CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

DSX "Sputnik Azərbaycan"ı Milli Mətbuat Günü münasibətilə mükafatlandırdı

© Photo : AZERTAGDövlət Sərhəd Xidməti Aparatında tədbir keçirilib
Dövlət Sərhəd Xidməti Aparatında tədbir keçirilib - Sputnik Azərbaycan, 1920, 20.07.2023
Abunə olmaq
Milli Mətbuat Günü münasibətilə Dövlət Sərhəd Xidməti Aparatında tədbir keçirilib.
BAKI, 20 iyul - Sputnik. Dövlət Sərhəd Xidməti (DSX) Aparatında 22 İyul - Milli Mətbuat Günü münasibətilə tədbir keçirilib. Tədbir iştirakçılarına Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin Milli Mətbuat Günü münasibətilə təbriki çatdırılıb.
Daha sonra DSX-nin struktur qurumlarının xidməti-döyüş fəaliyyətinin təşkili, dövlət sərhədlərinin etibarlı mühafizəsinin təmin olunması üzrə həyata keçirilən fəaliyyətlər barədə ictimaiyyətin operativ məlumatlandırılması, gənclər arasında hərbi vətənpərvərliyin yüksəldilməsi, sərhədçi peşəsinin təbliği sahəsində kütləvi informasiya vasitələri ilə əməkdaşlığın xüsusi rolu vurğulanıb.
Dövlət Sərhəd Xidmətinin kütləvi informasiya vasitələri ilə əlaqələrinin inkişafından məmnunluq ifadə edilib, faydalı əməkdaşlığın bundan sonra da uğurla davam edəcəyinə əminlik bildirilib.
Sonda Dövlət Sərhəd Xidməti rəisinin əmrinə əsasən mətbuat sahəsində əməkdaşlığa verdiyi töhfələrə görə KİV nümayəndələrinin bir qrupu medal və fəqri fərmanlarla təltif edilib.
"Sputnik Azərbaycan" Beynəlxalq İnformasiya Agentliyi də Dövlət Sərhəd Xidməti ilə faydalı əməkdaşlığın inkişafı və DSX-nin sərhəd mühafizə orqanlarının xidməti-döyüş fəaliyyəti haqqında ictimaiyyətin məlumatlandırılmasında xidmətlətinə görə fəxri fərmanla təltif olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0