotel, rusiya, turist
Ekspert Azərbaycan hotellərində niyə "hər şey daxil" sisteminin olmadığını izah edib
"Hər şey daxil" sistemi çərçivəsində xidmətlər kompleksi turistlərin qısa qəbul mövsümünə yönəlmiş yerli hotellər üçün sərfəli deyil.
BAKI, 20 iyul — Sputnik. Azərbaycan hotellərində "hər şey daxil" sistemi maliyyə cəhətdən özünü doğrultmur. Bunu Respublika Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri Samir Dübəndi Sputnik Azərbaycan-a deyib.
Qeyd edək ki, bu yaxınlarda Rusiya Turoperatorları Assosiasiyası rusiyalıların Azərbaycana turlara marağının artmasına diqqət çəkib - artım ötən illə müqayisədə təxminən 20-25% təşkil edib. Bu da gözlənilən idi, çünki ölkə hakimiyyəti mart ayında covid məhdudiyyətlərini ləğv etdiyi üçün aviabiletlər ucuzlaşıb.
Azərbaycanda "Hər şey daxil" sistemi olan hotellərin olmaması "FUN&SUN" ekspertləri tərəfindən qeyd edilib. Mütəxəssislər qeyd bildrirlər ki, rusiyalı turistlər Türkiyə və Misirdəki xidmətdən sonra məhz bu cür xidmətlərdən yararlanmaq istəyirlər.
"Hələ 2017-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev "Azərbaycan Respublikasında çimərlik turizminin inkişafına dair 2017-2020-ci illər üçün Tədbirlər Planı"nın təsdiq edilməsi haqqında sərəncam imzalasa da, biz çimərlik turizminin inkişafına diqqət yetirməmişik". Təəssüf ki, bu istiqamətdə icra strukturları ciddi müsbət dəyişikliklərə nail ola bilməyiblər", - deyə Dübəndi bildirib.
O qeyd edib ki, Abşeron yarımadasında, Nabranda, Lənkəranda və Astarada çimərlik hotelləri açılıb, lakin onun sözlərinə görə, bu illər ərzində daha çox iş görülə bilərdi.
"Bu, həm çimərliklərin ekoloji standartlara uyğunlaşdırılması, həm də sahil zolağında yığılmış zibil və istehsal müəssisələrinin tullantılarından təmizlənməsi, dəniz səyahətləri üçün yaxta klublarının və müvafiq infrastrukturun yaradılması və s.", - deyə assosiasiya rəhbəri izah edib.
Onun sözlərinə görə, digər tərəfdən yay fəsli, ya da necə deyərlər, çimərlik mövsümü Türkiyədə, Kiprdə, Misirdə və digər ölkələrdə olduğu kimi Azərbaycanda da uzun sürmür. Hotellər bu cür istirahətə yönəlmiş ölkələrdə olduğu kimi çox sayda turisti qəbul etmir və buna görə də "Hər şey daxil" sistemi özünü doğrultmur.
"Fikrimcə, başqa bir vacib məsələyə də toxunmaq lazımdır. "Hər şey daxil" sistemi hətta bu məsələdə qanunverici olan ölkələrdə də köhnəlir. Müasir turistlər daha çox fərdi, eksklüziv təəssüratlar almağa, o cümlədən yerli mətbəxlə tanış olmağa çalışırlar. Beləliklə, "Hər şey daxil" darıxdırıcı və monoton mənzərəyə çevrilir", - deyə Dübəndi fikrini tamamlayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.