https://sputnik.az/20230719/avropada-anomal-isti-dovletler-ekstremal-veziyyete-dair-tedbirlere-baslayib-456932013.html
Avropada anomal isti: dövlətlər ekstremal vəziyyətə dair tədbirlərə başlayıb
Avropada anomal isti: dövlətlər ekstremal vəziyyətə dair tədbirlərə başlayıb
Sputnik Azərbaycan
Dəhşətli istilər avropalıları qırır
2023-07-19T11:25+0400
2023-07-19T11:25+0400
2023-07-19T11:33+0400
isti hava
dünya xəbərləri
avropa
iqlim
şimali amerika
asiya
https://cdnn1.img.sputnik.az/img/07e5/07/04/427380570_0:160:3073:1888_1920x0_80_0_0_936dec8ae370e14fd40ec0398cd2d672.jpg
BAKI, 19 iyul — Sputnik. Cənubi Avropa tarixinin ən isti həftəsini yaşayır. Anormal istilər Şimali Asiya və Şimali Amerikada da müşahidə olunur. Qərb mediasının məlumatına görə, iyulun 18-də səhər İspaniyada termometrlər 30 dərəcədən yuxarı qalxıb, günorta saatlarında isə 40 dərəcəni keçib. İstilik dalğası günlərdir davam edir. Ölkənin bir sıra bölgələri ekstremal temperaturlar səbəbindən yüksək hazırlıq vəziyyətinə gətirilib. Anomal hava şəraitinin qismən El Nino iqlim fenomenindən qaynaqlandığı deyilir, mütəxəssislər hesab edirlər ki, əsas səbəb qlobal iqlim dəyişikliyi ilə əlaqəlidir. İtaliya da öz növbəsində Xaron antisiklonuna görə meteoroloji müşahidələr tarixində ən isti həftəni yaşayır. Apennin yarımadasının onlarla şəhərində, o cümlədən paytaxt Romada isti təhlükəsinin qırmızı səviyyəsi elan edilib. Ümumdünya Meteorologiya Təşkilatı Avropa üçün 2021-ci ildə Siciliyada qeydə alınan 48,8 dərəcənin üstündə yeni temperatur rekordu proqnozlaşdırır. İsti hava təkcə Cənubi Avropa ilə məhdudlaşmır. Şimali Amerika və Şimali Asiyada da qeyri-adi yüksək temperatur qeydə alınmaqdadır.
şimali amerika
asiya
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/07/04/427380570_170:0:2901:2048_1920x0_80_0_0_5d431b83026054961ad43046e664a5f3.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
avropa isti anomal
Avropada anomal isti: dövlətlər ekstremal vəziyyətə dair tədbirlərə başlayıb
11:25 19.07.2023 (Yenilənib: 11:33 19.07.2023) İsti hava təkcə Cənubi Avropa ilə məhdudlaşmır. Şimali Amerika və Şimali Asiyada da qeyri-adi yüksək temperatur qeydə alınmaqdadır.
BAKI, 19 iyul — Sputnik. Cənubi Avropa tarixinin ən isti həftəsini yaşayır. Anormal istilər Şimali Asiya və Şimali Amerikada da müşahidə olunur.
Qərb mediasının məlumatına görə, iyulun 18-də səhər İspaniyada termometrlər 30 dərəcədən yuxarı qalxıb, günorta saatlarında isə 40 dərəcəni keçib. İstilik dalğası günlərdir davam edir. Ölkənin bir sıra bölgələri ekstremal temperaturlar səbəbindən yüksək hazırlıq vəziyyətinə gətirilib.
Anomal hava şəraitinin qismən El Nino iqlim fenomenindən qaynaqlandığı deyilir, mütəxəssislər hesab edirlər ki, əsas səbəb qlobal iqlim dəyişikliyi ilə əlaqəlidir.
İtaliya da öz növbəsində Xaron antisiklonuna görə meteoroloji müşahidələr tarixində ən isti həftəni yaşayır. Apennin yarımadasının onlarla şəhərində, o cümlədən paytaxt Romada isti təhlükəsinin qırmızı səviyyəsi elan edilib. Ümumdünya Meteorologiya Təşkilatı Avropa üçün 2021-ci ildə Siciliyada qeydə alınan 48,8 dərəcənin üstündə yeni temperatur rekordu proqnozlaşdırır.
İsti hava təkcə Cənubi Avropa ilə məhdudlaşmır. Şimali Amerika və Şimali Asiyada da qeyri-adi yüksək temperatur qeydə alınmaqdadır.