https://sputnik.az/20230719/azerbaycan-ordusunda-ehtiyat-zabit-hazirligi-kurslarinin-buraxilis-merasimleri-kecirilib-456941582.html
Azərbaycan Ordusunda “Ehtiyat zabit hazırlığı" kurslarının buraxılış mərasimləri keçirilib
Azərbaycan Ordusunda “Ehtiyat zabit hazırlığı" kurslarının buraxılış mərasimləri keçirilib
Sputnik Azərbaycan
Kursları bitirən hərbi qulluqçular təhsil müddətində onlar üçün yaradılan şərait və təhsil prosesindən razılıqlarını bildirib, göstərilən etimadı doğrultmaq... 19.07.2023, Sputnik Azərbaycan
2023-07-19T13:40+0400
2023-07-19T13:40+0400
2023-07-19T13:56+0400
"ehtiyat zabit hazırlığı kursu"
hərbi
müdafiə nazirliyi
heydər əliyev
https://cdnn1.img.sputnik.az/img/41459/34/414593426_0:0:1000:563_1920x0_80_0_0_41a131155d70d34fecb435d50d535bc7.jpg
BAKI, 19 iyul — Sputnik. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən ordu sıralarında xidmət edən hərbi qulluqçuların hazırlıq səviyyəsinin və bölmələrin döyüş qabiliyyətinin daha da artırılması istiqamətində görülən işlər davam edir. Müdafiə Nazirliyindən bildiriblər ki, 2023-cü ilin hazırlıq planına uyğun olaraq, Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində və Hərbi Hava Qüvvələrinin (HHQ) Təlim və Tədris Mərkəzində keçirilən "Ehtiyat zabit hazırlığı" kurslarının buraxılış mərasimləri keçirilib. Mərasimlərdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin, ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub. Məzunlara Müdafiə Nazirliyi rəhbərliyinin təbrikləri çatdırılıb, onlara gələcək xidmətlərində uğurlar arzulanıb. Kursları bitirən hərbi qulluqçular təhsil müddətində onlar üçün yaradılan şərait və təhsil prosesindən razılıqlarını bildirib, göstərilən etimadı doğrultmaq üçün qazandıqları bilik və bacarıqları gələcək xidmətlərində inamla tətbiq edəcəklərinə, Azərbaycan Ordusunun hərbi qulluqçusu adını şərəflə daşıyacaqlarına söz veriblər. Sonda məzunlara sertifikatlar təqdim olunub və xatirə şəkilləri çəkdirilib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41459/34/414593426_0:0:752:564_1920x0_80_0_0_34737344bdf9ecb332a8df2162110e4b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
"ehtiyat zabit hazırlığı kursu", müdafiə nazirliyi, heydər əliyev
"ehtiyat zabit hazırlığı kursu", müdafiə nazirliyi, heydər əliyev
Azərbaycan Ordusunda “Ehtiyat zabit hazırlığı" kurslarının buraxılış mərasimləri keçirilib
13:40 19.07.2023 (Yenilənib: 13:56 19.07.2023) Kursları bitirən hərbi qulluqçular təhsil müddətində onlar üçün yaradılan şərait və təhsil prosesindən razılıqlarını bildirib, göstərilən etimadı doğrultmaq üçün qazandıqları bilik və bacarıqları gələcək xidmətlərində inamla tətbiq edəcəklərinə söz veriblər.
BAKI, 19 iyul — Sputnik. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən ordu sıralarında xidmət edən hərbi qulluqçuların hazırlıq səviyyəsinin və bölmələrin döyüş qabiliyyətinin daha da artırılması istiqamətində görülən işlər davam edir.
Müdafiə Nazirliyindən bildiriblər ki, 2023-cü ilin hazırlıq planına uyğun olaraq, Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində və Hərbi Hava Qüvvələrinin (HHQ) Təlim və Tədris Mərkəzində keçirilən "Ehtiyat zabit hazırlığı" kurslarının buraxılış mərasimləri keçirilib.
Mərasimlərdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin, ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.
Məzunlara Müdafiə Nazirliyi rəhbərliyinin təbrikləri çatdırılıb, onlara gələcək xidmətlərində uğurlar arzulanıb.
Kursları bitirən hərbi qulluqçular təhsil müddətində onlar üçün yaradılan şərait və təhsil prosesindən razılıqlarını bildirib, göstərilən etimadı doğrultmaq üçün qazandıqları bilik və bacarıqları gələcək xidmətlərində inamla tətbiq edəcəklərinə, Azərbaycan Ordusunun hərbi qulluqçusu adını şərəflə daşıyacaqlarına söz veriblər.
Sonda məzunlara sertifikatlar təqdim olunub və xatirə şəkilləri çəkdirilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.