https://sputnik.az/20230720/dm-islamsunasliq-ixtisasina-qebul-olmaq-isteyen-abituriyentlere-muraciet-edib-456963051.html
DİM islamşünaslıq ixtisasına qəbul olmaq istəyən abituriyentlərə müraciət edib
DİM islamşünaslıq ixtisasına qəbul olmaq istəyən abituriyentlərə müraciət edib
Sputnik Azərbaycan
Müsahibədə abituriyentin dünyagörüşü və dini bilikləri, dini baxışlar və dünyəvilik anlayışı, psixoloji parametrlərinin islamşünaslıq ixtisasına uyğunluğu... 20.07.2023, Sputnik Azərbaycan
2023-07-20T10:23+0400
2023-07-20T10:23+0400
2023-07-20T10:23+0400
təhsil
dövlət imtahan mərkəzi
din
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/0a/447272796_0:0:2661:1497_1920x0_80_0_0_3ea564d3a5dcfae7bc85b7dcb3c9deee.jpg
BAKI, 20 iyul — Sputnik. İslamşünaslıq ixtisasına qəbul olmaq istəyən abituriyentlər müsahibədə iştirak etmək üçün iyulun 20–24-də link vasitəsilə Dini Psixoloji Komissiya (DPK) üzrə qeydiyyatdan keçməlidirlər. Bu barədə Dövlət İmtahan Mərkəzindən verilən məlumatda bildirilib, qeyd olunub ki, islamşünaslıq ixtisası üzrə DPK Bakıda fəaliyyət göstərəcək. Müsahibədə abituriyentin dünyagörüşü və dini bilikləri, dini baxışlar və dünyəvilik anlayışı, psixoloji parametrlərinin islamşünaslıq ixtisasına uyğunluğu, tolerantlıq və multikulturalizm təsəvvürləri yoxlanılır. Müsahibədən uğurla keçən abituriyentlər ixtisas seçimi zamanı III ixtisas qrupuna aid digər ixtisaslarla yanaşı, Azərbaycan İlahiyyat İnstitutunun islamşünaslıq ixtisasını da seçə bilərlər. DPK-nın tərkibinə ilahiyyat sahəsi üzrə mütəxəssislər, ekspertlər və DİM-in əməkdaşları daxil edilirlər. Qeyd edək ki, müsahibədə III ixtisas qrupunu seçmiş və müsabiqə şərtlərinə əsasən ümumi balı 150, o cümlədən qəbul imtahanının II mərhələsi üzrə minimum 50 bal toplamış abituriyentlər iştirak edə bilərlər (II cəhd qəbul imtahanının nəticələrinə görə müsabiqə şərtini ödəyən abituriyentlər nəticələr məlum olduqdan sonra qeydiyyatdan keçə bilərlər).Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/0a/447272796_0:0:2661:1995_1920x0_80_0_0_00746dcc0f64a9e0045ccb4b060d6779.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
dövlət imtahan mərkəzi, din
dövlət imtahan mərkəzi, din
DİM islamşünaslıq ixtisasına qəbul olmaq istəyən abituriyentlərə müraciət edib
Müsahibədə abituriyentin dünyagörüşü və dini bilikləri, dini baxışlar və dünyəvilik anlayışı, psixoloji parametrlərinin islamşünaslıq ixtisasına uyğunluğu, tolerantlıq və multikulturalizm təsəvvürləri yoxlanılır.
BAKI, 20 iyul — Sputnik. İslamşünaslıq ixtisasına qəbul olmaq istəyən abituriyentlər müsahibədə iştirak etmək üçün iyulun 20–24-də link vasitəsilə Dini Psixoloji Komissiya (DPK) üzrə qeydiyyatdan keçməlidirlər.
Bu barədə Dövlət İmtahan Mərkəzindən verilən məlumatda bildirilib, qeyd olunub ki, islamşünaslıq ixtisası üzrə DPK Bakıda fəaliyyət göstərəcək.
Müsahibədə abituriyentin dünyagörüşü və dini bilikləri, dini baxışlar və dünyəvilik anlayışı, psixoloji parametrlərinin islamşünaslıq ixtisasına uyğunluğu, tolerantlıq və multikulturalizm təsəvvürləri yoxlanılır.
Müsahibədən uğurla keçən abituriyentlər ixtisas seçimi zamanı III ixtisas qrupuna aid digər ixtisaslarla yanaşı, Azərbaycan İlahiyyat İnstitutunun islamşünaslıq ixtisasını da seçə bilərlər.
DPK-nın tərkibinə ilahiyyat sahəsi üzrə mütəxəssislər, ekspertlər və DİM-in əməkdaşları daxil edilirlər.
Qeyd edək ki, müsahibədə III ixtisas qrupunu seçmiş və müsabiqə şərtlərinə əsasən ümumi balı 150, o cümlədən qəbul imtahanının II mərhələsi üzrə minimum 50 bal toplamış abituriyentlər iştirak edə bilərlər (II cəhd qəbul imtahanının nəticələrinə görə müsabiqə şərtini ödəyən abituriyentlər nəticələr məlum olduqdan sonra qeydiyyatdan keçə bilərlər).
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.