Razılaşma çərçivəsində klublar daha bir yoldaşlıq oyunu keçirməyi, həmçinin akademiyalar sahəsində əməkdaşlıq etməyi planlaşdırırlar. 19.07.2023, Sputnik Azərbaycan
Azərbaycanın "Neftçi" futbol klubu Moskvanın "Spartak" klubu ilə əməkdaşlıq edəcək. Moskvada "Spartak" və Bakının "Neftçi" klubları arasındakı yoldaşlıq matçından əvvəl iki klubun əməkdaşlığı haqqında memorandum imzalanıb. Sənədi "Neftçi"nin Prezidenti Kamran Quliyev və "Spartak"ın baş direktoru Oleq Malışev imzalayıb. Razılaşma çərçivəsində Bakıda klublar arasında daha bir yoldaşlıq görüşünün keçirilməsi, eləcə də iki komandanın akademiyaları arasında əməkdaşlıq nəzərdə tutulub. Kamran Quliyev memorandumun hər iki kluba fayda verəcəyinə və iki ölkədə futbolun inkişafına töhfə verəcəyinə ümid etdiyini bildirib. "Əməkdaşlıq təkcə yoldaşlıq oyunlarının keçirilməsinə aid deyil, həm də geniş məsələləri əhatə edir. Biz eyni şəkildə Sankt-Peterburqun "Zenit" klubu ilə işləyəcəyik", - deyə Quliyev qeyd edib. İyulun 18-də keçirilən "Spartak" və "Neftçi" komandaları arasında baş tutan yoldaşlıq görüşünə gəlincə, Moskva klubu 2:0 hesabı ilə qalib gəlib. Ev sahiblərinin heyətində Pavel Melyoşin və Kvinsi Promes fərqləniblər. Xatırladaq ki, bu görüş "Neftçi" üçün Rusiyadakı mövsümlərarası təlim-məşq toplanışı çərçivəsində dördüncü və sonuncu görüş olub. Bu yaxınlarda Adrian Mutunun komandası Sankt-Peterburqda olarkən "Matç TV-nin Kuboku" beynəlxalq yoldaşlıq turnirində iştirak edib və bu turnirdə Sankt-Peterburqun "Zenit" (1:3), Belqradın "Qırmızı Ulduz" (0:4) və İstanbulun "Fənərbaxça" (0:1) klubları ilə üç oyun keçirib. Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Razılaşma çərçivəsində klublar daha bir yoldaşlıq oyunu keçirməyi, həmçinin akademiyalar sahəsində əməkdaşlıq etməyi planlaşdırırlar.
Azərbaycanın "Neftçi" futbol klubu Moskvanın "Spartak" klubu ilə əməkdaşlıq edəcək.
Moskvada "Spartak" və Bakının "Neftçi" klubları arasındakı yoldaşlıq matçından əvvəl iki klubun əməkdaşlığı haqqında memorandum imzalanıb. Sənədi "Neftçi"nin Prezidenti Kamran Quliyev və "Spartak"ın baş direktoru Oleq Malışev imzalayıb. Razılaşma çərçivəsində Bakıda klublar arasında daha bir yoldaşlıq görüşünün keçirilməsi, eləcə də iki komandanın akademiyaları arasında əməkdaşlıq nəzərdə tutulub.
Kamran Quliyev memorandumun hər iki kluba fayda verəcəyinə və iki ölkədə futbolun inkişafına töhfə verəcəyinə ümid etdiyini bildirib.
"Əməkdaşlıq təkcə yoldaşlıq oyunlarının keçirilməsinə aid deyil, həm də geniş məsələləri əhatə edir. Biz eyni şəkildə Sankt-Peterburqun "Zenit" klubu ilə işləyəcəyik", - deyə Quliyev qeyd edib.
"Spartak" FK-nın futbolçusu Anton Zinkovski (mərkəzdə) və "Neftçi" PFK-nın futbolçusu Kelan Lebon (solda) "Spartak" (Moskva, Rusiya) və "Neftçi" (Bakı, Azərbaycan) komandaları arasında keçirilən yoldaşlıq görüşündə.

