Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Azərbaycanlı kaskadyor Özbəkistana filmə dəvət olunub

© Photo : Azərbaycan Kinematoqrafçılar İttifaqıƏli Məmmədov
Əli Məmmədov - Sputnik Azərbaycan, 1920, 20.07.2023
Abunə olmaq
"Üç qəhrəman" bədii filminin avtomobil tryuklarının quruluşçusu və icraçısı Əli Məmmədovdur. Digər kaskadyorlar isə Əhməd Cəfərov, Fərid İbrahimov, Ağababa Fətullayev və Vuqar Xudaverdiyevdir.
BAKI, 20 iyul — Sputnik. Azərbaycan Kaskadyorlar Assosiasiyasının sədri, Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü, Əməkdar mədəniyyət işçisi Əli Məmmədov Özbəkistanın istehsal etdiyi "Üç qəhrəman" adlı tammetrajlı bədii filmə dəvət olunub.
Ə.Məmmədov Özbəkistanda dövlət sifarişi ilə çəkilən "Üç qəhrəman" filminin "Spectre" kinostudiyasında istehsal olunduğunu bildirib.
Əməkdar mədəniyyət işçisi qeyd edib ki, kaskadyor qrupu ilə birgə Özbəkistanda filmin çəkilişlərinə başlanılıb:

"Filmdə Qazaxıstanın peşəkar kaskadyor qrupu ilə birgə çalışırıq, burada Azərbaycanı təmsil edirik. Filmin böyük səhnələri daxil olmaqla, bir çox səhnələrində Qazaxıstanın peşəkar kaskadyorları iştirak edir. Hələlik hazırlıq mərhələsindəyik. Bir neçə gün sonra çəkilişlərə start veriləcək".

Onun sözlərinə görə, filmin süjeti üç qəhrəman üzərində qurulub, onlardan ikisi polis işçisidir. Şəhərdə cinayət dəstəsi yeni bir hadisə törətməyi planlaşdırır. Böyük bir yük maşınına bütün qurğular qurulub və həmin maşın şəhərdə sürətlə hərəkət edir. Polislər həmin plandan xəbərdardır və partlayışın baş verməməsi üçün yük maşınını şəhərdən uzaqlaşdırmaq istəyirlər.
Ə.Məmmədov onu da qeyd edir ki, məhz həmin səhnələrdə maşınların sürətli yol qət etməsi, polis postunu dağıtması, yük maşınının polis maşınına çırpılması və s. məqamları bizim qrup film üçün qurur.
Filmdəki döyüş və atışma səhnələrinə isə Qazaxıstan kaskadyorları çəkilir. "Üç qəhrəman" bədii filminin avtomobil tryuklarının quruluşçusu və icraçısı Əli Məmmədovdur. Digər kaskadyorlar isə Əhməd Cəfərov, Fərid İbrahimov, Ağababa Fətullayev və Vuqar Xudaverdiyevdir.
Əli Məmmədov kimdir?
Əli Məmmədov 1989-cu ildə usta rəssam ixtisası üzrə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasına cizgi filmləri sexinə təyinat alıb. Qırğızıstanda yerləşən kaskadyorlar assosiasiyasında təlimlərdən qayıtdıqdan sonra "Azərbaycanfilm"-də trüklərin quruluşçusu və kaskadyor kimi filmlərdə çalışmağa başlayıb. Əli Məmmədov Azərbaycan filmləri ilə yanaşı "Silah" (Rusiya, Tacikistan, serial, 2007), "Dənizçi" (Rusiya, 2007), Jurnalist (Rusiya, serial, 2006), "Tələbə" (Rusiya, 2005), "Qraf Krestofski" (Rusiya, 2002, serial), "Dronqo" (Rusiya, 2001, serial), "Məleykələr" (İran, 1990) adlı Amerika, Rusiya, İran, Tacikistan və Fransa filmlərində, həmçinin də bir çox musiqi kliplərində, reklamlarda trük quruluşçusu və ifaçısı olub. Azərbaycan Kaskadyorlar Assosiasiyasının sədridir. Əli Məmmədov 30-dan çox filmdə çəkilib. Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 30 iyul tarixli Sərəncamına əsasən "Azərbaycan Respbulikasının əməkdar incəsənət xadimi" fəxri adına layiq görülüb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0