CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

AZAL Səudiyyə Ərəbistanının daha iki şəhərinə uçuşlara başlayır

© Photo : AZALAZAL
AZAL  - Sputnik Azərbaycan, 1920, 20.07.2023
Abunə olmaq
Hazırda AZAL Səudiyyə Ərəbistanının Ciddə və Mədinə şəhərlərinə də uçuşlar yerinə yetirir.
BAKI, 20 iyul — Sputnik. "Azərbaycan Hava Yolları" QSC (AZAL) bu ilin sentyabr ayından etibarən Bakıdan Səudiyyə Ərəbistanın iki şəhərinə uçuşlar yerinə yetirməyə başlayacaq. Bu barədə AZAL-dan bildirilib.
Məlumata görə, sentyabrın 15-dən Bakı-Ər-Riyad-Bakı marşrutu üzrə reyslər çərşənbə və şənbə günləri, Bakı-Dammam-Bakı marşrutu üzrə reyslər isə bazar ertəsi və cümə günləri həyata keçiriləcək.
Hazırda AZAL Səudiyyə Ərəbistanının CiddəMədinə şəhərlərinə də uçuşlar yerinə yetirir.
Uçuş cədvəli ilə tam şəkildə aviaşirkətin rəsmi saytında tanış olmaq mümkündür. Reyslərə aviabiletləri "Azərbaycan Hava Yolları" aviaşirkətinin saytından, mobil tətbiqdə, həmçinin aviaşirkətin akkreditə olunmuş agentliklərində əldə etmək olar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0