DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Avropada ilk dəfə elektromobillərin satışı dizellə işləyən avtomobilləri qabaqlayıb

© topcars.ruAston Martin elektromobil
Aston Martin elektromobil - Sputnik Azərbaycan, 1920, 20.07.2023
Abunə olmaq
İyun ayında akkumulyatorla işləyən elektrik avtomobillərinin bazar payı bir ildə 10,7%-dən 15,1%-ə yüksələrək ilk dəfə dizellə işləyən avtomobilləri ötüb.
BAKI, 20 iyul — Sputnik. Avropada ilk dəfə olaraq elektrik avtomobilləri satış həcminə görə dizellə işləyən avtomobilləri ötüb.
Avropa Avtomobil İstehsalçıları Assosiasiyasının (ACEA) rəsmi saytında 19 ayul tarixində dərc olunan iyun ayı üçün məlumatlara əsasən bu qənaətə gəlmək olar.
"İyun ayında akkumulyatorla işləyən elektrik avtomobillərinin bazar payı 10,7%-dən (2022-ci ilin iyun ayı) 15,1%-ə (2023-cü ilin iyun ayı) yüksələrək ilk dəfə dizellə işləyən avtomobilləri ötüb", - Assosiasiyanın saytında belə deyilir.
Elektrikli avtomobillərin satışında ən böyük artım Niderlandda (+90,1%), Almaniyada (+64,4%) və Fransada (+52%) qeydə alınıb. Avropada qeydiyyatdan keçmiş elektrik avtomobillərinin ümumi sayı 158252 ədəd olub.
"Akkumulyatorla işləyən elektrik avtomobilləri yeni avtomobillərin alıcıları arasında üçüncü ən populyar seçim olub", - deyə assosiasiya qeyd edib.
Avropada satışda birinci yeri benzin mühərrikli avtomobillər (bazarın 36,3 faizi), ikinci yeri hibrid modellər (24,3 faiz) tutur.
Assosiasiya Avropada avtomobil satışlarının əhəmiyyətli dərəcədə artdığını qeyd edib. İyun ayında Aİ-nin avtomobil bazarı 17,8% - bir milyon qeydə alınmış vahidə qədər artıb.
Avropalı avtomobil istehsalçıları bu artımı regionun avtomobil komponentlərinin çatışmazlığı səbəbindən yaranan aşağı göstəricilərdən sonra regionun bərpası ilə əlaqələndirirlər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0