CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda harada avtomobil saxlamaq pullu olacaq? Ödənişli parklanma zonaları açıqlandı

© Sputnik / Zulfiyya GuluyevaBakını mərkəzində parklanmış avtomobillər
Bakını mərkəzində parklanmış avtomobillər - Sputnik Azərbaycan, 1920, 20.07.2023
Abunə olmaq
AYNA bəyan edib ki, mövcud olan və müvafiq yol nişanları ilə təmin edilən bütün küçə parklanma yerləri dövlətə məxsusdur.
BAKI, 20 iyul — Sputnik. Bakıda şəhər mərkəzi ilə kənar yaşayış məntəqələrində yerləşən parklanma yerlərinə görə qiymətlərin diversifikasiyası həyata keçirilib. Bakı şəhəri üzrə 4 parklanma zonası müəyyən edilib və ödənişlər hər zonaya uyğun tətbiq edilir. Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.
Qeyd edək ki, Nazirlər Kabinetinin iyunun 25-də təsdiq etdiyi "Nəqliyyat vasitələrinin parklanmasına görə ödənişin məbləği" yalnız dövlətə məxsus parkinqlərdə qüvvədə olacaq.
Hökumətin qərarı dövlət avtomobil yollarının tərkibinə daxil olan küçələrdəki parkinqlərə aiddir.
Hazırda küçə və yollarda Bakı Nəqliyyat Agentliyinin quraşdırdığı bildirişlər parklanma yerlərinin dövlətə məxsus olduğunu bildirir. Yəni, mövcud olan və müvafiq yol nişanları ilə təmin edilən bütün küçə parklanma yerləri dövlətə məxsusdur. Özəl və küçədənkənar parklanma yerlərinin idarə olunması, ödəniş məbləği və digər qaydalarla bağlı qərarları mülkiyyətçinin özü qəbul edəcək.
"Yol hərəkəti haqqında" Qanuna əsasən, ödənişli parklanma yerlərində nəqliyyat vasitələrinin 15 dəqiqəyədək parklanması üçün ödəniş tələb olunmur. Nəqliyyat vasitəsi 15 dəqiqədən artıq parklanarsa, ödəniş tam məbləğdə hesablanır.
Nəqliyyat vasitələrinin parklanması üçün saat 22:00-dan saat 07:00-a qədər, eləcə də həftənin bazar günləri ödəniş tələb olunmur. Ödənişli parklanma yalnız parklanmanın sıxlığa səbəb olduğu və əlçatanlığın təmin edilmədiyi ərazilərdə tətbiq ediləcək.
Şəhərin hansısa hissəsində parkinqə olan tələbat azdırsa, bu ərazidə qiymət tənzimlənməsi tətbiq edilməyəcək. Bakı, Sumqayıt Gəncədən başqa digər yerlərdə parklanma ödənişsiz olacaq!
* Meta-nın (Facebook və Instagram sosial şəbəkələri) fəaliyyəti Rusiyada ekstremist kimi qadağan edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0