https://sputnik.az/20230719/azerbaycanda-dovlet-mulkiyyetine-19-milyon-manat-ziyan-vurulub-456949057.html
Azərbaycanda dövlət mülkiyyətinə 19 milyon manat ziyan vurulub
Azərbaycanda dövlət mülkiyyətinə 19 milyon manat ziyan vurulub
Sputnik Azərbaycan
Nazim Rəcəbov bildirib ki, xüsusi mülkiyyətə vurulmuş 11 milyon 466 min 351 manat məbləğində maddi ziyanın 4 milyon 627 min 979 manatı ödənilib. 19.07.2023, Sputnik Azərbaycan
2023-07-19T20:55+0400
2023-07-19T20:55+0400
2023-07-19T20:55+0400
manat
cəmiyyət
korrupsiyaya qarşı mübarizə baş idarəsi
baş prokuror kamran əliyev
https://cdnn1.img.sputnik.az/img/42226/85/422268505_0:102:2000:1227_1920x0_80_0_0_f6ffa9907b3d25d51a3435ba0e49f17d.jpg
BAKI, 19 iyul — Sputnik. Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən əmlakına vurulmuş 30 milyon 497 min 159 manat maddi ziyandan 11 milyon 788 min 890 manatın ödənilməsi təmin olunub. Bunu bu gün Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən 2023-cü ilin birinci yarımili ərzində korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş əməliyyat müşavirəsində Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Nazim Rəcəbov deyib. O bildirib ki, dövlət mülkiyyətinə vurulmuş 19 milyon 4 min 029 manat ziyanın 7 milyon 160 min 911 manatı xüsusi mülkiyyətə vurulmuş 11 milyon 466 min 351 manat məbləğində maddi ziyanın 4 milyon 627 min 979 manatı ödənilib: "Habelə, cinayət məsuliyyətindən azad olunmuş şəxslər tərəfindən mövcud qanunvericiliyin tələbinə uyğun olaraq dövlət büdcəsinə əlavə olaraq 1 milyon 849 min 526 manat məbləğində pul vəsaitinin ödənilməsi və zərərin ödənilməsi məqsədilə istintaqı başa çatdırılmış cinayət işləri üzrə 3 milyon 578 min 752 manat məbləğində əmlak üzərinə həbs qoyulması təmin olunub".Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42226/85/422268505_114:0:1887:1330_1920x0_80_0_0_9b0c831044c3dd2a13ecaf9700ddca54.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
manat, korrupsiyaya qarşı mübarizə baş idarəsi, baş prokuror kamran əliyev
manat, korrupsiyaya qarşı mübarizə baş idarəsi, baş prokuror kamran əliyev
Azərbaycanda dövlət mülkiyyətinə 19 milyon manat ziyan vurulub
Nazim Rəcəbov bildirib ki, xüsusi mülkiyyətə vurulmuş 11 milyon 466 min 351 manat məbləğində maddi ziyanın 4 milyon 627 min 979 manatı ödənilib.
BAKI, 19 iyul — Sputnik. Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən əmlakına vurulmuş 30 milyon 497 min 159 manat maddi ziyandan 11 milyon 788 min 890 manatın ödənilməsi təmin olunub.
Bunu bu gün Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən 2023-cü ilin birinci yarımili ərzində korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş əməliyyat müşavirəsində Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Nazim Rəcəbov deyib.
O bildirib ki, dövlət mülkiyyətinə vurulmuş 19 milyon 4 min 029 manat ziyanın 7 milyon 160 min 911 manatı xüsusi mülkiyyətə vurulmuş 11 milyon 466 min 351 manat məbləğində maddi ziyanın 4 milyon 627 min 979 manatı ödənilib:
"Habelə, cinayət məsuliyyətindən azad olunmuş şəxslər tərəfindən mövcud qanunvericiliyin tələbinə uyğun olaraq dövlət büdcəsinə əlavə olaraq 1 milyon 849 min 526 manat məbləğində pul vəsaitinin ödənilməsi və zərərin ödənilməsi məqsədilə istintaqı başa çatdırılmış cinayət işləri üzrə 3 milyon 578 min 752 manat məbləğində əmlak üzərinə həbs qoyulması təmin olunub".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.