https://sputnik.az/20230719/turkiye-hokumeti-stanbulda-bas-vermesi-gozlenilen-dagidici-zelzeleye-hazirlasir-456944598.html
Türkiyə hökuməti İstanbulda baş verməsi gözlənilən dağıdıcı zəlzələyə hazırlaşır
Türkiyə hökuməti İstanbulda baş verməsi gözlənilən dağıdıcı zəlzələyə hazırlaşır
Sputnik Azərbaycan
Türkiyəli seysmoloq Naci Göryur 17 milyon əhalinin yaşadığı şəhərin yerləşdiyi Mərmərə dənizi bölgəsində 7,2-7,6 bal gücündə yeraltı təkanlar proqnozlaşdırıb. 19.07.2023, Sputnik Azərbaycan
2023-07-19T15:10+0400
2023-07-19T15:10+0400
2023-07-19T15:10+0400
türkiyə
dünya xəbərləri
zəlzələ
istanbul
istanbulda zəlzələ
https://cdnn1.img.sputnik.az/img/07e7/07/13/456944430_0:142:1992:1263_1920x0_80_0_0_2cfab948805de2a3fc88df99ca3f34a6.jpg
BAKI, 19 iyul — Sputnik. Türkiyə hökuməti İstanbulu seysmoloqların xəbərdarlıq etdiyi mümkün dağıdıcı zəlzələ üçün hazırlamağa başlamaq niyyətindədir. Bu barədə Türkiyənin ekologiya və şəhərsalma naziri Mehmet Özhaseki bildirib. "Biz İstanbulda baş verə biləcək zəlzələ ilə bağlı İstanbul Bələdiyyə Başçısı Əkrəm İmamoğlu və şəhərin rayon rəhbərləri ilə görüşdük, prinsipial razılığa gəldik. Gələn həftə təbii fəlakətə hazırlıq üçün işə başlayırıq" - nazir deyib. Nazirin sözlərinə görə, İstanbul seysmik təhlükəlilik baxımından dünyanın ən riskli on şəhərləri sırasındadır: "Zəlzələ təhlükəsi siyasətdən kənar bir mövzudur. Bir saniyə də itirə bilmərik. İstanbulda 5 milyon 800 min xüsusi bina var. Bunlardan 1,5 milyonu risk zonasında, 600 mini isə yüksək risk zonasında yerləşir". İyulun 12-də türkiyəli seysmoloq Naci Göryur 17 milyon əhalinin yaşadığı şəhərin yerləşdiyi Mərmərə dənizi bölgəsində 7,2-7,6 bal gücündə yeraltı təkanlar proqnozlaşdırıb. Bundan əvvəl seysmoloqlar Anadolu və Avrasiya tektonik plitələrinin qovşağında yerləşən İstanbul bölgəsində güclü zəlzələnin baş verə biləcəyi ilə bağlı dəfələrlə xəbərdarlıq ediblər. Onlar hesab edirlər ki, belə yeraltı təkanlarla 90 minə yaxın bina dərhal çökəcək, 260 mini zədələnərək yaşayış üçün yararsız hala düşəcək, 4,5 milyon şəhər sakini müvəqqəti sığınacaqlara ehtiyac duyacaq. Fevral ayında Türkiyənin cənub-şərqində 50 mindən çox insanın ölümünə səbəb olan zəlzələlərdən sonra yerli hakimiyyət İstanbulda ən azı 1,5 milyon evin köçürülməsi zərurəti barədə danışmağa başlayıb. Bu məqsədlə onun Avropa və Asiya hissələrində hər biri 500 min nəfər üçün nəzərdə tutulmuş peyk şəhərlərin yaradılması planlaşdırılır. 1999-cu ilin avqustunda İstanbulda 7,6 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri İstanbuldan 80 km aralıda yerləşən İzmit şəhərində olub. Mərmərə dənizində baş verən zəlzələ nəticəsində sunami yaranıb. Rəsmi məlumatlara görə, o zaman 17,2 min nəfər, qeyri-rəsmi məlumatlara görə isə 40 min nəfər ölüb, daha 45 min nəfər yaralanıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/07/13/456944430_60:0:1932:1404_1920x0_80_0_0_be780ce8b4c9e31f31850ec7a2d9463b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
türkiyə, zəlzələ, istanbul, istanbulda zəlzələ
türkiyə, zəlzələ, istanbul, istanbulda zəlzələ
Türkiyə hökuməti İstanbulda baş verməsi gözlənilən dağıdıcı zəlzələyə hazırlaşır
Türkiyəli seysmoloq Naci Göryur 17 milyon əhalinin yaşadığı şəhərin yerləşdiyi Mərmərə dənizi bölgəsində 7,2-7,6 bal gücündə yeraltı təkanlar proqnozlaşdırıb.
BAKI, 19 iyul — Sputnik. Türkiyə hökuməti İstanbulu seysmoloqların xəbərdarlıq etdiyi mümkün dağıdıcı zəlzələ üçün hazırlamağa başlamaq niyyətindədir. Bu barədə Türkiyənin ekologiya və şəhərsalma naziri Mehmet Özhaseki bildirib.
"Biz İstanbulda baş verə biləcək zəlzələ ilə bağlı İstanbul Bələdiyyə Başçısı Əkrəm İmamoğlu və şəhərin rayon rəhbərləri ilə görüşdük, prinsipial razılığa gəldik. Gələn həftə təbii fəlakətə hazırlıq üçün işə başlayırıq" - nazir deyib.
Nazirin sözlərinə görə, İstanbul seysmik təhlükəlilik baxımından dünyanın ən riskli on şəhərləri sırasındadır:
"Zəlzələ təhlükəsi siyasətdən kənar bir mövzudur. Bir saniyə də itirə bilmərik. İstanbulda 5 milyon 800 min xüsusi bina var. Bunlardan 1,5 milyonu risk zonasında, 600 mini isə yüksək risk zonasında yerləşir".
İyulun 12-də türkiyəli seysmoloq Naci Göryur 17 milyon əhalinin yaşadığı şəhərin yerləşdiyi Mərmərə dənizi bölgəsində 7,2-7,6 bal gücündə yeraltı təkanlar proqnozlaşdırıb. Bundan əvvəl seysmoloqlar Anadolu və Avrasiya tektonik plitələrinin qovşağında yerləşən İstanbul bölgəsində güclü zəlzələnin baş verə biləcəyi ilə bağlı dəfələrlə xəbərdarlıq ediblər. Onlar hesab edirlər ki, belə yeraltı təkanlarla 90 minə yaxın bina dərhal çökəcək, 260 mini zədələnərək yaşayış üçün yararsız hala düşəcək, 4,5 milyon şəhər sakini müvəqqəti sığınacaqlara ehtiyac duyacaq.
Fevral ayında Türkiyənin cənub-şərqində 50 mindən çox insanın ölümünə səbəb olan zəlzələlərdən sonra yerli hakimiyyət İstanbulda ən azı 1,5 milyon evin köçürülməsi zərurəti barədə danışmağa başlayıb. Bu məqsədlə onun Avropa və Asiya hissələrində hər biri 500 min nəfər üçün nəzərdə tutulmuş peyk şəhərlərin yaradılması planlaşdırılır.
1999-cu ilin avqustunda İstanbulda 7,6 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri İstanbuldan 80 km aralıda yerləşən İzmit şəhərində olub. Mərmərə dənizində baş verən zəlzələ nəticəsində sunami yaranıb. Rəsmi məlumatlara görə, o zaman 17,2 min nəfər, qeyri-rəsmi məlumatlara görə isə 40 min nəfər ölüb, daha 45 min nəfər yaralanıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.