https://sputnik.az/20230719/ermenistan-jurnalistlerinin-azerbaycana-sefer-etmesi-mumkundur---xn-456953021.html
Ermənistan jurnalistlərinin Azərbaycana səfər etməsi mümkündür - XİN
Ermənistan jurnalistlərinin Azərbaycana səfər etməsi mümkündür - XİN
Sputnik Azərbaycan
Mətbuat Şurasının sədri qeyd edib ki, Azərbaycanda media azadlığı var və Azərbaycan qanunları çərçivəsində ölkəmizə gəlmək istəyən Ermənistan jurnalistləri... 19.07.2023, Sputnik Azərbaycan
2023-07-19T17:22+0400
2023-07-19T17:22+0400
2023-07-19T17:22+0400
ermənistan
siyasət
azərbaycan xin
mətbuat şurası
azərbaycan mətbuat şurası
https://cdnn1.img.sputnik.az/img/07e4/08/13/424715595_0:211:3072:1939_1920x0_80_0_0_4174922dc5ceb4be876fe1e496b8b89d.jpg
BAKI, 19 iyul — Sputnik. Mətbuat Şurası və XİN Ermənistan jurnalistlərinin Azərbaycana səfərinin mümkün olduğunu açıqlayıb. "Ermənistan jurnalistləri Azərbaycana səfər etmək istəsə, bu sahədə problem olmaz". Bunu bu gün Xarici İşlər Nazirliyində keçirilən brifinqdə Mətbuat Şurasının sədri Rəşad Məcid bildirib. Rəşad Məcid deyib ki, müxtəlif dövrlərdə Tbilisidə Azərbaycan və Ermənistan jurnalistlərinin görüşləri təşkil edilib. Torpaqlarımız işğaldan azad ediləndən sonra artıq yeni şərait yarandığını söyləyən Mətbuat Şurasının sədri qeyd edib ki, Azərbaycanda media azadlığı var və Azərbaycan qanunları çərçivəsində Azərbaycana gəlmək istəyən Ermənistan jurnalistləri üçün qapı açıqdır: "Ermənistan jurnalistləri Azərbaycana səfər etmək istəsə, bu sahədə problem olmaz". Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə isə deyib ki, Azərbaycanda keçirilən beynəlxalq tədbirlər zamanı xarici nümayəndə heyətlərinin tərkibində erməni əsilli jurnalistlər də olur: "Bütün səfər edənlərin Azərbaycan qanunlarına hörmət etməsi zəruri amillərdəndir. Bu istiqamətdə növbəti illərdə müsbət addımların atılması gözlənilir".Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20230719/azerbaycan-erazilerine-qanunsuz-sefer-eden-58-jurnalistin-adi-qara-siyahidan-cixarilib-456950645.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/08/13/424715595_341:0:3072:2048_1920x0_80_0_0_7b60a23a2b999dc74962ecc8474e58ff.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ermənistan, azərbaycan xin, mətbuat şurası, azərbaycan mətbuat şurası
ermənistan, azərbaycan xin, mətbuat şurası, azərbaycan mətbuat şurası
Ermənistan jurnalistlərinin Azərbaycana səfər etməsi mümkündür - XİN
Mətbuat Şurasının sədri qeyd edib ki, Azərbaycanda media azadlığı var və Azərbaycan qanunları çərçivəsində ölkəmizə gəlmək istəyən Ermənistan jurnalistləri üçün qapı açıqdır.
BAKI, 19 iyul — Sputnik. Mətbuat Şurası və XİN Ermənistan jurnalistlərinin Azərbaycana səfərinin mümkün olduğunu açıqlayıb.
"Ermənistan jurnalistləri Azərbaycana səfər etmək istəsə, bu sahədə problem olmaz".
Bunu bu gün Xarici İşlər Nazirliyində keçirilən brifinqdə Mətbuat Şurasının sədri Rəşad Məcid bildirib.
Rəşad Məcid deyib ki, müxtəlif dövrlərdə Tbilisidə Azərbaycan və Ermənistan jurnalistlərinin görüşləri təşkil edilib. Torpaqlarımız işğaldan azad ediləndən sonra artıq yeni şərait yarandığını söyləyən Mətbuat Şurasının sədri qeyd edib ki, Azərbaycanda media azadlığı var və Azərbaycan qanunları çərçivəsində Azərbaycana gəlmək istəyən Ermənistan jurnalistləri üçün qapı açıqdır: "Ermənistan jurnalistləri Azərbaycana səfər etmək istəsə, bu sahədə problem olmaz".
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə isə deyib ki, Azərbaycanda keçirilən beynəlxalq tədbirlər zamanı xarici nümayəndə heyətlərinin tərkibində erməni əsilli jurnalistlər də olur: "Bütün səfər edənlərin Azərbaycan qanunlarına hörmət etməsi zəruri amillərdəndir. Bu istiqamətdə növbəti illərdə müsbət addımların atılması gözlənilir".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.