Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

Bakıda “ADEX” beşinci beynəlxalq müdafiə sərgisi keçiriləcək

ADEX - Sputnik Azərbaycan, 1920, 19.07.2023
Abunə olmaq
2024-cü ildə "ADEX" sərgisi ilə paralel olaraq, 14-cü Beynəlxalq Daxili təhlükəsizlik, Mühafizə və Xilasetmə "Securex Caspian" sərgisi də keçiriləcək.
BAKI, 19 iyul — Sputnik. 2024-cü ildə Azərbaycan regionda müdafiə sənayesinə həsr olunmuş ən nəhəng tədbir olan Azərbaycan Beynəlxalq Müdafiə "ADEX" sərgisinə ev sahibliyi edəcək.
Bu barədə Müdafiə Sənayesi Nazirliyindən bildirilib.
Qeyd edilib ki, 24-26 sentyabr tarixlərində təşkil ediləcək sərgi 5-ci yubileyini qeyd edəcək. "ADEX" sərgisi ilə paralel olaraq, 14-cü Beynəlxalq Daxili təhlükəsizlik, Mühafizə və Xilasetmə "Securex Caspian" sərgisi də keçiriləcək.
Sərgilər Bakı Ekspo Mərkəzində təşkil ediləcək.
"ADEX" sərgisi Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin dəstəyi ilə keçirilir. Sərginin təşkilatçısı isə "Caspian Event Organisers" şirkətidir.
Növbəti il baş tutacaq "ADEX 2024" sərgisində təyyarə və aviasiya sistemləri, dəniz gəmiləri və hərbi dəniz sistemləri, zirehli döyüş nəqliyyat vasitələri, hərbi laboratoriyalar, hərbi təhsil müəssisələri, logistika xidmətləri, radioelektron sistemlər, C4ISR, optik-elektron avadanlıq və sistemlər, pilotsuz sistemlər, hərbi geyim və ləvazimatlar, silah və sursat, simulyatorlar və təlim sistemləri, radiasiya, kimyəvi və bioloji müdafiə (RKB), hərbi təşkilatlar, ixracın təşviqi ilə məşğul olan müəssisələr və digər sektorların təmsil olunması planlaşdırılır.
"ADEX" ilə paralel olaraq, hüquq-mühafizə, sərhəd, xilasetmə, yanğınsöndürmə və xüsusi xidmət orqanları üçün ləvazimatların, kompleks mühafizə sistemlərinin və silahların perspektivli modellərini nümayiş etdirəcək 14-cü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə "Securex Caspian" sərgisi də keçiriləcək.
"Securex Caspian" sərgisi Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən dəstəklənir.
"Securex Caspian" sərgisində ekspert-kriminalistika vasitə və sistemləri, əməliyyat-axtarış avadanlıqları, girişə nəzarət və idarəetmə sistemləri, informasiya təhlükəsizliyi, mühafizə xidmətləri, qəza-xilasetmə vasitə və avadanlıqları, təhlükəsizlik sahəsində təhsil, video-müşahidə sistemləri, xüsusi geyim və avadanlıqlar, yanğın təhlükəsizliyi avadanlığı və s. bölmələrin təqdim olunması planlaşdırır.
Xəbər lenti
0