"Spartak" FK-nın futbolçusu Viktor Mozes (ön planda) və "Neftçi" PFK-nın futbolçusu Mateus Saldanya "Spartak" (Moskva, Rusiya) və "Neftçi" (Bakı, Azərbaycan) komandaları arasında keçirilən yoldaşlıq görüşündə.

"Spartak" FK-nın futbolçusu Kristofer Martins Pereyra (mərkəzdə) və "Neftçi" PFK-nın futbolçusu Eddi İsrafilov "Spartak" (Moskva, Rusiya) və "Neftçi" (Bakı, Azərbaycan) komandaları arasında keçirilən yoldaşlıq oyunu öncəsi meydana çıxıblar.

"Spartak" FK-nın baş məşqçisi Gilyermo Abaskal "Spartak" (Moskva, Rusiya) və "Neftçi" (Bakı, Azərbaycan) komandaları arasında keçirilən yoldaşlıq oyununda.
"Spartak" FK-nın baş məşqçisi Gilyermo Abaskal "Spartak" (Moskva, Rusiya) və "Neftçi" (Bakı, Azərbaycan) komandaları arasında keçirilən yoldaşlıq oyununda.
"Spartak" FK-nın futbolçuları "Spartak" (Moskva, Rusiya) və "Neftçi" (Bakı, Azərbaycan) komandaları arasında keçirilən yoldaşlıq oyununda vurulan qolu sevinclə qeyd ediblər.
"Spartak" FK-nın futbolçuları "Spartak" (Moskva, Rusiya) və "Neftçi" (Bakı, Azərbaycan) komandaları arasında keçirilən yoldaşlıq oyununda vurulan qolu sevinclə qeyd ediblər.
"Spartak" FK-nın futbolçusu Viktor Mozes (solda) və "Neftçi" PFK-nın futbolçusu Eddi İsrafilov "Spartak" (Moskva, Rusiya) və "Neftçi" (Bakı, Azərbaycan) komandaları arasında keçirilən yoldaşlıq görüşündə.

"Neftçi" PFK-nın baş məşqçisi Adrian Mutu "Spartak" (Moskva, Rusiya) və "Neftçi" (Bakı, Azərbaycan) komandaları arasında keçirilən yoldaşlıq görüşündə.
"Neftçi" PFK-nın baş məşqçisi Adrian Mutu "Spartak" (Moskva, Rusiya) və "Neftçi" (Bakı, Azərbaycan) komandaları arasında keçirilən yoldaşlıq görüşündə.
"Spartak" FK-nın futbolçusu Ruslan Litvinov (solda) və "Neftçi" PFK-nın futbolçusu Mateus Saldanya "Spartak" (Moskva, Rusiya) və "Neftçi" (Bakı, Azərbaycan) komandaları arasında keçirilən yoldaşlıq görüşündə.

İyulun 18-də keçirilən "Spartak" və "Neftçi" komandaları arasında baş tutan yoldaşlıq görüşünə gəlincə, Moskva klubu 2:0 hesabı ilə qalib gəlib. Ev sahiblərinin heyətində Pavel Melyoşin və Kvinsi Promes fərqləniblər.
Xatırladaq ki, bu görüş "Neftçi" üçün Rusiyadakı mövsümlərarası təlim-məşq toplanışı çərçivəsində dördüncü və sonuncu görüş olub. Bu yaxınlarda Adrian Mutunun komandası Sankt-Peterburqda olarkən "Matç TV-nin Kuboku" beynəlxalq yoldaşlıq turnirində iştirak edib və bu turnirdə Sankt-Peterburqun "Zenit" (1:3), Belqradın "Qırmızı Ulduz" (0:4) və İstanbulun "Fənərbaxça" (0:1) klubları ilə üç oyun keçirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.