https://sputnik.az/20230719/ozbekistan-prezidenti-azerbaycana-sefer-edecek-456946247.html
Özbəkistan Prezidenti Azərbaycana səfər edəcək
Özbəkistan Prezidenti Azərbaycana səfər edəcək
Sputnik Azərbaycan
Baş naziri Əli Əsədov ölkəmizdə rəsmi səfərdə olan Özbəkistan Respublikasının Baş naziri Abdulla Aripov ilə görüşüb. 19.07.2023, Sputnik Azərbaycan
2023-07-19T16:00+0400
2023-07-19T16:00+0400
2023-07-19T16:00+0400
şavkat mirziyoyev
cəmiyyət
özbəkistan
transxəzər beynəlxalq nəqliyyat konsorsiumu
əli əsədov
qoşulmama hərəkatı
https://cdnn1.img.sputnik.az/img/07e7/01/18/450996151_0:67:1280:787_1920x0_80_0_0_44367443371edb11bd5b4b7ed981e5bf.jpg
BAKI, 19 iyul — Sputnik. Hazırda hökumətlərin xətti ilə Özbəkistan Prezidentinin Azərbaycana dövlət səfərinə hazırlıq işləri tam sürətlə davam edir.Bu barədə məlumat Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovla ölkəmizdə rəsmi səfərdə olan Özbəkistan Respublikasının Baş naziri Abdulla Aripov arasında keçirilən görüş zamanı verilib. Xatırladaq ki, bu, Şavkat Mirziyoyevin növbəti dəfə Özbəkistan prezidenti seçilməsindən sonra Azərbaycana ilk səfəri olacaq. Bu il 9 iyulda keçirilən prezident seçkiləri nəticəsində Şavkat Mirziyoyev 3-cü dəfə Özbəkistanın prezidenti seçilib.***İyulun 19-da Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ölkəmizdə rəsmi səfərdə olan Özbəkistan Respublikasının Baş naziri Abdulla Aripov ilə görüşüb. Nazirlər Kabinetinin mətbuat xidmətindən bildiriblər ki, əvvəlcə hökumət başçılarının keçirdikləri təkbətək danışıqlarda ikitərəfli gündəliyə daxil olan aktual məsələlər müzakirə edilib. Sonra Baş nazirlərin görüşü iki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə davam edib. Görüş zamanı qeyd olunub ki, iki ölkə arasında ikitərəfli əlaqələrin əsası Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev və Özbəkistanın birinci Prezidenti İslam Kərimov tərəfindən qoyulub. Ulu Öndər Heydər Əliyevin 100 illiyi münasibətilə Özbəkistanda tədbirlərin yüksək səviyyədə təşkilinə görə minnətdarlıq ifadə olunub. Məmnunluq hissi ilə vurğulanıb ki, bu gün dövlət başçıları İlham Əliyev və Şavkat Mirziyoyevin birgə səyləri sayəsində Azərbaycan-Özbəkistan əlaqələri hərtərəfli inkişaf edən strateji tərəfdaşlıq səviyyəsinə çatıb. Tərəflər bildiriblər ki, Azərbaycan və Özbəkistan beynəlxalq təşkilatlar, o cümlədən BMT, MDB, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı çərçivəsində sıx əməkdaşlıq edirlər. Ə.Əsədov Özbəkistana cari ildə Türk Dövlətləri Təşkilatında bu ölkənin sədrliyi dövründə uğurlar diləyib. Qeyd olunub ki, dövlət başçıları arasında qarşılıqlı etimada əsaslanan şəxsi münasibətlər və daimi təmaslar ikitərəfli əlaqələrin möhkəmlənməsində əsas rol oynayır. Bu kontekstdə ötən il çox məhsuldar olub. Azərbaycan Prezidenti üç dəfə Özbəkistana səfər edib. "Sanballı sənədlər paketinin imzalanması ilə əlamətdar olan dövlət səfəri daha mühüm olub. Dövlət başçıları tərəfindən imzalanan strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın inkişafına dair Bəyannamə münasibətlərimizi keyfiyyətcə yeni səviyyəyə yüksəldib", - deyə Ə.Əsədov qeyd edib. Həmçinin Prezident Şavkat Mirziyoyevin cari ilin martında Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə iştirak etmək üçün Azərbaycana səfərinin əhəmiyyəti qeyd olunub. Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpası və inkişafı üzrə aparılan irimiqyaslı işlər haqqında ətraflı məlumat verilib. Bu kontekstdə Özbəkistan Prezidentinin işğaldan azad edilmiş Füzuli şəhərində 960 şagird yerlik məktəbin tikintisi üzrə təşəbbüsünə görə minnətdarlıq ifadə olunub. Tərəflər Azərbaycan ilə Özbəkistan arasında əməkdaşlığa dair Birgə Hökumətlərarası komissiyanın iyulun 18-də Şuşada keçirilən iclasının əhəmiyyətini qeyd ediblər. Onlar ümidvar olduqlarını bildiriblər ki, iclasın yekunlarına dair əldə olunan qərarlar Azərbaycan-Özbəkistan qarşılılıqlı faydalı əməkdaşlığının möhkəmlənməsinə kömək edəcək. Hökumət başçıları,, həmçinin iki ölkə arasında iqtisadi-ticari əməkdaşlığı yüksək qiymətləndirib, 2022-ci ilin yekunlarına dair təxminən 64 faiz artan əmtəə dövriyyəsinin əhəmiyyətli dərəcədə artmasından məmnunluq ifadə ediblər. Tərəflər investisiya qarşılıqlı fəaliyyətinin yaxşı dinamikasını vurğulayıb və dünən Şuşada Azərbaycan-Özbəkistan İnvestisiya Fondunun yaradılması ilə bağlı təsis sənədlərinin imzalanmasının əhəmiyyətini qeyd ediblər. Birgə İnvestisiya Fondunun yaradılması investisiya əməkdaşlığının möhkəmlənməsi üçün əlavə stimul kimi qiymətləndirilib. Özbəkistan tərəfinə Azərbaycanda olan əlverişli investisiya mühiti barədə məlumat verilib. Hökumət başçıları nəqliyyat-tranzit sahəsində əməkdaşlığın perspektivlərini müsbət qiymətləndiriblər. Ötən il iki ölkə arasında yükdaşımaların ümumi həcmi 65 faizdən də çox artıb. Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta dəhliz) əhəmiyyəti xüsusi qeyd olunub. Tərəflər, həmçinin sənaye kooperasiyasını, pambıqçılıq və ipəkçilik sahələrində əməkdaşlığın inkişafının müsbət olduğunu qeyd ediblər. Energetika sahəsində fəal qarşılıqlı fəaliyyətin olduğu vurğulanıb. Ötən il Azərbaycan və Özbəkistan arasında energetika sektorunda əməkdaşlığa dair yol xəritəsi imzalanıb. Baş nazirlər, həmçinin bərpa olunan enerji mənbələri sahəsində yaxşı imkanlar yarandığını bildirib, habelə kənd təsərrüfatı, mədəni-humanitar, təhsil, səhiyyə və digər sahələrdə məhsuldar əməkdaşlıqdan məmnunluq ifadə ediblər. Sonra Birgə Hökumətlərarası Komissiyanın həmsədri, Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov və Özbəkistan Respublikasının investisiyalar, sənaye və ticarət naziri Laziz Kudratov çıxış ediblər.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/01/18/450996151_72:0:1209:853_1920x0_80_0_0_ab05000c05fd31607058ac67b0729a97.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
şavkat mirziyoyev, özbəkistan, transxəzər beynəlxalq nəqliyyat konsorsiumu, əli əsədov, qoşulmama hərəkatı
şavkat mirziyoyev, özbəkistan, transxəzər beynəlxalq nəqliyyat konsorsiumu, əli əsədov, qoşulmama hərəkatı
Özbəkistan Prezidenti Azərbaycana səfər edəcək
Baş naziri Əli Əsədov ölkəmizdə rəsmi səfərdə olan Özbəkistan Respublikasının Baş naziri Abdulla Aripov ilə görüşüb.
BAKI, 19 iyul — Sputnik. Hazırda hökumətlərin xətti ilə Özbəkistan Prezidentinin Azərbaycana dövlət səfərinə hazırlıq işləri tam sürətlə davam edir.
Bu barədə məlumat Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovla ölkəmizdə rəsmi səfərdə olan Özbəkistan Respublikasının Baş naziri Abdulla Aripov arasında keçirilən görüş zamanı verilib.
Xatırladaq ki, bu, Şavkat Mirziyoyevin növbəti dəfə Özbəkistan prezidenti seçilməsindən sonra Azərbaycana ilk səfəri olacaq. Bu il 9 iyulda keçirilən prezident seçkiləri nəticəsində Şavkat Mirziyoyev 3-cü dəfə Özbəkistanın prezidenti seçilib.
İyulun 19-da Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ölkəmizdə rəsmi səfərdə olan Özbəkistan Respublikasının Baş naziri Abdulla Aripov ilə görüşüb.
Nazirlər Kabinetinin mətbuat xidmətindən bildiriblər ki, əvvəlcə hökumət başçılarının keçirdikləri təkbətək danışıqlarda ikitərəfli gündəliyə daxil olan aktual məsələlər müzakirə edilib.
Sonra Baş nazirlərin görüşü iki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə davam edib.
Görüş zamanı qeyd olunub ki, iki ölkə arasında ikitərəfli əlaqələrin əsası Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev və Özbəkistanın birinci Prezidenti İslam Kərimov tərəfindən qoyulub.
