Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Bu gündən təhsil tələbə krediti müraciətlərinə başlanılır

© Photo : REPORTTələbə
Tələbə - Sputnik Azərbaycan, 1920, 20.07.2023
Abunə olmaq
İkinci və daha yuxarı kurslarda təhsil alan tələbələr kredit üçün müraciət edə biləcəklər.
BAKI, 20 iyul — Sputnik. Bu gün saat 12:00-dan etibarən 2023-2024-cü ilin payız semestri üzrə təhsil tələbə krediti müraciətlərinə başlanılır.
Bu barədə Təhsil Tələbə Krediti Fondundan verilən məlumatda bildirilib. Qeyd olunub ki, ikinci və daha yuxarı kurslarda təhsil alan tələbələr kredit üçün müraciət edə biləcəklər.
Magistratura səviyyəsi üzrə isə yeni qəbul olmuş tələbələr üçün qeydiyyat yaxın günlərdə başlayacaq və həmin tələbələrin təhsil tələbə krediti üçün müraciət imkanı olacaq.
Bakalavr və subbakalavr təhsil səviyyəsi üzrə qəbul olan tələbələr ixtisas seçimi etdikdən sonra təhsil müəssisəsinin qeydiyyatı zamanı paralel olaraq təhsil tələbə krediti müraciətlərini göndərə biləcəklər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0