Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Sabahdan təhsil tələbə krediti üzrə müraciətlərin qəbuluna başlanılır

© Sputnik / Murad OrujovАзербайджанские манаты разного номинала
Азербайджанские манаты разного номинала - Sputnik Azərbaycan, 1920, 19.07.2023
Abunə olmaq
Təhsil tələbə krediti Azərbaycanın təhsil müəssisələrində təhsil haqqı xərclərini ödəmək üçün borc verilən pul vəsaitidir.
BAKI, 19 iyul — Sputnik. 20 iyul saat 12:00-dan 2023-2024-cü tədris ilinin payız semestri üçün təhsil tələbə krediti (TTK) üzrə müraciətlərin qəbuluna başlanılır.
Bu barədə Elm və Təhsil Nazirliyindən xəbər verilib.
Qeyd edək ki, təhsil tələbə krediti Azərbaycanın təhsil müəssisələrində təhsil haqqı xərclərini ödəmək üçün Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına müvəkkil bank tərəfindən tələbə ilə bağlanılmış müqaviləyə uyğun olaraq müəyyən müddətə və faizlər ödənilmək şərtilə borc verilən pul vəsaitidir.
Fondun vəsaiti hesabına verilən TTK üzrə tələblər aşağıdakılardır:
-TTK-nin tədrisə tam cəlb olunaraq (fulltime) təhsil müəssisələrində əyani təhsil alan tələbələrə verilməsi;
-TTK-nin təhsilin normativ müddətində hər tədris semestri (yarımil) üçün verilməsi;
-TTK-nin veriləcəyi semestrdən əvvəlki semestr (yarımil) üzrə hər hansı bir fənn (modul) üzrə akademik borcun olmaması;
-TTK üçün girov və zaminliyin tələb olunmaması;
-TTK üzrə əsas borcun və hesablanmış faizlərin hər ay bərabər hissələrlə (annuitet ödənişlər) qaytarılması;
-təhsilin normativ müddətində, güzəşt və möhlət dövründə kreditə faiz hesablanmaması və qaytarılmasının tələb edilməməsi;
-borcalanın ölümü, əmək qabiliyyətinin tam və ya qismən itirilməsi (əlillik) hallarından kreditin həcmindən az olmamaq şərtilə sığortalanması;
-TTK-nin Azərbaycan Respublikasının vətəndaşlarına manatla verilməsi.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0