DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

ABŞ-də tornado "Pfizer"in zavodunu dağıdıb

© pixabay / 0fjd125gk87tornado
tornado  - Sputnik Azərbaycan, 1920, 20.07.2023
Abunə olmaq
Tornado Şimali Karolinada daha bir neçə binaya ciddi ziyan vurub, bəzi avtomobil yollarında hərəkət mümkünsüz hala gəlib.
BAKI, 20 iyul — Sputnik. ABŞ-nin Şimali Karolina ştatında tornado "Pfizer"in əczaçılıq zavoduna ciddi ziyan vurub.
Şirkətdən verilən məlumata görə, zavodda işçilər arasında xəsarət alan olmasa da, ümumilikdə təbii fəlakət nəticəsində 4 nəfər xəsarət alıb. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.
Tornado Şimali Karolinada daha bir neçə binaya ciddi ziyan vurub, bəzi avtomobil yollarında hərəkət mümkünsüz hala gəlib. Həmçinin dövlətlərarası avtomobil yolu bağlanıb.
ABŞ Milli Meteoroloji Xidmətinin məlumatına görə, tornadonun sürəti 217 km/saata çatıb (Report).
Qeyd edək ki, bir neçə gün öncə Pfizer şirkəti ilə Azərbaycan Səhiyyə Nazirliyi arasında əməkdaşlıq müzakirə edilib.
Xatırladaq ki, "Pfizer-BioNTech" COVID-19 vaksini Alman biotexnologiya şirkəti "BioNTech" tərəfindən hazırlanmış mRNA əsaslı bir COVID-19 vaksindir. Vaksinin hazırlanması üçün BioNTech Amerikan şirkəti Pfizer ilə klinik təcrübələr, lojistik və istehsal üzrə əməkdaşlıq edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0