Ulu Öndər Heydər Əliyevin 100 illiyi münasibətilə Özbəkistanda tədbirlərin yüksək səviyyədə təşkilinə görə minnətdarlıq ifadə olunub.
Məmnunluq hissi ilə vurğulanıb ki, bu gün dövlət başçıları İlham Əliyev və Şavkat Mirziyoyevin birgə səyləri sayəsində Azərbaycan-Özbəkistan əlaqələri hərtərəfli inkişaf edən strateji tərəfdaşlıq səviyyəsinə çatıb.
Tərəflər bildiriblər ki, Azərbaycan və Özbəkistan beynəlxalq təşkilatlar, o cümlədən BMT, MDB, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı çərçivəsində sıx əməkdaşlıq edirlər.
Ə.Əsədov Özbəkistana cari ildə Türk Dövlətləri Təşkilatında bu ölkənin sədrliyi dövründə uğurlar diləyib.
Qeyd olunub ki, dövlət başçıları arasında qarşılıqlı etimada əsaslanan şəxsi münasibətlər və daimi təmaslar ikitərəfli əlaqələrin möhkəmlənməsində əsas rol oynayır. Bu kontekstdə ötən il çox məhsuldar olub. Azərbaycan Prezidenti üç dəfə Özbəkistana səfər edib.
"Sanballı sənədlər paketinin imzalanması ilə əlamətdar olan dövlət səfəri daha mühüm olub. Dövlət başçıları tərəfindən imzalanan strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın inkişafına dair Bəyannamə münasibətlərimizi keyfiyyətcə yeni səviyyəyə yüksəldib", - deyə Ə.Əsədov qeyd edib.
Həmçinin Prezident Şavkat Mirziyoyevin cari ilin martında Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə iştirak etmək üçün Azərbaycana səfərinin əhəmiyyəti qeyd olunub.
Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpası və inkişafı üzrə aparılan irimiqyaslı işlər haqqında ətraflı məlumat verilib. Bu kontekstdə Özbəkistan Prezidentinin işğaldan azad edilmiş Füzuli şəhərində 960 şagird yerlik məktəbin tikintisi üzrə təşəbbüsünə görə minnətdarlıq ifadə olunub.
Tərəflər Azərbaycan ilə Özbəkistan arasında əməkdaşlığa dair Birgə Hökumətlərarası komissiyanın iyulun 18-də Şuşada keçirilən iclasının əhəmiyyətini qeyd ediblər. Onlar ümidvar olduqlarını bildiriblər ki, iclasın yekunlarına dair əldə olunan qərarlar Azərbaycan-Özbəkistan qarşılılıqlı faydalı əməkdaşlığının möhkəmlənməsinə kömək edəcək.
Hökumət başçıları,, həmçinin iki ölkə arasında iqtisadi-ticari əməkdaşlığı yüksək qiymətləndirib, 2022-ci ilin yekunlarına dair təxminən 64 faiz artan əmtəə dövriyyəsinin əhəmiyyətli dərəcədə artmasından məmnunluq ifadə ediblər.
Tərəflər investisiya qarşılıqlı fəaliyyətinin yaxşı dinamikasını vurğulayıb və dünən Şuşada Azərbaycan-Özbəkistan İnvestisiya Fondunun yaradılması ilə bağlı təsis sənədlərinin imzalanmasının əhəmiyyətini qeyd ediblər. Birgə İnvestisiya Fondunun yaradılması investisiya əməkdaşlığının möhkəmlənməsi üçün əlavə stimul kimi qiymətləndirilib.
Özbəkistan tərəfinə Azərbaycanda olan əlverişli investisiya mühiti barədə məlumat verilib.
Hökumət başçıları nəqliyyat-tranzit sahəsində əməkdaşlığın perspektivlərini müsbət qiymətləndiriblər. Ötən il iki ölkə arasında yükdaşımaların ümumi həcmi 65 faizdən də çox artıb. Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta dəhliz) əhəmiyyəti xüsusi qeyd olunub.
Tərəflər, həmçinin sənaye kooperasiyasını, pambıqçılıq və ipəkçilik sahələrində əməkdaşlığın inkişafının müsbət olduğunu qeyd ediblər.
Energetika sahəsində fəal qarşılıqlı fəaliyyətin olduğu vurğulanıb. Ötən il Azərbaycan və Özbəkistan arasında energetika sektorunda əməkdaşlığa dair yol xəritəsi imzalanıb.
Baş nazirlər, həmçinin bərpa olunan enerji mənbələri sahəsində yaxşı imkanlar yarandığını bildirib, habelə kənd təsərrüfatı, mədəni-humanitar, təhsil, səhiyyə və digər sahələrdə məhsuldar əməkdaşlıqdan məmnunluq ifadə ediblər.
Sonra Birgə Hökumətlərarası Komissiyanın həmsədri, Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov və Özbəkistan Respublikasının investisiyalar, sənaye və ticarət naziri Laziz Kudratov çıxış ediblər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.