DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Ukraynanın xarici ticarətində 11 milyard dollar defisit yaranıb

© JOE RAEDLE / Getty Images via AFPdollar
dollar  - Sputnik Azərbaycan, 1920, 19.07.2023
Abunə olmaq
2023-cü ilin ilk yarısında Çinlə Ukrayna arasında ticarət dövriyyəsi 31,2 faiz azalaraq 3,84 milyard dollara enib.
BAKI, 19 iyul — Sputnik. 2023-cü ilin yanvar-iyun aylarında Ukrayna 30,4 milyard dollarlıq idxal və 19,4 milyard dollarlıq ixrac əməliyyatı həyata keçirib. Beləliklə, ölkənin xarici ticarətində 11 milyard dollar defisit yaranıb.
Ukrayna Dövlət Gömrük İdarəsinin məlumatına görə, idxal məbləğinin 8,9 milyard dolları maşın, avadanlıq və nəqliyyat vasitələri təşkil edib. Bundan başqa, ölkəyə 5,8 milyard dollarlıq yanacaq və enerji, 5,5 milyard dollarlıq kimya sənayesi məhsulu idxal olunub. Ukrayna əsas tədarükçüləri olan Çindən 4,7 milyard, Polşadan 3,2 milyard və Türkiyədən 2,4 milyard dollarlıq məhsul alıb.
Ukraynanın əsas ixracı isə ərzaq məhsulundan ibarət olub (11,7 milyard dollar). Kiyev, həmçinin 2,1 milyard dollarlıq metal və metal məmulatları və 1,6 milyard dollarlıq maşın və avadanlıq ixrac edib. Ukrayna əsas ixrac istiqamətləri olan Polşaya 2,7 milyard dollarlıq, Rumıniyaya 1,9 milyard dollarlıq, Çinə isə 1,6 milyard dollar mal göndərib.
2023-cü ilin ilk yarısında Çinlə Ukrayna arasında ticarət dövriyyəsi 31,2 faiz azalaraq 3,84 milyard dollara enib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0