https://sputnik.az/20230719/deleduzluqda-subheli-bilinen-qadin-ozunu-prokurorlugun-binasindan-yere-atib-456961088.html
Dələduzluqda şübhəli bilinən qadın özünü prokurorluğun binasından yerə atıb
Dələduzluqda şübhəli bilinən qadın özünü prokurorluğun binasından yerə atıb
Sputnik Azərbaycan
Hadisə ilə bağlı Baş Prokurorluq tərəfindən araşdırma aparılır. 19.07.2023, Sputnik Azərbaycan
2023-07-19T22:41+0400
2023-07-19T22:41+0400
2023-07-19T22:41+0400
hadisə
baş prokurorluq
mingəçevir
mingəçevir şəhəri
qadın
xəstəxana
https://cdnn1.img.sputnik.az/img/07e5/02/08/426168652_0:145:3071:1872_1920x0_80_0_0_5cbe44cf56423c3972ad2a873f11a548.jpg
BAKI, 19 iyul - Sputnik. Mingəçevirdə dələduzluqda şübhəli bilinən qadın özünü prokurorluğun binasından yerə atıb.Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.İyulun 19-da Mingəçevir şəhər prokurorluğunda bir neçə şəxsin ümumilikdə 413 min manat məbləğində pul vəsaitinin ələ keçirilməsi faktı üzrə Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsilə (külli miqdarda dələduzluq) istintaq edilən cinayət işi üzrə 1991-ci il təvəllüdlü Aslanova Turalə Natiq qızı müqavilə əsasında xidmət göstərən vəkili Kiçikbəyov Emin Atabəy oğlunun iştirakı ilə dindirilməsi üçün şəhər prokurorluğuna dəvət edilib.İstintaq hərəkətinin gedişində Turalə Aslanova şəhər prokurorluğunun inzibati binasının 2-ci mərtəbəsində yerləşən dindirmə otağının pəncərəsindən özünü yerə atıb və nəticədə ağır xəsarət alıb.T.Aslanova dərhal Mingəçevir Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin Təcili tibbi yardım şöbəsinə çatdırılıb, lakin ixtisaslaşdırılmış həkimlər tərəfindən göstərilən bütün tibbi yardımlara baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.Hadisə ilə bağlı Baş Prokurorluq tərəfindən araşdırma aparılır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/02/08/426168652_192:0:2880:2016_1920x0_80_0_0_55e8dd37532529873f71d513656a569f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
baş prokurorluq, mingəçevir, mingəçevir şəhəri, qadın, xəstəxana
baş prokurorluq, mingəçevir, mingəçevir şəhəri, qadın, xəstəxana
Dələduzluqda şübhəli bilinən qadın özünü prokurorluğun binasından yerə atıb
Hadisə ilə bağlı Baş Prokurorluq tərəfindən araşdırma aparılır.
BAKI, 19 iyul - Sputnik. Mingəçevirdə dələduzluqda şübhəli bilinən qadın özünü prokurorluğun binasından yerə atıb.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
İyulun 19-da Mingəçevir şəhər prokurorluğunda bir neçə şəxsin ümumilikdə 413 min manat məbləğində pul vəsaitinin ələ keçirilməsi faktı üzrə Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsilə (külli miqdarda dələduzluq) istintaq edilən cinayət işi üzrə 1991-ci il təvəllüdlü Aslanova Turalə Natiq qızı müqavilə əsasında xidmət göstərən vəkili Kiçikbəyov Emin Atabəy oğlunun iştirakı ilə dindirilməsi üçün şəhər prokurorluğuna dəvət edilib.
İstintaq hərəkətinin gedişində Turalə Aslanova şəhər prokurorluğunun inzibati binasının 2-ci mərtəbəsində yerləşən dindirmə otağının pəncərəsindən özünü yerə atıb və nəticədə ağır xəsarət alıb.
T.Aslanova dərhal Mingəçevir Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin Təcili tibbi yardım şöbəsinə çatdırılıb, lakin ixtisaslaşdırılmış həkimlər tərəfindən göstərilən bütün tibbi yardımlara baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisə ilə bağlı Baş Prokurorluq tərəfindən araşdırma aparılır.