https://sputnik.az/20230719/azerbaycanda-qadin-mollalara-dini-ayinleri-icra-etmeye-resmen-icaze-verilib-456940886.html
Azərbaycanda qadın mollalara dini ayinləri icra etməyə rəsmən icazə verilib
Azərbaycanda qadın mollalara dini ayinləri icra etməyə rəsmən icazə verilib
Sputnik Azərbaycan
Hansı qadın mollalara dini ayinlərin icrasına icazə verildi
2023-07-19T14:29+0400
2023-07-19T14:29+0400
2023-07-19T14:37+0400
dini
cəmiyyət
dini qurumlarla iş üzrə dövlət komitəsi
mübariz qurbanlı
https://cdnn1.img.sputnik.az/img/40716/24/407162427_0:0:2000:1125_1920x0_80_0_0_0e594281ab9c49474c54ede94305dd3b.jpg
BAKI, 19 iyul — Sputnik. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən 20-yə yaxın qadın dini ayinləri icraçısı təyinatı olub. Məqsəd həm də odur ki, yas mərasimlərində qadın dini ayinlərini icra edənlər iştirak etməklə bu yerlərdə xurafat, falçılıq kimi zərərli vərdişləri deyil, əsl din təbliğ olunsun. Bunu "Media və dini təhlükəsizlik" mövzusunda keçirilən konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib. Onun sözlərinə görə, yas mərasimlərində təyinatı olmayan adamlar gedib məclis idarə edirlər: "Əslində yas məclislərini idarə edən təhsilli adam olmalıdır, amma vətəndaşa hökm etmək olmaz ki, kimisə dəvət et. Ona görə bu məsələdə problemlər var. Bəzən bizim Komitəni, Qafqaz Müsəlmanları İdarəsini bu məsələyə görə tənqid edirlər. Azərbaycanın 10 milyondan çox əhalisi var. Kim yasa kimi dəvət edir, bunun hamısını tənzimləyə bilmirik, Komitənin cəmi 179 əməkdaşı var. Təhsili olmayan dini ayin icra etməz. Bu məsələ məscidlərdə həll olunub. Amma məsciddən kənar proseslərdə ictimaiyyəti inandırmalıyıq ki, təhsili olmayan adamı bu cür məclislərə dəvət etmək olmaz".Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40716/24/407162427_191:0:1898:1280_1920x0_80_0_0_312a8b19347d74416096de9307139533.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
molla qadın molla komitə dini ayin
molla qadın molla komitə dini ayin
Azərbaycanda qadın mollalara dini ayinləri icra etməyə rəsmən icazə verilib
14:29 19.07.2023 (Yenilənib: 14:37 19.07.2023) Mübariz Qurbanlı deyib ki, yas mərasimlərində təyinatı olmayan adamlar gedib məclis idarə edirlər.
BAKI, 19 iyul — Sputnik. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən 20-yə yaxın qadın dini ayinləri icraçısı təyinatı olub. Məqsəd həm də odur ki, yas mərasimlərində qadın dini ayinlərini icra edənlər iştirak etməklə bu yerlərdə xurafat, falçılıq kimi zərərli vərdişləri deyil, əsl din təbliğ olunsun.
Bunu "Media və dini təhlükəsizlik" mövzusunda keçirilən konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib.
Onun sözlərinə görə, yas mərasimlərində təyinatı olmayan adamlar gedib məclis idarə edirlər: "Əslində yas məclislərini idarə edən təhsilli adam olmalıdır, amma vətəndaşa hökm etmək olmaz ki, kimisə dəvət et. Ona görə bu məsələdə problemlər var. Bəzən bizim Komitəni, Qafqaz Müsəlmanları İdarəsini bu məsələyə görə tənqid edirlər. Azərbaycanın 10 milyondan çox əhalisi var. Kim yasa kimi dəvət edir, bunun hamısını tənzimləyə bilmirik, Komitənin cəmi 179 əməkdaşı var. Təhsili olmayan dini ayin icra etməz. Bu məsələ məscidlərdə həll olunub. Amma məsciddən kənar proseslərdə ictimaiyyəti inandırmalıyıq ki, təhsili olmayan adamı bu cür məclislərə dəvət etmək olmaz".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.