DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Çin və Rusiya hərbi dəniz təlimlərinə başlayır

© Sputnik / Виталий Белоусов Секретарь Совета безопасности РФ Николай Патрушев (справа) и глава канцелярии комиссии по иностранным делам ЦК КПК, член Политбюро ЦК Компартии Китая Ван И во время встречи в Москве
 Секретарь Совета безопасности РФ Николай Патрушев (справа) и глава канцелярии комиссии по иностранным делам ЦК КПК, член Политбюро ЦК Компартии Китая Ван И во время встречи в Москве - Sputnik Azərbaycan, 1920, 19.07.2023
Abunə olmaq
Çinin Müdafiə Nazirliyi və dövlət xəbər agentliyi təlimlərin yeri barədə təfərrüat verməyib, lakin təlimlərin yaxın günlərdə Yapon dənizinin müəyyən hissələrində keçiriləcəyi güman edilir.
BAKI, 19 iyul — Sputnik. Çin və Rusiya dənizdə hərbi təlimlərə başlayır.
Çin tərəfi Rusiyanın dəniz qüvvələri ilə birgə təlimlərə hazırlıq məqsədilə artıq donanma gəmilərini göndərdiyini bildirib.
Çinin "Xinhua" xəbər agentliyinin məlumatına görə, təlimdə 10-dan çox gəmi və 30-dan çox təyyarə iştirak edir. Çinin Müdafiə Nazirliyi və dövlət xəbər agentliyi təlimlərin yeri barədə təfərrüat verməyib, lakin təlimlərin yaxın günlərdə Yapon dənizinin (Şərq dənizi) müəyyən hissələrində keçiriləcəyi güman edilir.
Çin mənbələrinin məlumatlarına görə, birgə təlimlər gəmilərarası kommunikasiya, manevr və dəniz axtarış-xilasetmə işlərinə yönəlib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0